8
Sormayın əsla, kimim bən? Ya nəyim?
Şimdi bən bir qayğısız divanəyim.
İştə gönlüm bir yıqıq viranədir,
Hər nə söylərsəm bütün əfsanədir.
«Bən nəyim?» Kəndim də bilməm, vaz keçin,
«Sən nəsin?». Boş bir sual insan için.
…Göz-qulaq -görmək, eşitmək aləti,
Çoq zaman aldatmış insaniyyəti.
Hər nə göstərsəm, nə söylərsəm sizə,
E`tibar etməzsiniz heç bir sözə.
…Çünki anlaşmaq deyildir pək qolay,
Laylalaylay, laylilaylay, laylalay!.
«Şeirdə barışmaz, narahat və narazı bir ruh, kəskin bir
inkarçılıq ruhu var idi»-M.Cəfər bunu doğru sezmişdi və
Cavidin həmin şeirdə dini təəssübkeşliyi qəzəbli şəkildə
qamçılayıb millətləri sülhə, qardaşlığa çağırması onun
humanizmindən doğurdu.
«Hüseyn Cavid» monoqrafiyasında M.Cəfər öncə qeyd
etdiyimiz kimi problemlərdən əsərərə doğru deyil, əsərlərdən
problemlərə doğru gedir. Bunun sade izahı belədir ki, o,
Cavidin hər bir pyesinə ayrıca diqqət yetirir, haqqında söz
açdığı pyesin ideya-məzmun xüsusiyyətlərini təhlil edir,
başlıca problemi müəyyənləşdirir. M.Cəfər haqlı olaraq yazır
ki, Cavidin ilk pyesi olan «Ana» gərgin dramatik konfliktlər və
xarakterlər yaratmaqda onun xüsusi istedada malik olduğu
meydana çıxdı. M.Cəfər əsərin Azərbaycan ədəbiyyatında heca
vəzni ilə yazılan ilk mənzum dram olduğunu nəzərə çarpdırır,
lakin əruz vəznində yazdığı əsərlərə nisbətən burada ustalıq
göstərə bilməməsini, bir çox tiplərin eyni dildə danışmasını da
qüsur sayır. «Əsərdə Cavidin görüşləri, mənəvi böhranları və
ziddiyyətləri üçün ümumiyyətlə çox səciyyəvi olan bir məsələ
də: «məhəbbət yoxsa nifrət, həyatdakı ziddiyyətləri bunların
9
hansının vasitəsi ilə aradan qaldırmaq olar?» problemi idi. Şair
məhəbbətə və mərhəmətə üstünlük verirdi».
Cavidin sonrakı pyesi-«Maral»da isə ədibin həyat
müşahidələrinin zənginliyi, ictimai konfliktlərin daha aydın
göstərilməsi diqqəti cəlb edir. Bu əsərdə Cavid romantizmi
«Ana» mənzum dramındakı sadə formulədən tamamilə
fərqlənir, «Maral» təkcə bir ailə dramı deyil, cəmiyyət
həyatının bir çox problemlərini özündə əks etdirən bir
əsərdir.Cavid realist ədəbiyyatdan gələn bir ənənəni-atalar və
oğullar qütbləşməsini konfliktin mahiyyətinə çökdürmüşdür.
Mühafizəkar Turxan bəy N.B.Vəzirovun, Ə.Haqverdiyevin
əsərlərindən bizə tanış olan «atalar»ı xatırladır. Heç bir yenilik,
insaniyyət adına olan müsbət keyfiyyətlər onu fikrindən
döndərə bilməz: «Məncə gözəllik zövqə aid bir şeydir. Sərvət
isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz… Əvət, hər
şey para ilə əldə edilir, illa fəzilət və insaniyyət! Fəzilət də
paradadır, insaniyyət də..» - bu, Turxan bəyin həyat amalıdır.
Ona qarşı çıxan qüvvələr-yeni nəslin nümayəndələri Cəmil
bəy, Humay, Aslan və Maraldır. «Onlar turxanbəylər
mühitində dolaşsalar da, əslində, bu mühitin tələbləri, adət-
ənənələri ilə deyil, başqa bir həyat, gələcək arzusu ilə yaşayan
romantik gənclərdir».
M.Cəfər bu romantik gənclərin şirin arzuları, gələcək
haqqında xoş düşüncələri ilə yaşadıqları mühit arasında böyük
bir ziddiyyət olduğunu nəzərə çarpdırır, onların görüşlərində,
dünyabaxışında da ziddiyyətlər yaşayır. Burada bir müqayisə
üçün
fürsət
yaranır: «Cəmil özünün fərdiyyətçiliyi,
mərdümgirizliyi, pərişan xəyalları, puç olmuş şirin arzuları,
başqa həyat həsrəti ilə müəyyən dərəcədə Qərbin romantik
qəhrəmanlarını xatırladır. Lakin əslində o, nə Çayl Harold, nə
Manfred, nə də Karl Moordur. O, hər şeydən əvvəl, Şərqə, Şərq
romantizminə, Azərbaycan romantizminə məxsus bir tipdir.
Cəmil yenicə oyanmış Şərqin özünə məxsus keyfiyyətlərə
10
malik romantik gənclərindən biri olmaqla bərabər, Şərqə xas
olan ənənəvi sentimental, romantik əhvali-ruhiyyəyə malikdir».
«Maral»da Cavidin sonrakı pyesləri üçün səciyyəvi olan
bir sıra ideya-bədii xüsusiyyətlər nəzərə çarpır: romantik
qəhrəmanlar məhəbbəti intixab edir,dünyada məhəbbətin
hökmranlıq edəcəyinə inanır, onu ilahiləşdirir, qan tökməyi,
cəlladlığı insanlığa yaraşmayan sifətlər hesab edir, əxlaqi
təkamül
ideyasına
arxalanırlar.
Cavidin
romantik
qəhrəmanlarınının səciyyəsini ədəbiyyatımızda yaranan realist
qəhrəmanlarla müqayisə edən M.Cəfərin qənaəti belədir ki,
realist qəhrəman ən çətin şəraitdə belə əlindən gələni edir,
çalışır, çarpışır, yaradır, romantik qəhrəman isə yalnız əlçatmaz
gözəl arzularla yaşayır, bərk ayaqda həyatdan uzaqlaşır, sonsuz
fəzalara doğru üz tutur..
Cavid «Maral»dan sonra «Şeyx Sənan», «Uçurum»,
«Şeyda», «İblis» əsərlərini qələmə aldı. «Hüseyn Cavid»
monoqrafiyasında M.Cəfər bu əsərlərin hər birini romantik əsər
kimi
səciyyələndirir.
Bu
əsərlərin
tematikası,
janr
xüsusiyyətləri, obrazları nəzərdən keçirilir. Burada görkəmli
ədəbiyyatşünasın başqa bir əsərini-«Azərbaycan ədəbiyyatında
romantizm» monoqrafiyasını xatırlatmaq lazım gəlir. Bu əsər
1905-1917-ci illərdə Azərbaycan ədəbiyyatında romantizm
ədəbi cərəyanının keçdiyi yolu işıqlandırır, Azərbaycan
ədəbiyyatında romantizmin kökləri, tədqiq olunan dövrdə
məxsusi cəhətləri, nəzəri məsələləri, tematikası, janr və üslub
xüsusiyyətləri, obrazlar qalareyası barədə geniş təsəvvür
yaradır. Təbii ki, bu monoqrafiyada H.Cavid yaradıcılığına da
xüsusi diqqət yetirilir. M.Cəfər yazır ki, Cavid bütün
əsərlərində romantik olmuşdur.
Romantizm ədəbi cərəyanının özünəməxsus tematikası
Cavidin yaradıcılığında da bariz nəzərə çarpır.»Şeyx Sənan»
dini təəssübkeşliyə qarşı yazılan bir əsər kimi səciyyələnirsə,
«Şeyda»da milyonerlər Bakısında mətbəə işçilərinin və yoxsul
ziyalıların, mühərrirlərin faciəli həyatı təsvir olunur. «Uçurum»
Dostları ilə paylaş: |