Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə73/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

 

224 


qiymətli işi, yaradıcılığı, əməyi ilə iştirak edə bilər. Azər 

gənc vətəndaşa nəsihət edib deyir: 

 

Haq da, həqiqət də göz önündədir, 

Yer altında deyil, yer üstündədir. 

Bəxtiyarsan, əgər çəkdiyin əmək  

Cahan sərgisinə versə bir çiçək.

1

 

(―Məzarlıqdan keçirkən‖.) 

 

Azər  həyatdan  geridə  qalmış  gənclərə  şənlik 

məclislərində  də  rast  gəlir.  Bir  ziyafətdə  çadrasını  atmış 

bir  neçə  gənc  qız  və  xanımla  rastlaşır.  Lakin  onlar 

çadralarını  atsalar  da,  hələ  fikir,  zövq  və  mənəviyyatca 

yeni  həyatdan  çox  uzaqdırlar.  Yeniliyi  yanlış  başa 

düşmüş, modaçılığa uymuş, yeniləşməyi bolluca pudra və 

boya  işlətməkdən  ibarət  bilmişlər,  meşşanlıq  bataqlığına 

yuvarlanmışlar.  Azər  görür  ki,  onlar  hələ  inqilabın  Şərq 

qadınına  bəxş  etdiyi  feyzlərdən,  yeni həyatın  onlar  üçün 

açdığı 

geniş 


mübarizə 

yollarından 

çox 

uzaq, 


xəbərsizdirlər. O, Şərq qadınının çadradan xilas olmasını 

böyük  bir  tarixi  yenilik  hesab  edir.  Bununla  belə 

qadınların  inkişafına  mane  olan  mənəvi  çadranın  da 

olduğunu qeyd edir: 

 

Ġnqilab, iĢtə! Atıb çarĢafı siz, 

O siyah pərdəyi rədd eylədiniz. 

Qeyd edirkən bunu tarix, ancaq, 

Bir fəzilət deyə alqıĢlayacaq. 

 

Sizi aldatmasın amma bu qürur, 

ÇarĢaf atmaqla bitər sanma qüsur, 

Çox beyinlər yenə həp pərdəlidir, 

Mənəvi pərdəyi dəf etməlidir.

1

 

                                                 



1

 Yenə orada. 


 

225 


(―Bayramdı‖.) 

 

Azər dörd divar arasında oturub pudraya, boyaya aludə 

olan  xanımları,  qızları  həyata,  zəhmətə,  fəaliyyətə 

çağırır: 

 

Hərəkətsiz bir ovuc ət kimi siz, 

Qapanıb məhbəsə gün görməsəniz, 

Nə gözəllik, nə də sihhət qalacaq, 

Gündə bir çöhrə vərəmdən solacaq.

2

 

(―Bayramdı‖.) 

 

Bir  başqa  məclisdə  Azəri  insan  haqqında  çox 

köhnəlmiş,  qəribə  mülahizələrə  sahib  olan  adamlar  əhatə 

edir.  Onlardan  biri  ―insan  meymundan  əmələ  gəlmiş, 

heyvandan  yonulmuşdur‖  deyə  dünyanın  əşrəfi  olan 

insanı  heyvan  dərəcəsinə  qədər  alçaldır,  insanın  ağıl  və 

zəkasına,  insanlığın  parlaq  gələcəyinə  şübhə  etdiyini 

bildirir. 

Yaradıcılığının  birinci,  inkarçılıq  dövründə  Cavid  özü 

də 


 

Göz-qulaq görmək, eĢitmək aləti,  

Hər zaman aldatmıĢ insaniyyəti — 

 

—  deyə  insan  zəkasına  bir  növ  şübhəli  münasibət  bəslə- 

yirdi.  Bu  əsərdə  isə  Cavidin  sovet  həqiqətini  dərk  edən 

və  sovet  adamlarının  yaradıcı,  qurucu  əməyindən 

ilhamlanan  qəhrəmanı  Azər  bu  inkarçılığa belə  kəskin  və 

ağıllı bir cavab verir: 

 

Ġnsan yonulmuĢ bir heyvan; olsa da, 

                                                                                                        



1

 H. C a v i d. SeçilmiĢ əsərləri. səh. 623. 

2

 Yenə orada, səh. 622. 


 

226 


Endirilməz heçə ondakı zəka. 

O yalnız düĢünməz, düĢündürür də, 

KəĢf edər gündə bir qaranlıq pərdə

1



(―YaĢamaq və yaĢatmaq‖) 

 

Başqa  bir  parçada  Azəri  uzaq  bir  kənddə  görürük. 

Yeni  sovet  mədəniyyətinin  günəşi  ölkənin  bu  hicra  gu- 

şəsində  də  doğmuş,  kənddə  məktəb  açılmış,  gənc  müəl- 

limlər  yetişmişdir.  Lakin  burada  hələ  köhnəliyin  tör- 

töküntüsü  də  qalmaqdadır.  Səsi  çox  uzaq  keçmişlərdən 

gələn bir dərviş çayxana qarşısında durub, ―ya Əli!‖ deyə 

qədim  əfsanələrdən  bəhs  edir,  insanın  da,  dünyanın  da 

sonu 

heçdir 


—  deyə  insanları  gözəl  həyatdan 

uzaqlaşdırmağa 

çalışır. 

Dərvişin 

səsi 

Azərə 


xarabalıqlarda  ötən  bir  bayquş  səsi  təsirini  bağışlayır. 

Azər gülüb deyir: 

 

Nə boldur bu köydə mövhumat alan! 

ġu sərsəridənsə gözəl deyilmi  

Əyləndirə bizi saz aĢıqları.

2

 

 

Azərin  məsləhəti  ilə  dərvişi  uzaqlaşdırıb,  məclisə  saz 

aşığı  çağırırlar.  Aşıq  gəlir,  sazını  bağrına  basıb  bir  az 

əvvəl  dərvişin  təbliğ  etdiyi  tərki-dünyalığa  qarşı  həyat 

məhəbbətini,  yaşamaq  eşqini  tərənnüm  edən,  nikbin, 

ürəkaçan  mahnılarını  oxuyur,  yeni  həyat  sevinclərindən 

bəhs edir: 

 

Mən bir qartalam ki, zümrüd dağların 



Çiçəkli qoynunda yaĢıl yuvam var; 

Gül bənizli, Ģahin baxıĢlı yarın  

Könlümə saçdığı yeni ilham var

3

                                                 



1

 Yenə orada, səh. 616. 

2

 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 633. 

3

 Yenə orada. 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə