Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə138/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   134   135   136   137   138   139   140   141   ...   179

281 

 

2.



 

 Ġlk  dəfə  IV  əsrə  aid  mənbələrdə  adı  çəkilən  Girdiman  vilayətinin 

əraziləri  təqribən  VI  əsrin  sonlarınadək  Ģimalda  BaĢ  suayrıcı,  Ģərqdə  Ağsuçay, 

qərbdə  Göyçay  çayı,  cənubda  isə  Qaraməryəm  tirəsinədək  olan  əraziləri  əhatə 

edirdi.  Mehranilərin  gəliĢindən  və  xüsusilə  də  Girdiman  feodalları  Albaniyada 

siyasi  hakimiyyəti  ələ  keçirdikdən  sonrakı  dövrdə  vilayətin  əraziləri  qərbdə 

DaĢağıl  çayına,  cənubda  isə  Kür  çayınadək  geniĢlənib.  Məhz  Girdiman 

feodallarının hərbi-siyasi nüfuzunun artdığından ehtiyatlanaraq Sasani hökmdarları 

mərzbanlığın paytaxtını Qəbələdən Bərdəyə köçürüblər. 

3.

 



 Ərazinin  təbii-iqlim  Ģəraitinin  əlveriĢli  olması,  fauna  və  florasının 

zənginliyi, əkinə yararlı yerlərin, bağ, meĢə və örüĢ sahələrinin çoxluğu, geniĢ çay 

Ģəbəkəsinin mövcudluğu və nəhayət, müxtəlif istiqamətlərdə olan karvan yollarının 

bilavasitə  oradan  keçməsi hələ  e.ə.  V minillikdən  baĢlayaraq  insanların  Girdiman 

ərazilərində  oturaq  həyat  sürmələrinə,  çoxsaylı  yaĢayıĢ  məntəqələri  salmalarına 

zəmin  olmuĢdur.  Erkən  orta  əsrlərdə  həmin  yaĢayıĢ  məntəqələrindən  Qəbələ, 

Mehrəvan,  Qırlartəpə,  Qalagah  və  Lahıc  nəinki  vilayətin,  bütövlükdə  ölkənin 

iqtisadi, siyasi və mədəni həyatında önəmli rola malik olmuĢdur. 

Tarixi mənbələrdə adı çəkilən, lakin indiyədək dəqiq koordinatları elm üçün 

sirr  olaraq  qalan  Mehrəvan  Ģəhərinin  yerinin  müəyyənləĢdirilməsi  Girdiman 

vilayəti  ərazilərinin  lokalizəsi  baxımından  xüsusilə  mühüm  əhəmiyyət  kəsb  edir. 

Müəllifin  təĢəbbüsü  və  rəhbərliyi  ilə  2004-cü  ilin  may  ayında  aparılan  kəĢfiyyat 

axtarıĢları zamanı Ağsu rayonunun Bəyimli kəndi yaxınlığında, Girdimançayın sol 

sahilində  aĢkar  edilən  və  xalq  arasında  Torpaqqala  adı  ilə  məlum  olan,  ətrafı 

tərkibində  saman  qatıĢığı  olan  çiy  kərpiclə  hörülmüĢ  əzəmətli  qala  divarları  ilə 

əhatələnmiĢ  bu  Ģəhər  yeri  9  hektar  sahəni  əhatə  edir.  Yoxlama  qazıntıları 

nəticəsində  orada  VI-IX  əsrlərdə  intensiv  Ģəhər  həyatı  olduğu  müəyyənləĢdirilib. 

Mütəxəssislər vilayətə məxsus hərbi qarnizonun və Girdiman yepiskopluğunun da 

vaxtı ilə məhz orada yerləĢdirildiyini güman edirlər. Tarixi mənbələrdə bildirildiyi 

kimi,  əsası  VI  əsrdə  Mehranilər  sülaləsinin  banisi  Mehran  tərəfindən  qoyulan 

Mehrəvan Ģəhəri təqribən IX əsrin ortalarında süqut etmiĢdir. Dövrünün izdihamlı 

Ģəhərləri  ilə  yanaĢı,  Kənd  yeri,  Kürdüvan,  Həsən  bəyin  yeri,  Gəndob,  AĢağı 

Qaraməryəm,  Ərəbcəbirli,  Yekəxana,  TərkəĢ,  KələĢ,  Kələsər, Talıstan,  ġamdalan 

kimi kənd tipli yaĢayıĢ məntəqələri və onlar ətrafındakı nekropollar da erkən orta 

əsrlərdə Girdiman vilayətinin Albaniyada əhalinin kifayət qədər sıx məskunlaĢdığı 

rayonlardan olduğuna dəlalət edir. 

4.

 

Girdiman  ərazilərinin  antik  və  ilk  orta  əsr  abidələrinin  coğrafiyası 



sözsüz  ki,  həm  də  əhalinin  məskunlaĢma  dinamikasından  xəbər  verir.  Bu  isə  o 

deməkdir  ki,  antik  dövrdə  əsasən  Həftəran  çökəkliyi  ilə  Qaraməryəm  tirəsi 

arasında  yerləĢən  Acınohur  öndağlığı,  Ġvanovka  və  Sanqalan  yaylaları  boyunca 

olan  ərazilərdə  məskunlaĢan  əhali  erkən  orta  əsrlərdə  özlərinin  ənənəvi  yaĢayıĢ 

yerlərini  tərk  edərək  dağlıq  və  dağətəyi  ərazilərə  çəkilib.  Beləliklə  də,  Böyük 

Qafqazın cənub yamacındakı ərazilərdə yeni-yeni yaĢayıĢ məntəqələri və müdafiə 




282 

 

qalaları  meydana  gəlib.  Ərazinin  məskunlaĢmasında  baĢ  verən  bu  dəyiĢiklik  çox 



güman  ki,  bəhs  edilən  dövrdə  Albaniya,  o  cümlədən  də  Girdiman  ərazilərinə 

xaricdən  olan  basqın  və  hərbi  yürüĢlərin  intensiv  xarakter  aldığı  ilə  izah  oluna 

bilər.  Cənubdan  Sasani,  Bizans  və  Xilafət  ordularının  yürüĢləri  nəticəsində 

Albaniya  əraziləri  sözün  əsil  mənasında  fəal  hərbi  əməliyyat  meydanına 

çevrilmiĢdi.  Bütün  bunlardan  təngə  gələn  yerli  əhali  təqribən  V-VI  əsrlərdən 

baĢlayaraq  Ģimala  -  Böyük  Qafqazın  Cənub  yamacındakı  dağlıq  və  dağətəyi 

ərazilərə çəkilərək orada yeni-yeni yaĢayıĢ məskənləri və müdafiə qalaları tikmək 

məcburiyyətində  qalıb.  Girdiman  vilayətinin  erkən  orta  əsrlərə  aid  yaĢayıĢ 

məskənləri  və  müdafiə  qalalarının  əksəriyyətinin  dağlıq  və  dağətəyi  ərazilərdə 

olması  buna  sübutdur.  Təbiidir  ki,  uzun  müddət  davam  edən  çoxsaylı  hərbi 

əməliyyatlar  zamanı  düzən  ərazilərdəki  yaĢayıĢ  məntəqələri  və  müdafiə 

istehkamlarının  müdafiəsinin  təĢkili  çoxsaylı  problemlər  doğururdu.  Dağlıq  və 

dağətəyi ərazilərdə, hərbi-strateji baxımdan əlveriĢli yerlərdə salınan yeni yaĢayıĢ 

məntəqələri  və  qalalar  uğrunda  döyüĢ  aparmaq  isə  Sasani,  Bizans  və  Xilafət 

orduları üçün münasib deyildi. Əsasən düzən ərazilərdə döyüĢ və manevr vərdiĢləri 

ilə fərqlənən bu ordular hərbi-strateji baxımdan onlar üçün əlveriĢli olmayan dağlıq 

ərazilərdə döyüĢ aparmağa hazır deyildilər. 

5.

 



Tarixi  mənbələrdə  bildirildiyinə  görə,  hərbi  əməliyyatlar  zamanı 

Girdiman  feodalları  Albaniya  ordusuna  yaxĢı  silahlanmıĢ  1000  süvari  verirdi. 

Xatırladaq  ki,  Girdiman  abidələrində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  antik 

dövrdə  və  erkən  orta  əsrlərdə  Albaniya  ərazisində  istehsal  və  istifadə  edilən 

çoxsaylı  silah-sursat  nümunələri  əldə  olunmuĢdur.  Buradakı  lokal  və  regional 

əhəmiyyətli  qalaların  çoxluğu  da  ölkənin  zaman-zaman  düçar  olduğu  hərbi 

əməliyyatlarda Girdimanın fəal iĢtirakından xəbər verir. Girdiman qalası, CavanĢir 

qalası,  Xanəgah  Qız  qalası,  Niyal  qalası,  Fit  qalası,  Xaçmaz  Govur  qalası,  Bum 

qalası,  Oğuz  qalası,  Vəndam  qalası,  Bayramkoxa  qalası,  Qızlar  qalası,  Xosrov 

qalası, Xirəki müdafiə səddi, Qalatap, Ġtaldamac, Qaladam və  Həzrə qülləsi kimi 

hərbi  müĢahidə  məntəqələri,  çoxsaylı  digər  qala  və  istehkamlar  təkcə  Girdiman 

ərazilərinin deyil, bütövlükdə ölkənin müdafiəsinin təĢkili üçün həqiqətən də daimi 

və etibarlı müdafiə sistemi yaradıldığının bariz göstəricisi kimi dəyərləndirilə bilər. 

ĠnĢa  edildiyi  vaxtdan  əsrlər  keçsə  də,  Girdiman  vilayəti  ərazisindəki 

qalaların  və  digər  müdafiə  tikililərinin  demək  olar  ki,  əksəriyyəti  elə  bir  ciddi 

dağıntıya məruz qalmadan zəmanəmizədək gəlib çıxmıĢdır. Bu isə hər Ģeydən öncə 

onunla  əlaqədardır  ki,  həmin  qalalar  hərbi-strateji  baxımdan  olduqca  əlveriĢli 

yerlərdə  tikilib.  Girdiman  qalaları  bu  mənada  ən  təhlükəli düĢmən  orduları  üçün 

belə  sözün  əsil  mənasında  əlçatmaz  olub.  Mürəkkəb  relyef  Ģəraitində  tikilən  bu 

qalalar mühəndis-texniki baxımdan o dərəcədə əzəmətli və möhtəĢəmdir ki, onları 

hətta  azsaylı  kiçik  qala  qarnizonları  ilə  belə  etibarlı  Ģəkildə  müdafiə  etmək 

mümkün  idi.  Bütün  bunlar  isə  bütövlükdə  ölkədə,  o  cümlədən  də  Girdiman 

vilayətində hərb sənətinin yüksək inkiĢaf səviyyəsində olduğundan xəbər verir. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə