152
Min hiylə quran tülkü siyasilər, o hər an —
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan.
Onlar, əvət, onlar sizi çeynətməyə kafi,
Kafi sizi qəhr etməyə, məhv etməyə kafi...
1
―İblis‖də başqa surətlərə nisbətən realist planda verilmiş
zabit ibn Yəmin də bu tipli fitnəkarlardan biridir. İbn Yəmin
―kefə milyonlar sərf etmək‖ niyyəti ilə müharibəyə qoşulmuş
yırtıcı, canavar təbiətli hərbçidir. O, çirkin cinayətlərini
doğrultmaq üçün özünə layiq xüsusi bir ―fəlsəfə‖ də tapmışdır.
―Kim güclü isə, o yaşamalıdır; həyat daimi mübarizədən
ibarətdir‖. İbn Yəmin vətənə, millətə, hətta dostlarına da xain
çıxmış bir qatildir. Bununla belə o, siyasət aləmində, dövlət
yanında yenə də ən etibarlı adam sayılır. İbn Yəminin
aşağıdakı sözləri həm onun özünün, həm də məhz ibn
yəminlərə arxalanan hərbçi dövlətlərin simasını çox aydın
göstərir:
Bir böyük ordu, bir yığın insan
Mənim uğrumda oldu həp qurban.
Keyfə sərf eylədim də milyonlar,
Yenə dövlətcə etibarım var.
2
İblis surətinə gəlincə, onun özünün dediyi kimi,
―İblis nədir?‖
— Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
— İblis!
3
1
H. C a v i d. Seçilmiş əsərləri, səh. 383 -384.
2
Yenə orada, səh. 319.
3
Yenə orada, səh, 384.
153
Yuxarıda dediyimiz kimi, bu mövhumi surət əsərdə məhz bu
fikrin sübuta yetirilməsinə xidmət edir. Abdulla Şaiq İblis
surəti haqqında tamamilə haqlı olaraq yazırdı ki: ―Cavidin
İblisi bildiyimiz əsatiri iblis deyildir. O, ―atəşli müəmma‖,
insanlara hər cürə fənalığı yapdıran, vəhşətlərə sürükləyən
maddi ehti- rasın simvoludur‖
1
.
Oxucu yaxşı bilir ki, doğrudan da, birinci imperialist
müharibəsi zamanı ―qan püskürən‖ şahlar və dərəbəylərlə
yanaşı satqın ruhanilər də millətlər arasında ədavət salmaqda
çox böyük cinayətlər işləmişlər və imperialist orduların hakim
dairələrdən olan komanda heyətinin əsas hissəsi də məhz ibn
yəminlər kimi kefə milyonlar sərf edən adamlardan ibarət
olmuşdur. Hüseyn Cavid ―İblis‖ əsərində bütün bunları
göstərməkdə haqlı idi. Amma bizi düşündürməyə bilməz ki,
―İblis‖ müəllifi imperialist müharibəsini törədən əsas
qüvvələri, imperialist burjuaziyanı və müharibəyə qarşı duran
əsas tarixi qüvvəni, proletariatı və onun mübarizəsini nə üçün
göstərməmişdir? Bu sualın cavabı budur ki, haqqında bəhs
etdiyimiz dövrdə Hüseyn Caviddən bunu gözləmək olmazdı.
Çünki bu dövrdə o hələ dünyagörüşü, məfkurəsi etibarı ilə bu
dərəcəyə yüksələ bilməmişdi. Hələ əsrin ən qabaqcıl
ideyalarından uzaq olması ucundan idi ki, onun müharibə
əleyhinə yazdığı şeirlərdə, bəzən ötəri halda olsa da,
millətçilik, daha dəqiq deyilsə, türkçülük ideyalarının müəyyən
təsirləri, izləri də özünü göstərirdi. ―İblis‖də də türkçülük
ideyalarına rəğbət bəsləyən Yaralı zabit və Kiçik zabit surətləri
vardı ki, onlar türk ordusunun həmlələrindən, başqa mil-
lətlərdən olan ordular üzərindəki qələbələrindən ruhlanıb,
müharibədə öz millətləri üçün böyük zəfərlər arzusunda
olduqlarını bildirirdilər. Lakin Kiçik zabit və Yaralı zabit
surətləri ilə yanaşı Cavid Türkiyənin imperialist müharibəsinə
qoşulmasından narazı olan Vasif surətini də yaratmışdı. Vasif
Türkiyənin ―xain başçılarının‖ ―zavallı türk millətini‖ öz
1
―Maarif və mədəniyyət‖ məcmuəsi 1925, № 2.
154
əllərində oyuncağa çevirdiklərindən, açıqdan-açığa milləti
uçuruma apardıqlarından danışır:
Mümkün deyil, əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.
...İdrakı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
1
Təbiidir ki, bu sözlər eyni zamanda, müəllifin türklərin
müharibəyə qoşulmasının əleyhinə olduğunu göstərirdi.
Millətçilik, türkçülük azarına tutulmuş gənc türklərin Türkiyə
inqilabının nailiyyətlərini ayaqlayaraq imperialist müharibəsinə
qoşulduqları bir dövrdə Cavidin türklərin qanlı imperialist
müharibəsinə cəlb olunmaları əleyhinə çıxması, ―idrakı sönük
başçıların‖ türk millətini əllərində oyuncağa çevirmək
istədiyini göstərməsi müsbət bir hadisə idi. Bütün bunlarla
bərabər, ―İblis‖də Yaralı zabit və Kiçik zabit kimi epizodik
surətlərin əsasən müsbət planda verilməsi Cavidin bu dövrdə
türkçülük ideyalarının mənfi təsirindən tamamilə xilas ola
bilmədiyini göstərirdi.
* * *
Ümumiyyətlə yaradıcılığının ikinci dövründə yazdığı
əsərlərin çoxunda, xüsusən ―İblis‖ faciəsində sözün fəlsəfi
mənasında ―həyat mübarizəsi‖ məsələsi Cavidi çox
düşündürmüşdür. İnsanlıq əsil səadətə, azadlığa, sülh və
əmniyyətə məhəbbət ideyası iləmi nail ola biləcək, yoxsa
mübarizə ilə? Bu sual şairi sonrakı əsərlərində də çox məşğul
etmiş və demək olar ki, bir çox hallarda onun mənəvi
böhranlarına səbəb olmuşdur. Onu da deyək ki, bu təkcə Cavidi
deyil,
ümumiyyətlə XX əsr Azərbaycan mütərəqqi
romantiklərinin hamısını düşündürən bir məsələ idi. Cavidin
1
H.Cavid. Seçilmiş əsərləri, səh, 324.
Dostları ilə paylaş: |