Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə140/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   136   137   138   139   140   141   142   143   ...   179

285 

 

burada  meydana  gəlib.  Leylatəpə  və  Böyük  Kəsik  abidələrindən  tapılan  dulus 



keramikası  Azərbaycan  arxeoloqlarının  gələcəkdə  bu  barədə  daha  inamla  bəhs 

etmələri  üçün  əsas  yaradır.  Bir  sözlə,  Mesopotamiya  və  Ġranla  yanaĢı, 

Azərbaycanın da dulus dəzgahının və təkmilləĢdirilmiĢ dulus kürələrinin (ellipsvari 

kürələr) ilkin vətəni olduğunu söyləmək üçün yetərincə əsaslar vardır. 

c)  Fikrimizcə,  ilk  orta  əsrlərdə  dulusçuluq  məmulatının  keyfiyyət 

göstəricilərində  müĢahidə  olunan  dəyiĢikliklərin  bütövlükdə  keramika 

istehsalındakı  tənəzzül  kimi  izah  olunmasına  dair  mülahizələrlə  də  razılaĢmaq 

olmaz.  Birincisi,  bu  dövrdə  mütəxəssislərin  bir  çoxunun  düĢündüyü  kimi  dulus 

dəzgahı  heç  də  bütünlüklə  istehsalatdan  çıxmayıb.  Ayrı-ayrı  abidələrdən  tapılan 

erkən  orta  əsrlərə aid dulus  keramikası  bunu  bir  daha  təsdiq  edir.  Ġkincisi,  erkən 

orta  əsrlərdə  bir  sıra  nümunələrin  formaca  nəzərə  çarpacaq  dərəcədə 

təkmilləĢdirildiyi,  ilk  dəfə  olaraq  formaca  və  keyfiyyətcə  yeni  olan  bir  çox 

məmulat  nümunələrinin  istehsalına  baĢlanıldığı  da  danılmaz  faktdır.  Üçüncüsü, 

erkən  orta  əsrlərdə  ölkədə,  o  cümlədən  Girdiman  ərazilərində  inĢaat  keramikası 

istehsalının  və  ondan istifadənin miqyasının  ciddi  surətdə artması  da  bütövlükdə, 

keramika istehsalındakı tənəzzüldən deyil, təbəddülatdan xəbər verir. 

Fikrimizcə,  ilk  orta  əsr  keramika  istehsalında  müĢahidə  olunan  reqressiv 

meyllər  çox  güman  ki,  həmin  dövrdə  mədəni  səviyyəsi,  o  cümlədən  istehsalat 

mədəniyyəti  albanlardan  qat-qat aĢağı  olan  köçəri  tayfaların  Albaniya  ərazilərinə 

ardı-arası  kəsilməyən  hücumları  və  bu  səbəbdən  də  yerli  əhalinin  öz  ənənəvi 

yaĢayıĢ yerlərindən didərgin düĢərək dağlıq və dağətəyi ərazilərə çəkilməsi ilə izah 

oluna bilər. Bizans, Sasani və Xilafət ordularının hücumları və beləliklə də ölkənin 

fasiləsiz  olaraq  uzun  müddət  müharibə  vəziyyətində  olması  təsərrüfatın  digər 

sahələri  kimi,  dulusçuluq  istehsalının  da  səviyyəsinə  mənfi  təsir  göstərməyə 

bilməzdi. 

13.


 

Girdiman vilayəti ölkənin dini və mədəni həyatındakı fəal mövqeyi ilə 

də  digər  inzibati-siyasi  vahidlərdən  fərqlənib.  Tarixi  mənbələrə  və  çoxsaylı 

arxeoloji  dəlillərə  istinad  edərək  belə  bir  qənaətə  gəlmək olar  ki,  IV-IX  əsrlərdə 

Girdiman  vilayətinin  ərazisi  bütpərəstliyin,  zərdüĢtliyin,  xristianlığın  və  Ġslam 

dininin maraqlarının çox ciddi surətdə toqquĢduğu bir məkan olub. Ölkənin siyasi 

həyatında  fəal  iĢtirakı  olan  Girdiman  feodalları  isə  cərəyan  etməkdə  olan  dini 

proseslərin bilavasitə iĢtirakçısı, bir sıra hallarda isə həm də hərəkətverici qüvvəsi 

kimi  çıxıĢ  ediblər.  Ölkə  əhəmiyyətli  dini  tədbirlərin,  məsələn,  Aquen  kilsə 

məclisinin  keçirilməsində  Girdiman  feodallarının  və  yepiskoplarının  fəal  iĢtirakı 

buna  sübutdur.  Bu  baxımdan  Girdiman  yepiskoplarından  bir  neçəsinin  ayrı-ayrı 

vaxtlarda Albaniya katalikosu kürsüsünə yüksəlməsi də sözsüz ki, təsadüfi hal kimi 

dəyərləndirilə  bilməz.  Nəhayət,  Mehranilər  sülaləsinin  hakimiyyəti  dövründə 

bilavasitə  Girdiman  ərazisində  çoxsaylı  xristian  məbədlərinin  tikilməsi  və 

CavanĢirin Ģəxsi təĢəbbüsü ilə Girdiman qalasında müqəddəs Allah evi ucaldılaraq 

oranın faktiki olaraq Girdiman elitasının ibadət yerinə çevrilməsi də bütövlükdə bu 




286 

 

vilayətin  ölkənin  dini-mədəni  həyatında  təsir  dairəsinin  böyüklüyündən  xəbər 



verir. 

14.


 

IV əsrdən baĢlayaraq Albaniyanın hərbi, iqtisadi, siyasi, dini və mədəni 

həyatında xüsusilə önəmli yeri və rolu olan Girdiman vilayəti təqribən VIII əsrin 

ortalarından  baĢlayaraq  daxili  feodal  çəkiĢmələri  zəminində  inzibati-siyasi  vahid 

olmaq etibarı ilə tədricən özünün əvvəlki mövqelərini itirir. 705-ci ildə Mehranilər 

sülaləsinin  sonuncu  nümayəndəsi  olan  Girdiman  hakimi  ġiraz  ərəblər  tərəfindən 

əsir  alınaraq  Ərəbistana  aparılıb.  Bəzi  tarixi  mənbələr  IX  əsrin  ortalarında 

Girdimanın hökmdar Getriç tərəfindən idarə olunduğunu bildirsələr də, əslində, bu 

dövrdə  ölkə  daxilində  feodal  parçalanmaları  artıq  özünü  göstərməkdə  idi.  Yeni 

yaranmıĢ  feodal  dövlətlərindən  ġirvanĢahlar  Girdimanın  Ģərq,  LaicanĢahlıq, 

XursanĢahlıq və ZədənĢahlıq Ģimal-Ģərq ərazilərində, qərb ərazilərində isə Qəbələ 

hakimliyi müstəqil inzibati-siyasi vahid kimi fəaliyyət göstərməkdə idilər. Bu isə 

artıq  Girdiman  vilayətinin  inzibati-siyasi  vahid  olaraq  tarix  səhnəsindən  getməsi 

demək idi. 

 

 



287 

 

QƏBUL OLUNMUġ ĠXTĠSARLAR 

 

Azərbaycan dilində 

 

AAEESNEKM  -  Azərbaycanda  arxeologiya  və  etnoqrafiya  elmlərinin  son 

nailiyyətlərinə həsr olunmuĢ elmi konfransın materialları 

ADU - Azərbaycan Dövlət Universiteti 

AEĠEA - Arxeologiya və Etnoqrafiya Ġnstitutunun elmi arxivi 

AMEAAEĠ  - Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya  və Etnoqrafiya 

Ġnstitutu 



AMM - Azərbaycan maddi mədəniyyəti 

ASE - Azərbaycan Sovet Ensiklopediyası 

BDU - Bakı Dövlət Universiteti 

BSU - Bakı Slavyan Universiteti 

ƏDĠ - Ədəbiyyat, dil, fəlsəfə 

TFH - Tarix, fəlsəfə və hüquq 

TĠEA - Tarix Ġnstitutunun elmi arxivi 

 

Rus dilində 

 

Аз.ФАН - Азербайджанский филиал Академии наук СССР 

Арм.ФАН - Армянский филиал Академии наук СССР 

АО - Археологические открытия 

АЭИА - Археологические и этнографические изыскания в Азербайджане 

АЭС - Азербайджанский этнографический сборник 

Б.И. - Без издательства 

ВДИ - Вестник древней истории 

Вост.лит. - Восточная литература 

ДАН - Доклады Академии наук 

ЖМНП - Журнал Министерство Народного Просвещения 

Зап.ИВАН — Записки Института Востоковедения Академии Наук 

Изв.АН - Известия Академии наук 

Изд-во - Издательство 

ИФП - История, философия и право 

КОРИГО  -  Кавказского  отдела  Русского  Императорского  Географического 

общества 



КСИИМК  -  Краткое  сообщения  Института  Истории  и  Материальной 

культуры 



ЛЯИ - Литература, язык и искусство 

МИЛ - Материалы и исследования по археологии 


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə