Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə76/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

 

233 


Azər  Almaniyada,  Rur  vilayətində  kömür  mədən- 

lərini  gəzib,  alman  fəhlələrinin  ağır  həyatı  ilə  tanış  olur. 

Bu  mədənlər  ―Dantenin  cəhənnəmindən  seçilməyən‖ 

yoxsullar  məzarıdır.  Bu  məzarın  qurbanları  isə  qabarlı 

əllərdir.  Əsarət  və  köləliyə  qarşı  çıxan  fəhlələri 

sahibkarlar  işdən  qovmuşdur.  Özlərini  fəhlələrin  rəhbəri 

adlandıran  yalançı  sosialistlər  isə  sahibkarları  müdafiə 

edirlər.  Azər  öz  ixtiyarlarını,  talelərini  kapital 

xidmətində  olan  yalançı  sosialistlərə  tapşırmış  fəhlələrin 

sadəlövhlüyünə  acıyıb,  onlara  yeni,  namuslu  rəhbərlər 

arzu edir (―Kömür mədənində‖.)  

―Azər‖  dastanında  Cavid  məzlum  Şərq  xalqlarından 

bəhs 

edirkən 


fars 

feodallarının 

və 

imperialist 



müdaxiləçilərinin  zülmü  altında  inləyən  qardaş-ba- 

cılarını,  cənubi  azərbaycanlıları  da  unutmur.  Dastanın  ən 

qiymətli,  məzmunlu  parçalarından  biri  olan  ―Kor 

Neyzən‖  hissəsində  şair  İran  feodalları  tərəfindən  gözü 

çıxarılmış  bir  urmilinin  faciəli  həyatını  təsvir  etmiş,  bu 

qəhrəmanın  həyatı  ilə  müstəmləkə  şəraitində  yaşayan 

Cənubi  Azərbaycanın  bütün  zəhmətkeşlərinin  qəmli 

taleyini ümumiləşdirməyə müvəffəq olmuşdur. 

Azər  Sovet  Azərbaycanında  kənddə  gəzib  dolaşırkən 

uzaqdan,  bir  bağçadan  qəmli  bir  ney  səsi  eşidir.  Bu  səs 

onun  bütün  varlığını  sarsıdır,  neyin  təsirindən  beli 

bükülmüş kimi əsasına dayanaraq, addım-addım səs gələn 

tərəfə  gedir.  Həmişə  şad  görünən  Azərin  bu  kədərli  halı 

suya  gedən  tanış  kənd  qızlarının  təəccübünə  səbəb  olur. 

Qəmli  ney  səsi  təbiətə  də  təsir  edirmiş  kimi  üfüqlərdə 

ulduzlar  qızarır.  Zöhrə  ulduzu  da  Azərə  baxıb  durur; 

sanki o da bu səsdən həyəcanlanmışdır. 

Neyin səsini yaralı qəlbin fəryadına oxşayan bir mahnı 

təqib edir. Azər bağçaya daxil olur. Bir çardaq altında iki 

gözdən,  dünya  işığından  məhrum  edilmiş  bir  kor 

əyləşmişdir.  Ney  çalan,  qəmli  mahnılar  oxuyan  da  odur. 



 

234 


Azər  salamlaşır,  hörmətlə  qəbul  edilir.  Bu  dərdli  insanın 

həyatının  qəmli  tarixçəsi  ilə  tanış  olur,  adını  soruşur. 

Bədbəxt 

adamın 


adı 

Qəhrəmandır. 

O, 

Cənubi 


Azərbaycandan,  Urmi  şəhərindəndir.  Vətənində  bir  əsir 

kimi  yaşamış  Qəhrəman  illərlə  əfşar  elindən  olan  bir 

xana  mirzəlik  etmişdir.  Xanın  heç  də  atasına  oxşamayan 

nəcib  qızı  Mələknisa  Qəhrəmanı  sevmiş  və  ondan  da 

qarşılıqlı  bir  məhəbbət  görmüşdür.  Lakin  xan  öz  qızının 

Qəhrəmana  aşiq  olduğunu  bilincə  qəzəblənib  zavallı 

katibin  gözlərinə  mil  çəkdirmiş,  onu  əbədi  dünya 

işığından  məhrum  etmişdir.  Qəhrəman  da,  ―Şeyx 

Sənan‖dakı  kimi,  ―könüldə  nuri-məhəbbət,  gözündə 

pərdeyi-zülmət‖ olan korlardan birinə çevrilmişdir. Sonra 

o,  xanlar,  ərbablar  mühitində  yaşaya  bilmədiyindən  qoca 

dayısı  ilə  vətənin  şimal  hissəsinə,  Sovet  Azərbaycanına 

gəlmişdir. 

İndi  Qəhrəman  burada  insan  kimi  azad  yaşamağa 

imkan  tapmışsa  da,  yenə  Urmini  və  ilk  sevgilisi  Mələk-

nisanı  unuda  bilmir.  Çalıb  inlətdiyi  ney,  qoşduğu 

mahnılar  da  bu  hicran  dərdinin  ifadəsidir.  Qəhrəmanın 

faciəsindən  son  dərəcə  mütəəssir  olan  Azər  ―gəl  səninlə 

sirdaş  olaq‖  deyə  onun  yanında  əyləşir,  bir  də  çalıb 

oxumasını  xahiş  edir.  Qəhrəmanın  yeni  mahnısı  füsunkar 

Cənubi Azərbaycan torpaqlarının, gözəl Urminin tərifi ilə 

başlayır: 

 

Urmi bir şəhərdir, ətrafı gülzar, 



Gül bağları var ki, gəzənlər azar  

Zərdüştün günəşi orda az qızar. 

Çox zaman mayisdən seçilməz yazı, 

Xoşdur o torpağın hər sözü, sazı. 



 

Urmi  bəzi  cəhətlərdən  Zərdüştə  oxşayan  Azər  üçün  də 

doğma  bir  diyardır.  Zərdüşt  də  bu  şəhər  ətrafında 



 

235 


doğulmamışdırmı?  Belə  olduqda  o  bu  mahnıdan  necə 

mütəəssir  olmaya  bilər?  Qəhrəman  öz  mahnısını  davam 

etdirir: 

 

O gül diyarında şən bir bülbülə  



Uyub qondum mən də bir qonçə gülə. 

Xain bir ovçunun namərd əliylə  

Ömrümün baharı xəzanə döndü, 

Dünya gözlərimdə zindana döndü. 

...Yardan uzaq düşdüm, gəlib gedən yox, 

Uğrunda bitdiyim nazik-bədən yox. 

Dərd alıb sağımı, ölüm solumu, 

Namərd Araz kəsdi mənim yolumu.

1

 

(―Kor Neyzən‖.) 



 

Cavidin  bu  illərdə  Cənubi  Azərbaycan  xalqının  taleyi 

ilə  xüsusi  maraqlanması  onun  yaradıcılığında  və 

görüşlərində  son  dərəcə  diqqətəlayiq  bir  hadisə  idi.  Bu, 

Caviddə  vətənpərvərlik  hisslərinin  yeni,  geniş  məzmun 

kəsb  etdiyini  göstərirdi.  Heç  təsadüfi  deyildir  ki,  haman 

illərdə  şair  Cənubi  Azərbaycan  həyatından  bəhs  edən 

―Telli  saz‖  adlı  ayrıca  bir  dram  da  yazmışdır.  Dramda 

Sovet  Azərbaycanının  yeni,  azad  həyatı  ilə  Cənubi 

Azərbaycandakı  müstəmləkə  zülmü  qarşılaşdırılır.  Şair 

qardaş-bacılarını  azadlıq  uğrunda  yeni  mübarizələrə 

səsləyirdi.  Çox  təəssüf  ki,  bu  əsər,  onun  məzmunu  bir 

çoxlarına məlum olsa da, əlyazması hələlik əldə yoxdur. 

―Azər‖də  müharibə  əleyhinə  mübarizə  mövzusu  da 

mühüm  yer  tuturdu.  Almaniya  və  İtaliyada  faşizm  ideya- 

larının  yayıldığı  illərdə  Qərb  həyatı  ilə  bilavasitə 

yaxından  tanış  olan  şair  imperialist  dövlətlərin  yeni  bir 

dünya  müharibəsi  hazırladıqlarını  hiss  etmişdi.  Şair  üçün 

aydın  idi  ki,  burjua  diplomatiyası  aləmində  zahirdə 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 611. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə