11
isə romantik üslubda yazılmış ailə faciəsidir. «İblis» isə
M.Cəfərin fikrincə, müharibə əleyhinə yazılıb, insanlığın tarixi
faciələrini əks etdirir. Əlbəttə, Cavidin əsərlərinin mövzusunu
belə sadə bir sxemlə izah etmək bəlkə də çoxdarına qəribə gələ
bilər. Ancaq M.Cəfər bu sadə sxemdə Cavidin əsərlərinin
obrazlar aləmini, janr-üslub xüsusiyyətlərini açmağa müvəffəq
olur. Məsələn, «İblis» əsərinin janrı barədə bəzi mübahisələr
olmuşdur. M.Cəfər həmin mübahisələrə son qoyaraq qəti
şəkildə bildirir ki: «…birinci dünya müharibəsinin törətdiyi
fəlakətlər də, onun mürəkkəb nəticələri də göz qabağında idi.
Bu nəticələrdən ən mühümü bu idi ki, imperialist cəbhəsi xeyli
zəifləmiş, Rusiyada sosialist inqilabı qalib gəlmişdi. Əgər
Cavid realist olsaydı, belə bir tarixi hadisə haqqında ondan
tamamilə başqa ruhlu bir əsər gözləmək olardı. Amma Cavid
romantik idi, «İblis» də romantik bir faciə idi».
Təbii ki, adını çəkdiyimiz bu əsərlərin təhlilində
müəyyən mübahisəli fikirlər də diqqəti cəlb edir. Məsələn,
müəllif sovet dövrü ideologiyasından irəli gələn belə bir fikri
irəli sürür ki, birinci imperialist müharibəsi ərəfəsində və
müharibə
dövründə
bütün
əksinqilabçı
burjua
nəzəriyyəçilərinin «islamlaşmaq» şüarını ortalığa atıb, inadla
bu çürük fikri müdafiə etdikləri bir şəraitdə Cavidin «Şeyx
Sənan» kimi bir əsəri qələmə alması onun yaradıcılığında
müsbət bir hadisə idi. Məlumdur ki, Cavid «Şeyx Sənan»da bir
dini yox, bütün dinləri tənqid edir, məhəbbət dinini intixab
edir. Əsərin təhlili zamanı M.Cəfər özü də elə bu fikrə gəlib
çıxır: «O (Şeyx Sənan-G.B.) başa düşür ki, dinlər insanları,
xalqları bir-birindən ayrı salır, bəlalar, fitnələr doğurur.
Bununla belə Şeyx Sənan özü də insanları, xalqları, millətləri
bir-birinə mehriban edə biləcək, bir-birinə qardaş edə biləcək
başqa bir etiqad axtarır. Bu etiqad dinə yox, müəyyən bir
fəlsəfəyə əsaslansa da, hər halda yenə etiqaddır. Bu da bir növ
ilahi bir məhəbbət, ruhani bir eşqdir. Doğrudur, bu «ilahi
məhəbbət» ideyasının qarşısında din, iman, məzhəb, Kəbə,
12
monastr, incil, tövrat, quran və sair bir heçə, əfsanəyə çevrilir;
lakin əslində, bu etiqad özü də başqa ruhlu bir əfsanədir».
«Şeyx
Sənan»
və
«İblis»
faciələri
Cavid
dramaturgiyasına xas olan bir cəhətiylə də seçilir. Hər iki
əsərdə fikir və ideya nöqteyi-nəzərindən qüvvətli təsir
bağışlayan və bu mənada Baş Qəhrəmanla yanaşı dura biləcək
obrazlar diqqəti cəlb edir. Baş Qəhrəmanla müqayisədə onların
fəaliyyət dairəsi, meydanı dar və məhduddur, lakin onların hər
birinin öz fəlsəfəsi və məntiqi var. «Şeyx Sənan»da Şeyx Kəbir
və Dərviş, «İblis»də Arif və İblislə yanaşı, Qoca Şeyx və Elxan
belə
obrazlardandır.
Şeyx
Sənan
Şeyx
Kəbirin
yetirməsdir.M.Cəfərin fikrincə, o panteist bir mürşüddür, islam
dininin bir çox ehkamlarına, quranın bəzi hökmlərinə,
rəvayətlərinə şübhə ilə yanaşır və Şeyx Sənanı da bu ruhda
tərbiyə edir ki:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: yaradan-
Hər zaman, hər tərəfdə nurəfşan,
Fərqsiz onca həp zamanü məkan..
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?
Şeyx Kəbirdən sonra Cavid bütün dini ehkamlara şübhə
ilə yanaşan, səhranişin, təriqətçi bir mütəfəkkir surətini-Dərvişi
səhnəyə gətirir. O,öz fikirlərinə görə Şeyx Kəbirdən daha
kəskindir, bütün dinləri mənasız hesab edir, həmişə «ənəlhəqq»
deyir. Tamamilə dinsiz, etiqadsız olan bu obraz Şeyx Sənanın
fikri inkişafında böyük təbəddülat yaradır. Amma M.Cəfər
Şeyx Sənanı Dərvişdən ayıran, fərqləndirən xüsusiyyətləri də
nəzərə çarpdırır. O da bundan ibarətdir ki, Şeyx Sənan sonda
Dərvişi və onun mövhumi təbliğatını rədd edir.
13
«Şeyx Sənan» haqqında fikirlərini ümumiləşdirən
M.Cəfər sonda belə bir doğru qənaətə gəlir ki: «Şeyx Sənan,
təbiidir ki, müasir həyatdan alınan bir surət deyildi. Lakin tarixi
bir şəxsiyyətin surəti, bir tarixi faciə qəhrəmanı da deyildi;
ancaq müəyyən ideyaları əks etdirən xəyali, romantik bir
qəhrəman idi. Bununla belə, Sənanın simasında Azərbaycanın
ictimai fikir tarixinə və əsərin yazıldığı dövrə aid olan
müəyyən və məşhur bir həqiqət təcəssüm etdirilmişdi: bu
həqiqət isə bizim ictimai fikrimizdə, ədəbiyyatımızda, xüsusən,
klassik şeirimizdə, Xaqani, Nizami, Nəsimi, Füzuli və başqa
mütəfəkkir şairlərin yaradıcılığında dini təəssübkeşliyə, dini
ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus
orijinal bir şəkildə ifadəsi idi».
«İblis»i romantik faciə adlandıran M.Cəfər pyesə məhz
romantik cərəyanın prinsipləri nöqteyi-nəzərindən təhlil
verir.Tədqiqatçı əsərin ideyası belə müəyyənləşdirir: «Burada
qarşılaşdırılan qüvvələr əsasən şairi yaradıcılığının ilk
dövrlərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi:
Yaşamaq istəyirmisən, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil -
deyən müharibə ideyası, ikincisi isə:
Bir fəzilətsə öldürüb ölmək,
Canavar bizdən əşrəf olsa gərək -
deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır.
Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx,
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və
başqaları bu iki zidd ideyanı təmsil edirlər».
«İblis» Cavidin həm ideya-məzmun, həm də forma,
kompozisiya baxımından ən mürəkkəb və çoxplanlı əsəridir və
bu əsərin təhlilində M.Cəfər əsas diqqəti əsərin ideyası ilə bu
Dostları ilə paylaş: |