Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə139/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   135   136   137   138   139   140   141   142   ...   179

283 

 

6.



 

Kitabda erkən orta əsrlərə aid adı çəkilən və barəsində məlumat verilən 

yaĢayıĢ  yerləri, nekropollar və müdafiə tikililəri Azərbaycan tarixĢünaslığında ilk 

dəfədir ki, Girdiman abidələri kimi təqdim olunur. Onların xeyli qismi barəsində 

arxeoloji ədəbiyyatda ilk dəfədir ki, kifayət qədər əhatəli məlumat verilir. Bir qismi 

barəsində  isə  ümumiyyətlə,  ilk  dəfədir  ki,  məlumat  verilir.  Bu  isə  bütövlükdə 

Albaniyanın ilk orta əsrlərə aid arxeoloji xəritəsinin yenidən iĢlənməsi baxımından 

mühüm əhəmiyyət kəsb edir. 

7.

 

Albanlarla yanaĢı, udinlərin və hapıtların da ərazinin avtoxton sakinləri 



kimi  təqdim  olunması,  irandilli  əhalinin  (tatların)  isə  Girdiman  ərazilərinə 

köçürülmə tarixi və məskunlaĢma arealı, müəyyən tarixi dövrdən sonra onların da 

tədricən albanlaĢması ilə bağlı əsərdə irəli sürülən mülahizələr də fikrimizcə, erkən 

orta  əsrlərdə  Albaniyanın  etnik  mənzərəsini  daha  dərindən  öyrənmək 

baxımından əhəmiyyətli ola bilər. 

8.

 



Girdiman  vilayətinin  lokalizəsi  və  sərhədlərinin  dəqiqləĢdirilməsi 

məqsədilə  mənbə  məlumatları  və  arxeoloji  materiallarla  yanaĢı,  ərazinin  qədim 

toponimlərinin  də  ciddi  elmi  dəlil  olaraq  ilk  dəfə  geniĢ  miqyasda  tədqiqata  cəlb 

olunması,  kitabda  irəli  sürülən  fikir  və  mülahizələrin  kompleks  əsaslara 

söykəndiyindən xəbər verir. 

9.

 



Ġnzibati-siyasi vahid olmaq etibarı ilə Girdiman vilayətinin hərbi-iqtisadi 

qüdrətinin  artması  Albaniyada  Sasani  mərzbanlarının  mövqeyinin  zəifləməsi, 

Mehranilərin  artan  nüfuzundan  çəkinərək  mərzbanlığın  paytaxtının  Qəbələdən 

Bərdəyə köçürülməsi ilə nəticələnib. Mehranilərin siyasi hakimiyyəti ələ keçirməsi 

nəticə  etibarı  ilə  Albaniyanın  hərbi  cəhətdən  daha  da  qüdrətlənməsinə,  onun 

beynəlxalq  nüfuzunun  artmasına  və  nəhayət,  Girdiman  feodallarının  mülklərinin 

yeni  ərazilər  hesabına  xeyli  geniĢlənməsinə  gətirib  çıxardı.  Beləliklə,  qərbdə 

DaĢağıl  çayınadək  olan  ərazilər,  cənub-qərbdə  isə  ƏrəĢ  vilayətinə  məxsus 

torpaqların xeyli hissəsi Girdiman feodallarının əlinə keçib. 

10.


 

Girdiman  əraziləri  əkinçiliyin,  maldarlığın  və  ovçuluğun  inkiĢafı 

baxımından  olduqca  əlveriĢli  təbii-coğrafi  imkanlara  malik  idi.  Tarixi  mənbələr, 

arxeoloji materiallar və etnoqrafik nümunələr də erkən orta əsrlərdə bu ərazilərdə 

müxtəlif  təsərrüfat  sahələrinin  geniĢ  inkiĢaf  etdiyindən  xəbər  verir.  Ayrı-ayrı 

abidələrdən məlum  olan  çoxsaylı  taxıl nümunələri,  üzüm  və  digər  meyvələrə aid 

tum və çəyirdəklər, taxıl və Ģərab məhsullarının saxlanıldığı iri təsərrüfat küpləri və 

anbarlar,  müxtəlif  formalı  dən  daĢları  və  s.  burada  əhalinin  geniĢ  miqyasda 

əkinçilik  və  bağçılıqla məĢğul  olduğuna  dəlalət  edir.  Arxeoloji  qazıntılar zamanı 

müxtəlif  heyvanlara  və  quĢlara  aid  əldə  olunmuĢ  çoxsaylı  osteoloji  qalıqlar,  ev 

heyvanlarının  bəslənildiyi  yerlər,  süd  məhsullarının  emalı  və  saxlanılması 

məqsədilə  geniĢ  istifadə  olunan  sərnic,  nehrə,  dopu,  küpə  və  tabaq  tipli  qablar, 

üzərində  heyvan,  quĢ  və  balıq  təsvirləri  iĢlənmiĢ  maddi  mədəniyyət  nümunələri 

ovçuluğun  və  maldarlığın  əhalinin  gündəlik  təsərrüfat  həyatında  önəmli  yer 

tutduğunu təsdiqləyən çox ciddi dəlil - sübut kimi dəyərləndirilə bilər. 



284 

 

11.



 

Antik  dövrdə  olduğu  kimi,  erkən  orta  əsrlərdə  də  sənətkarlıq  mühüm 

təsərrüfat  sahəsi  kimi  Girdiman  əhalisinin  baĢlıca  məĢğuliyyət  növlərindən  biri 

olub.  Bunu  Ģərtləndirən  ən  mühüm  amil  isə  ərazidə  sənətkarlığın  müxtəlif 

sahələrinin inkiĢafı üçün geniĢ xammal bazasının olması idi. Zəngin və rəngarəng 

çeĢidli daĢ, gil, metal, yun, pambıq, ipək, boyaq ehtiyatlarının mövcudluğu burada 

daĢiĢləmə,  metaliĢləmə,  ağaciĢləmə,  dulusçuluq,  toxuculuq,  ĢüĢəiĢləmə, 

sümükiĢləmə və digər sənət sahələrinin geniĢ miqyasda yayılması və inkiĢaf etməsi 

üçün  zəmin  olmuĢdur.  Yazılı  mənbələrlə  yanaĢı,  zəngin  arxeoloji  material  və 

etnoqrafik məlumatlar da  Girdiman  ərazisində ayrı-ayrı  sənət  sahələrinin  yayılma 

arealı və inkiĢaf səviyyəsi barədə kifayət qədər dolğun təsəvvür yaratmağa imkan 

verir.  Qəbələdə,  Qırlartəpədə,  Qalagahda  və  Bəyimli  qalasında  (Mehrəvan) 

öyrənilmiĢ tikinti qalıqları, digər ilk orta əsr abidələrindən məlum olan daĢ, ağac, 

kərpic  və  kirəmit  qalıqları  Girdiman  ustalarının  inĢaat  mədəniyyətinin  sirlərinə 

kifayət  qədər  dərindən  bələd  olduğunu  söyləməyə  əsas  verir.  Çətin  və  mürəkkəb 

relyef Ģəraitində böyük ustalıqla ucaldılmıĢ çoxsaylı əzəmətli müdafiə qalaları da 

yerli ustaların mühəndis-texniki səviyyəsinin göstəricisi kimi izah olunmalıdır. 

12.


 

 Girdimanın  ilk  orta  əsr  abidələrindən  aĢkar  edilmiĢ  zəngin  və 

rəngarəng çeĢidli keramika məmulatının Albaniyanın digər ərazilərinin materialları 

ilə müqayisəli Ģəkildə öyrənilməsi nəticəsində aĢağıdakılar müəyyən olunub: 

a) Müxtəlif dövrlərə aid edilən ayrı-ayrı abidələrdən məlum olan keramika 

məmulatı  nümunələrinin  kimyəvi  tərkib  etibarı  ilə  eyni  və  ya  oxĢar  olması  onu 

deməyə  əsas  verir  ki,  yerli  ustalar  əsrlər,  minilliklər  boyu  onlara  yaxın  olan 

ərazilərdəki  eyni  gil  yataqlarından  istifadə  ediblər.  Bu  isə  müxtəlif  dövrlərdə  və 

müxtəlif  keramika  istehsalı  mərkəzlərində  istehsal  olunan  müxtəlif  çeĢidli 

məmulatın  gilinin  tərkibinə  yerli  ustalar  tərəfindən  guya  müxtəlif  növ  qatıĢıqlar 

əlavə  edildiyinə  dair  mülahizələrin  əsaslı  olmadığına  dəlalət  edir.  Buradan  belə 

qənaətə  gəlmək  olar  ki,  ayrı-ayrı  abidələrdən  məlum  olan,  həm  də  xronoloji 

cəhətdən müxtəlif dövrlərə aid edilən keramika nümunələrinin saxsısının rənginin 

müxtəlif olması həmin məmulatın gilinin kimyəvi tərkibi ilə deyil, sadəcə olaraq 

məmulatın  biĢmə  dərəcəsi  ilə  əlaqədar  olduğu  daha  inandırıcıdır.  Eyni  abidədən 

tapılan və eyni dövrə aid edilən, hətta eyni usta tərəfindən istehsal edilərək, eyni 

kürədə  biĢirilən  məmulat  içərisində  də  müxtəlif  rəngli  keramika  nümunələrinə 

təsadüf  olunması  bunu  bir  daha  təsdiq  edir.  Müqayisə  və  təhlillər  göstərir  ki, 

Azərbaycan ərazisindən məlum olan ən qədim keramika nümunələri saxsısının boz 

və ya bozumtul-çəhrayı rəngdə, Tunc dövrü materialları qara rəngdə, Dəmir dövrü 

materialları  qırmızımtıl-çəhrayı,  antik  və  orta  əsr  materialları  isə  daha  çox  məhz 

qırmızı rəngdə olması ilə diqqəti cəlb edir. 

b)  Mütəxəssislər  insanların  dulus  çarxından  ilk  dəfə  e.ə.  IV  minilliyin  II 

yarısında Mesopotamiya və ya Ġran ərazisində istifadə olunduğunu ehtimal edirlər. 

Lakin  Azərbaycan  ərazilərinin  qədim  insanlar  tərəfindən  daha  erkən 

məskunlaĢdığını nəzərə alaraq  düĢünmək olar ki, dulus dəzgahı da ilk dəfə məhz 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə