Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə137/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   133   134   135   136   137   138   139   140   ...   179

279 

 

olarkən  müxtəlif  yerlərdən  feodallar  yazmağı  öyrənmək  məqsədilə  öz  uĢaqlarını 



onun  yanına  gətirib  [473,  107].  Onlar  qruplara  bölünərək  münasib  yerlərdə 

öyrədilirdi.  Koryurun  qeydlərindən  o  da  məlum  olur  ki,  təhsilə  cəlb  olunanlar 

yepiskop  Yeremiya  tərəfindən  tərcümə  olunan  dini  kitablardan  istifadə  edirdilər 

[473,  107].  Xatırladaq  ki,  buna  bənzər məlumatlara  M.Kalankatuklunun  əsərində 

də  rast  gəlmək  mümkündür  [120,  33].  Buradan  belə  bir  qənaətə  gəlmək  olar  ki, 

ilkin  alban  məktəblərində  əsasən  dini  biliklər  öyrədilirdi.  Maraqlıdır  ki,  həm 

Koryun,  həm  də  M.Kalankatuklu  Mesrop  MaĢtosun  Girdiman  vilayətində 

olduğunu,  onun  knyaz  Xursla  görüĢdüyünü  bildirir.  Sözsüz  ki,  bu  məlumatların 

özü  Girdimanda  əlifbanın,  yazının  və  nəhayət,  təhsilin  kifayət  qədər  geniĢ 

yayıldığından və yerli hökmdarlar tərəfindən bu iĢə böyük maraq göstərildiyindən 

xəbər verir.  

Erkən  orta  əsrlər alban  yazılı  ədəbiyyatının inkiĢafında  yeni  mərhələ  kimi 

xarakterizə oluna bilər. Yuxarıda artıq qeyd olunduğu kimi, zəmanəmizədək gəlib 

çatmıĢ olan və mütəxəssislər tərəfindən mükəmməl normativ-hüquqi aktlar toplusu 

kimi  xarakterizə  edilən  Aquen  kilsə  məclisinin  qanunları  və  katalikos  Simeonun 

qərarları  erkən  orta  əsrlərə  aid  alban  yazılı  abidələrinin  parlaq  nümunələridir. 

Hansı  ki,  həmin  sənədlərin  köməyi  ilə  Albaniya  tarixinin  bir  çox  problemlərinə 

aydınlıq  gətirmək  mümkündür.  M.Kalankatuklunun  «Albaniya  tarixi»  və  Ģair 

Dəvdəkin  CavanĢirin  ölümünə  yazmıĢ  olduğu  ağı  göstərir ki,  bu  dövrdə  yaranan 

ədəbiyyat  həm  salnamə  janrında,  həm  də  lirik  janrda  olan  əsərlərin  yazılması 

praktikasından  xüsusi  məharətlə  istifadə  edilib.  Qeydlərindən  göründüyü  kimi, 

M.Kalankatuklu Albaniya tarixinin kifayət qədər geniĢ bir dövrünü əhatə edib. Bu 

əsər yazılarkən o, özündən əvvəlki bir çox əcnəbi müəlliflərin əsərlərindən istifadə 

edib.  Bütün  bunlar  isə  əlbəttə  ki,  müəllifin  təhsil  səviyyəsindən  və 

dünyagörüĢündən xəbər verir. Eyni sözləri Ģair Dəvdək barəsində də demək olar. 

Albaniya  tarixi  kontekstində  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  geniĢ  tədqiq 

olunan bu yazılı abidələrdən hər birinin Girdiman tarixinə də sözsüz ki, bilavasitə 

aidiyyatı  var.  Ona  görə  də  dövrümüzədək  gəlib  çatmıĢ  olan  həmin  yazılı 

nümunələrin  Girdiman  tarixi  kontekstində  yenidən  yada  salınması  yersiz  hesab 

edilə bilməz. Məsələn, ölkənin digər əraziləri kimi, Girdimanda da alban kilsəsinin 

müəyyən etdiyi kilsə iyerarxiya sistemi, habelə kilsənin nəfinə müəyyən edilən və 

toplanan  vergilər  Aquen  qanunları  əsasında  həyata  keçirilirdi.  O  qanunlar  ki, 

onların  altına  Girdiman  knyazı  da  imza  atmıĢdı.  M.Kalankatuklunun  əsərinə 

gəldikdə isə, onu həm də Girdiman tarixi adlandırmaq olar. Bu fikri əsaslandırmaq 

üçün təkcə onu demək kifayətdir ki, Albaniya tarixinə dair qaynağın 552-ci ildən 

711-ci il hadisələrinədək olan dövrü əhatə edən ikinci kitabı bütünlükdə Mehranilər 

və  bu  sülalənin  ən  görkəmli  nümayəndəsi  olan  CavanĢirə  həsr  edilib.  Əsərin 

üçüncü  kitabında  isə  Girdiman  yepiskopluğu  və  bu  kürsüdə  fəaliyyət  göstərən 

Ģəxslər,  o  cümlədən  onların  alban  katalikosu  kürsüsünədək  yüksələn 

nümayəndələri barədə söhbət açılır. 




280 

 

NƏTĠCƏ 



 

Girdimanın IV-IX əsrlər tarixinin xüsusi tədqiqat mövzusu olaraq kompleks 

Ģəkildə araĢdırılması nəticə olaraq aĢağıdakıları deməyə əsas verir: 

1.  Erkən  orta  əsrlərdə  Cənubi  Qafqazın  aparıcı  dövlətlərindən  olan 

Albaniyanın iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətlənməsində, onun beynəlxalq 

nüfuzunun artmasında xüsusi yeri və rolu olan Girdiman vilayəti ərazilərinin Kür 

çayının  sağ  sahilində  -  Ermənistan  və  Gürcüstanla  sərhəddə  lokalizəsinə  dair 

mülahizələrin  heç  bir  ciddi  elmi  əsası  yoxdur.  Ġlkin  olaraq  keçən  əsrin  30-cu 

illərində erməni müəllifləri tərəfindən irəli sürülən bu mülahizələr əslində Albaniya 

dövlətinin  və  dövlətçiliyinin  özəyində  duran  qədim  Girdiman  ərazilərinin  elmi-

nəzəri  baxımdan  erməniləĢdirilməsi  məqsədinə  xidmət  etmiĢdir.  Keçən  əsrin  30-

50-ci 


illərində 

Azərbaycanda 

nüfuzlu 

albanĢünaslıq 

məktəbinin 

formalaĢmadığından  sui-istifadə  edən  erməni  tarixçiləri  Girdiman  vilayətinin 

lokalizəsinə  dair  özlərinin  qeyri-elmi  mülahizələrinin  SSRĠ  tarixĢünaslığına  da 

daxil edilməsinə nail olublar. Hansı ki, Azərbaycan albanĢünasları da uzun müddət 

tədqiqatlarında  həmin  tezisə  istinad  etmək  zorunda  qalmıĢlar.  Bununla  belə, 

Girdimanı  Albaniyanın  qərbində  -  Ermənistan  və  Gürcüstanla  sərhəd  ərazilərdə 

lokalizə  edənlər  arasında  müəyyən  fikir  ayrılıqları  olduğunu  da  danmaq  olmaz. 

Belə ki, bəziləri onun indiki Tovuz və Qazax rayonları ərazisində, bəziləri ġəmkir 

və DaĢkəsən rayonları ərazisində, bəziləri isə sadəcə olaraq Albaniyanın qərbində, 

yaxud  da  Ģimal-qərbində  olduğunu  bildiriblər.  Elə  ilk  baxıĢdan  göründüyü  kimi, 

Girdimanın Albaniyanın qərb ərazilərində olduğunu iddia edən müəlliflər arasında 

da kifayət qədər əsaslı fikir ayrılıqları mövcuddur. Bu isə hər Ģeydən öncə həmin 

müəlliflərin  Girdimanın  lokalizəsi  ilə  bağlı  arqumentlərinin  kifayət  qədər  ciddi 

olmadığına  dəlalət  edir.  Belə  olan  təqdirdə,  təbiidir  ki,  digər  versiyaların  da 

meydana gəlməsi zəruri idi. Məhz bu zəmində ayrı-ayrı tədqiqatçıların əsərlərində 

Albaniya ərazisində eyni vaxtda iki Girdiman vilayətinin olduğuna dair ehtimallar 

iĢıq üzü görüb. Bu versiyanın müəllifləri bir tərəfdən Girdiman vilayəti ərazilərinin 

Kür  çayının  sağ  sahilində  -  Albaniyanın  qərbində  olduğuna  dair  artıq  SSRĠ 

tarixĢünaslığında özünə yer almıĢ məlum tezisi inkar edə bilmir, digər tərəfdən isə 

Girdimanın ġirvan ərazisində olduğunu təsdiqləyən çox ciddi elmi sübutları nəzərə 

almaya bilmirdilər. 

Son vaxtlar qeyd olunan problemlə bağlı tərəfimizdən aparılan araĢdırmalar 

nəticəsində  Girdiman  ərazilərinin  Albaniyanın  qərbində  və  ya  Ģimal-qərbində 

lokalizəsinə,  yaxud  da  Albaniya  ərazisində  eyni  vaxtda  iki  Girdiman  vilayətinin 

olduğuna  dair  mülahizələrin  elmi  əsası  olmadığı  sübuta  yetirilmiĢdir.  Çoxsaylı 

mənbə məlumatları, arxeoloji materiallar, memarlıq abidələri, qədim toponimlər və 

nəhayət,  tarixən  formalaĢmıĢ  olan  etno-mədəni  aura  əsasında  sübuta  yetirilmiĢdir 

ki, Girdiman vilayəti məhz ġirvan ərazisində olub. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə