33
(95, 64; 76, 54). Ona görə də Ot ənə həm məna baxımından,
həm də sintaktik konstruksiya baxımından Ötükən-lə uyğun-
dur. Başqa sözlə, Öt ənə-ni Ötükən-in müasir dilə tərcüməsi
hesab etmək olar.
Od hamiliyi mifoloji Ana Yerin xüsusiyyətlərindən biri-
dir. Ona görə də Ötükən mifoloji Ana Yerin ifadə formaların-
dan biri kimi
10
odla bağlı olmaya bilməz. Bu məsələ monqol
və buryat inamları əsasında sübut olunmuşdur (193, 167; 142,
310). Türk xalqlarının mifoloji təsəvvüründə od hamisi ilə
dağ hamisinin birgə düşünülməsi fikrini prof. M.Seyidov söy-
ləmişdir (32, 298).
Beləliklə, qadın ailədə ən nüfuzlu şəxs kimi ailə məra-
simlərinin, yəni od-ocaq mərasiminin icraçısı olur və buna
görə də odqan, udaqan və b. adlanır. Bu sosial funksiya üzə-
rində mifoloji ana Yerin adlarından biri olan Ötükən yaran-
mışdır. Beləliklə, arxaik cəmiyyətdə ailə başçısının adı ilə mi-
foloji Ana Yerin adı uyğundur.
Göründüyü kimi, arxaik cəmiyyətdə ailə başçısı ilə ailə
üzvlərinin adı uyğunluq təşkil edir. Ailə başçısı udaqan, od-
qan, ailə üzvləri, yəni kiçik qohumlar isə atu (idi) adlanırlar.
Çox güman ki, qohumluq münasibətlərini ana xətti ilə
aparan arxaik ailə daxilində atu sözü ( oğul sözü kimi) “öv-
lad”, “nəsil” mənasında işlənərək bütün ailə üzvlərini ifadə et-
mişdir. Qardaş ailəsində qohumluq sisteminin nəsil-yaş klas-
sifikasiyası meydana çıxandan sonra atu sözünün arxaik mə-
nası daralaraq aşağı nəsil-yaş kateqoriyasını ifadə etmişdir.
Ata-oğul qohumluğunun meydana çıxması ilə əlaqədar
olaraq arxaik qardaş ailəsi dağılır və patriarxal böyük ailə
10
Mifoloji Ana Yer surətinin müxtəlif ifadə formaları haqqında (155, 265 -
286; 140, 198-201).
34
meydana çıxır. Bu zaman ailədə ən nüfuzlu şəxs və ailənin
patriarxı sözün müasir mənasında ata olur. Yuxarıda qeyd
etdik ki, arxaik cəmiyyətdə bu termin ananı ifadə etmişdir.
Ancaq bu termin birbaşa patriarxal ailənin başçısını ifadə et-
məmişdir. Patriarxal ailənin formalaşmasına qədər mövcud
olan arxaik qardaş ailəsində bu termin ailədə böyüklük vəzifə-
sini yerinə yetirən yaşlı kişi qohumları ifadə etməli idi. Ata
termininin müasir türk xalqlarında işlənmə xüsusiyyəti bu
fikri təsdiq edir. Altay dillərində bu terminin çağırış səciyyəli
aday forması “ən yaşlı qohum”, ada forması isə “ata”, “əc-
dad” mənasını daşıyır (148, 26). Uyğur dilində ulu ata termini
“atanın böyük qardaşı” mənasını daşıyır. Türkiyə türkcəsinin
bir dialektində bu termin “böyük qardaş” mənasında işlənir
(166, 201). Bu terminin “ən yaşlı qohum” mənası o vaxt mey-
dana çıxa bilərdi ki, ailə başçısı ən yaşlı qohum olaydı. Ümu-
miyyətlə, həm qədim türk, həm də müasir türk xalqlarında bir
terminin həm əmini, həm atanı, həm də böyük qardaşı ifadə
etməsi müxtəlif ailə tiplərində bu şəxslərin eyni funksiyanı
daşıması ilə bağlıdır. Əmi anlayışının (yəni atanın qardaşı)
meydana çıxması ata-oğul qohumluğunun meydana çıxmasın-
dan əvvəl yarana bilməzdi. Çünki arxaik türk qohumluq sis-
temi və onu ifadə edən terminlər, N.V.Bikbulatovun göstər-
diyi kimi, ata ilə onun qardaşlarını fərqləndirmir (69, 100). Bu
halda təsdiq etmək lazım gəlir ki, “ böyük qardaş”ı, “ əmi”ni
ifadə edən terminlər ailə formasının dəyişməsi ilə bağlı olaraq
atanı ifadə etməyə başlamışdır. Beləliklə, aydınlaşır ki, ata
termininin ata, ailə başçısı mənası patriarxal ailənin və ən nə-
hayət, kiçik ailənin yaranması ilə bağlıdır.
V.V.Radlovun türk və uyğur abidələrinə əsaslanaraq
L.Y.Şternberqə verdiyi şifahi məlumata görə, X əsrdən başla-
yaraq bir-iki termin istisna olmaqla qohumluq terminləri tama-
milə dəyişmişdir (197, 66). Yada salmaq yerinə düşərdi ki,
35
məhz bu dövrdə kiçik ailə əsas ailə tipi kimi mövcud olmuşdur.
Buradan aydın olur ki, ata termininin “ailə başçısı” ata məz-
munu kiçik ailənin formalaşması ilə sabitləşmişdir.
Patriarxal ailənin formalaşması ilə bağlı olaraq arxaik
inamlar bu ailə forması ideologiyasının güclü redaktəsinə mə-
ruz qalmışdır. Ötükən inamının sonrakı taleyi üzərində müşa-
hidələr bu fikri təsdiq edir.
L.A.Potapovun fikrinə görə, xaqanlığın məhvi və türküt-
lərin öz torpaqlarından Mərkəzi və Orta Asiyaya qovulması ilə
əlaqədar olaraq Ötükən inamı unudulmuşdur (155, 284). Bu fi-
kirlə qətiyyən razılaşmaq olmaz. Birincisi, ona görə ki, Ötükən
inamı dövlətin yaranması ilə meydana gəlməmişdi və deməli,
onun dağılması ilə unudula bilməzdi. Kağanlığın dağılması ilə
Ötükən yalnız dövlətin hamisi funksiyasını itirə bilərdi. İkin-
cisi, Ötükən inamı qalıq şəklində də olsa, son dövrlərə qədər
yaşamışdır. L.P.Potapov özü bir məqaləsində göstərir ki, tu-
valılar son vaxta qədər Böyük Yeniseyin yuxarı tərəfində yer-
ləşən Udaqan zirvəsinə tapınmışlar (156, 35). Üçüncüsü, cə-
miyyətdə patriarxal münasibətlər inkişaf edir. Arxaik ailə for-
ması (qardaş ailəsi) öz yerini yeni ailəyə (patriarxal) verir. Bu
zaman Ötükən inamı dəyişərək ata kultu ilə əlaqələnir. Məhz
buna görədir ki, türk xalqlarında dağ ruhunun qadın kimi tə-
səvvür olunması artıq yaddan çıxmaq üzrədir. Altay xalqların-
da, şorlarda dağ ruhu əksər hallarda kişi kimi təsəvvür olunur.
Səbəbsiz deyil ki, ailədə qayınata ilə gəlin arasında olan yasaq-
lar dağa da aid edilir. Dağa, adətən, qayınata kimi baxırlar
(153, 153). Ancaq əksər xalqlarda dağ ruhunun qadın kimi tə-
səvvür olunması əfsanə və rəvayətlərdə yaşayır (153, 145-160).
Belə bir dəyişmə eyni ilə Ötükən inamında da baş verir.
Tayfanın hamisi olan dağ (və ya onun hamisi) kişi kimi təsəvvür
olunanda Ötükən Adaqana çevrilir. İkinciyə Altayda Soyon və
Çaapdı tayfaları tapınır. Ataqan “bütöv Altay təbiəti” kimi tə-
Dostları ilə paylaş: |