Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə74/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

 

227 


(―Köydə‖.) 

 

Azər  kənd  cavanlarına  qoşulub  müəllim  və  mək- 

təblilərlə birlikdə kəndi gəzir, toylarda, şənliklərdə cəngi 

çalıb  yallı  gedənləri,  pəhləvanların  güləşmələrini  fərəhlə 

seyr  edir,  həyat  mübarizəsi  üçün  sağlamlığın  böyük 

mənasından  danışır,  gözəl  el  adətlərini  qiymətləndirir. 

Azər  yeni  Azərbaycan  kəndinin  maariflənməsi  işində 

kənd müəllimlərinin üzərinə düşən böyük vəzifələrdən də 

danışır. O, yenicə dostlaşdığı gənc müəllimə deyir: 

 

Tutduğun yol böyük... sən el rəhbərisən, 



Bütün səslərdən üstündür sənin səsin. 

Bağır, hayqır, can ver issız bucaqlara, 

Bilgi nuru yağdır sönmüĢ ocaqlara, 

Zəif biləklərdən çəlik qollar yarat,  

Hər uyuĢmuĢ beynə bir qığılcım at! 

ÇalıĢ bütün boĢluqlar zəminlə dolsun,  

Hər bataqlıq çiçəkli bir cənnət olsun. 

Bilgi saçar hər qaranlıq yurda iĢıq, 

Yalnız əmək verir bizə bəxtiyarlıq

1



(―Köydə‖.) 

 

Bir  yerdə  dayanmaq  bilməyən  Azər  yeni  həyatın  yo- 

rulmaz  yolçusudur.  Başqa  bir  parçada  Azəri  məsciddə 

mövhumat  əleyhinə  təbliğat  aparan  görürük.  O,  məscid 

yanından  keçirkən  içəridə  bir  gurultu,  şivən  qopduğunu 

görüb,  maraqlanır,  yaxına  gedir.  Əsrdən,  zəmanədən  geri 

qalmış,  əsil  həyatdan  ayrı  düşmüş  bir  yığın  avam  buraya 

yığışmış,  ah-nalələri  dünyanı  bürümüşdür.  Onlar 

minbərdəki  şəriət  dəllallarının  vəzini  dinləyirlər.  Kimisi 

ağlayıb  sızlayır,  kimisi  dırnaqları  ilə  üzünü  didir,  kimisi 

zəncir  vurur;  bir  başqası  isə  başına  kül  sovurur.  Azəri 

                                                 



1

 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 635-636. 


 

228 


dəhşət  bürüyür.  Bu  miskin  dindarlar  ona  bir  sürü  ―ipsiz 

dəlilər‖  kimi  görünür.  Lakin  Azər  yaxşı  bilir  ki,  bu  sadə 

insanları  ipsiz  dəlilərə  çevirən  şəriət  dəllalı  şeyxlər, 

vaizlərdir. Azər vaizə deyir: 

 

ġeyx, aldatma xalqı, dinlə məni, 

Bütün əfsunlu sözlərin xülya... 

Gəl burax göylərin hekayətini. 

...Ən gözəl dindir iĢtə dini-həyat, 

BaĢqa yol yox, ya fən, ya mövhumat!.. 

Can çəkiĢməkdə köhnə zövqü Ģüar  

...Qızma, Ģeyxim, sizin yaratdığınız  

Tanrı ölmüĢ də, yoxdur ağlayanı

1



(―Məsciddə‖.) 

 

Azər  şeyxi  minbərdən  endirib  camaata  müraciətlə, 

bunların  hiylələrinə  uymamağa,  bütün  məscidləri 

məktəblərə,  kitabxanalara  çevirməyə,  elm  və  maarif 

dalınca  getməyə,  əsil  cənnəti  doğma  vətənin  özündə 

yaratmağa,  birliyə,  zəhmətə,  fəaliyyətə  çağırır.  Azər 

vətəndə  bir  nəfər  də  olsun  işsiz,  avara  adam  görmək 

istəmir. 

Budur  o,  ―Altun  şəhərdə‖  –  Bakıda  qoca  bir  dilənçiyə 

rast gəlir. Bu, köhnə milyonerlərindən biridir. İnqilabdan 

əvvəl  xalqa  qan  udduran,  kimsəsizlərin,  yoxsulların 

cəlladı,  iblisi  olan  bu  azğın  qazandığı  milyonları  ―küçə 

töhfələrinə‖,  ―salon  aşiftələrinə‖  sərf  etmiş,  indi  isə 

dilənçi  kökünə  düşüb,  ―allah  xatirinə‖  deyə  gəlib-

gedəndən  sədəqə  istəyir.  Çünki  o,  əzəldən  müftəxorluğa 

alışmışdır.  İşləmək  bilmir,  elm,  bilik,  fərasət  də  ki 

yoxdur.  Milyoner  öz  uşaqlarını  da  özü  kimi  tərbiyə  edib 

yeddi  başdan  ibarət  böyük  bir  ailəni  bədbəxt  etmişdir. 

Onlar da aciz, tənbəl, işsizdirlər. Hələ bu azdır. Milyoner 

                                                 



1

 Yenə orada, səh. 578. 


 

229 


dilənçi  keçmişi  ilə  öyünüb  var-dövlət  içində  üzdüyü 

günləri xatırlayır. Azər ona nifrətlə cavab verir ki: 

 

Öyünüb durma, o sərvət əsla, 



Sana aid deyil, azğın budala 

Ot satan, pambıq atan, hava satan 

Hər gələn bəhs ediyor milyondan 

Əcəba sən onu nərdən aldın? 

Şübhəsiz, başqalarından çaldın. 

 

Azər köhnə milyonçunu bir işdən  yapışmağa, namuslu 



əməklə  məşğul  olmağa  çağırır.  Lakin  milyoner  işləmək 

istəmir.  Keçmişdə  olduğu  kimi,  dilənçiliklə  də  olsa  yenə 

başqalarının hesabına yaşamağı əlverişli sayır. Azər elm, 

bilik  və  zəhmətdən  uzaq  olan  bu  adamı  nifrətlə  rədd 

edərək,  yeni  cəmiyyətdə  belələrinə  yer  olmadığını 

bildirir: 

 

Sənə ölmək yaşamaqdan yeydir, 



Çünki baş yox, çalışan əllər yox 

Ölüsən... Get, deyinib söyləmə çox

1



(―Eşidilən türkü‖) 



 

Belə  müftəxor  köhnə  iblislərin  birinə  də  Azər  kənddə 

rast  gəlir.  Bu,  yeni,  Sovet  Azərbaycanı  kəndidir.  Lakin 

keçmiş  bəylik-xanlıq  dövrünün  qalıqlarından  biri  fürsət 

tapıb,  bu  kənddə  şura  sədrliyi  vəzifəsinə  soxulmuş, 

oğurluq,  quldurluq,  əxlaqsızlıq  edir.  O,  yeni  kəndin 

inkişafına,  mədəniləşməsinə  mane  olur,  kəndin  ən  yaxşı 

adamlarına,  ziyalılarına  nahaqdan  əksinqilabçı  damğası 

vurdurub  həbs  etdirir.  Azər  kütləyə  qarışıb  bu  canavarın 

fırıldaqlarını öyrənir, onun törətdiyi fəlakətləri müəyyən- 

ləşdirir.  Kəndə  gəlmiş  gənc  müfəttişin  köməyi  ilə  cani 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 606. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə