161
xitab edib: ―yaşamaq istəyirsənsə, acizlikdən, zəiflikdən xilas
olmalısan‖ — fikrini irəli sürür və Cavid kimi, deyirdilər ki:
Yetişər, haydı zə’fi, iczi burax!
Qan, alov püskürən mühitinə bax!
Kim yatıb qalsa, bil ki, qeyb edəcək,
Ayaq altında məhv olub gedəcək.
Çox əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
1
Yaxud:
Çalış həp qalib ol, mərd ol!
Bu aydın bir həqiqətdir.
Cahan bir nazənin dilbər
Ki yalnız mərdə qismətdir.
2
Həyat mübarizəsi məsələsində mütərəqqi romantiklərin
məzlumları, haqqı, ədaləti müdafiə etmələri və qaranlığın,
əsarətin mənfur qüvvələrinə qarşı çıxmaları onları inqilabçı
demokratların görüşlərinə yaxınlaşdırırdı. Bununla bərabər,
başqa məsələlərdə olduğu kimi, bu məsələdə də onlar prinsip
etibarı ilə çox zaman inqilabçı demokratlardan ayrılır, tə-
rəddüd edir, bir-birinə zidd fikirlər irəli sürürdülər. Onlar bir
tərəfdən:
Qəsvətli, sisli hər gecədən bir günəş doğur,
Hürriyyət oylə nazlı bir afət ki pək vüqur,
Qan axmadıqca kimsəyə gülməz o işvəkar,
3
—
— deyə məzlumları azadlıq, hüquq uğrunda şərəfli mü-
1
H.Cavid. ―Haqqını sən mübarizə ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə
xitabı‖, ―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı‖, 1918, № 1-2.
2
Yenə orada.
3
H.Cavid. ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 40.
162
barizələrə çağırır, digər tərəfdən də:
İnanma, aciz üçün yox hüquq, inanma, xeyr,
Cahanda həq də, həqiqət də həpsi qüvvətdir,
1
—
— deyirdilər. Yaxud onlar:
Həmişə acizi qalib zəlilü zar edəcək,
Qəvi zəifi zəbunü səfilü xar edəcək.
Cidalgahi-fənadə yazıq... fəqirlərə.
Yazıq... günah... şu məhkum olan əsirlərə
2
—
— deyə ümidsizliyə düşür, dünyada guya həmişə zorun, şərin
qalib gələcəyini iddia edirdilər.
Beləliklə, haqqında bəhs etdiyimiz dövrdə ―həyat
mübarizəsi‖ məsələsində bir-birinə zidd, bir-birini inkar edən
iki anlayış var idi. Birincilər, tərəqqipərvərlər həyat
mübarizəsinin zərurətindən danışanda məzlumların zalımlara,
məhkumların hakimlərə, xalqların burjuaziyaya, kapitalizmə,
imperializmə qarşı mübarizəsini nəzərdə tuturdular; ikincilər,
mürtəcelər isə zalımların məzlumlara, hakim millətlərin
məhkum millətlərə qarşı hücumunu, irqçilik, millətçilik
mübarizəsini nəzərdə tuturdular. H.Cavid həyat mübarizəsi
məsələsini əsasən idealistcəsinə anladığına baxmayaraq, bir
çox hallarda tərəddüd edərək axırda bu məsələdə birincilərə
yaxınlaşırdı.
* * *
1919-cu il və 1920-ci ilin ilk ayları Azərbaycanda müsavat
ağalığının qızğın dövrü idi. Cavid müsavatla hesablaşmadı,
1
Yenə orada.
2
M. H a d i. ―Füyuzat‖, 1907, № 18.
163
müsavatı saymadı. O, bəylər, xanlar, milyonerlər hökumətinin
nə lehinə, nə də əleyhinə heç nə yazmadı, bu ağır dövrü dərin
sükutla qarşıladı.
Məlumdur ki, bu dövr, eyni zamanda, müsavat quruluşu
əleyhinə və Azərbaycanda Sovet hakimiyyəti uğrunda
mübarizə illəri idi. Ölkəni fəhlə hərəkatı, kəndli üsyanları
bürümüşdü. Məfkurə sahəsində qızğın mübarizələr gedirdi.
Azərbaycanın ən qabaqcıl ziyalıları, yazıçılarının bir çoxu bu
mübarizəyə qoşulub, məfkurə sahəsində əksinqilabla çarpışırdı.
Cavid bu illərdə fəhlə mətbuatında bəzi mütərəqqi şeirlər nəşr
etdirdiyinə baxmayaraq, əsasən, müasirləri olan qabaqcıl
ziyalılar cəbhəsindən, inqilab cəbhəsindən də uzaq idi. Şair
həmin illərdə Cənubi Azərbaycanda gedən inqilabi hərəkata,
Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi demokratik
hərəkata da münasibətini aydın bildirmirdi. Halbuki bütün bun-
lar hamısı nəinki yazıçı və ədibləri, mühərrirləri, bütünlüklə
xalqı məşğul edən mühüm ictimai-siyasi məsələlər idi. Bütün
bunlar vətənin ağır günlərində H.Cavidin tərəddüd etdiyini,
ciddi məfkurə böhranı keçirdiyini göstərirdi. Azərbaycanın
azadlıq və istiqlaliyyət üçün yeni yollar axtardığı, ölkənin hər
iki tərəfində xalqın demokratiya uğrunda, müstəqil Azərbaycan
uğrunda qan axıtdığı, xüsusən Şimali Azərbaycanda fəhlə və
kəndlilərin sosialist inqilabının qələbəsi uğrunda mübarizə
apardığı bir dövrdə Cavidin susması onun bağışlanılmaz
nöqsanı, zəifliyi və dünyagörüşünün məhdudluğu əlaməti idi.
164
ÜÇÜNCÜ FƏSİL
MƏFKURƏVĠ TƏRƏDDÜD ĠLLƏRĠ
1. ―PEYĞƏMBƏR‖ VƏ DĠNĠ MODERNĠZƏ
ETMƏK CƏHDLƏRĠ
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Ölkənin maddi və mədəni inkişafı üçün geniş imkanlar
yaradıldı. Bütün qabaqcıl yazıçılar yeni həyat uğrunda, mədəni
inqilab uğrunda mübarizəyə qoşuldular. Lakin Cavid 20-26-cı
illər arasında yeni həyatdan yazmadı; o, bir-birinin dalınca
tarixi keçmişə dair əsərlər yazıb Topal Teymuru və islam pey-
ğəmbərini idealizə etdi, onda müasir həyatdan və siyasətdən
uzaqlaşmaq meyli qüvvətləndi.
Bunun səbəblərini və sonrakı illərdə Cavid yaradıcılığında
əmələ gəlmiş dönüşlə bu tərəddüd arasındakı dialektik əlaqəni
düzgün və həqiqətə uyğun bir şəkildə izah etmək lazımdır.
Hələ 25 il bundan qabaq H.Mehdi yazırdı ki, ―biz onun —
Cavidin müasir varlığımızdan uzaqlaşmasını inqilaba zidd bir
cəbhə tutması ilə deyil, bəlkə bu inqilabın mürəkkəbliyi və
Cavid tərəfindən çox çətinliklə qavranılması ilə, çətin
anlaşılması ilə izah edirik‖
1
. Cavidin proletar inqilabına
münasibəti haqqında bu fikir tamamilə düzgün, həqiqətə uy-
ğun idi. Xüsusən 20-26-cı illər Cavid üçün məfkurəvi tərəddüd
dövrü idi ki, bu da onun proletar inqilabının əsas qayəsini
aydın dərk edə bilməməsindən irəli gəlirdi.
Əlbəttə, burada başqa səbəblər də yox deyildi.
Məlumdur ki, 20-26-cı illər Azərbaycan sovet ədəbiyya-
tının ilk təşəkkül dövrü idi. Yeni ədəbi nəsil hələ
yetişməmişdi, köhnə təcrübəli yazıçılardan proletar
inqilabının böyük mənasını aydın dərk edən Süleyman
Sani Axundov, M.S.Ordubadi, Cəlil Məmmədquluzadə,
1
H. M e h d i . Ədəbiyyat və sənət məsələləri, Azərnəşr, Bakı, 1958, səh. 10.
Dostları ilə paylaş: |