Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə84/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

 

258 


edir,  valiyə  qarşı  çıxır.  Lakin  o,  sadəlik  edib  Gərşivəzin 

yalanlarına  aldanır,  valini  öz  düşməninin  ixtiyarına  verir. 

Kəndlilərin düşməninə bu yersiz mərhəməti görən Altay: 

 

Səyavuş da şah nəsli, xaqan nəsli



Onun hər kəslə var başqa bir dili — 

 

—  deyib  dostu  Səyavuşdan  ayrılır.  Gərşivəz  Səyavuşu  tək 



görüb,  onu  məhv  etmək  üçün  ən  yaxşı  fürsət  tapdığını 

düşünür,  Əfrasiyaba  onun  guya  taxt-tac  arzusunda 

olduğunu  bildirir,  Keykavusun  dilindən  Səyavuşa  saxta 

məktublar  düzəldir.  Əfrasiyab  Səyavuşun  asılmasını  əmr 

edir.  Səyavuş  qılınc  çəkib  özünü  müdafiə  etməli  olur. 

Gərşivəz  onun  özünü  qəhrəmanlıqla  müdafiə  etdiyini 

görüb,  namərdlik  edir.  Səyavuşu  arxadan  yaralayır.  Son 

nəfəsdə Səyavuş Əfrasiyaba ―Keykavus bir cəllad, sən də 

bir cəllad!‖ deyib ölür. 

Beləliklə,  məzlum  xalq  kütlələri  və  onlara  rəğbət 

bəsləyənlərlə  saray,  şahlıq,  soltanlıq,  saray  əyanları, 

insan  qanına  susayan  valilər,  hərbcu  feodallar  arasında 

olan  bu  ziddiyyət  dramın  əsas  konfliktini  təşkil  edir. 

Əsərdə  xüsusi  yer  tutan  Səyavuşun  şəxsi  həyat  dramı  da 

oradan başlayır ki, o hələ kənddə ikən ağsaçlı el anasının, 

―zalımlarla  məzlumları  bir  tutma,  məzlumlara  acı‖ 

sözlərinə  axıra  qədər  sadiq  qalır,  hər  yerdə  məzlumları 

müdafiə  etdiyi  üçün  axırda  zalımların  əlində  məhv  olur. 

Lakin  faciədə  təkcə  bir  Səyavuş  deyil,  yoxsul  kəndlilər, 

cariyələr,  kölə  əməyinə  məhkum  edilmiş  qadınlar, 

qocalar,  dar  ağacından  asılan  üsyançılar,  bir  sözlə  bütün 

el,  oba  facianə  vəziyyətdədir.  Beləliklə,  H.Cavidin 

―Səyavuş‖u  elin  faciəsi,  sadə  adamların,  mərd  igidlərin, 

məhkum kəndlilərin faciəsi idi. 

Feodal dünyası ―Səyavuş‖ müəllifinin nəzərində ağalar 

və  kölələr  dünyası  idi.  Bütün  bunlar  isə  öz  növbəsində 




 

259 


Cavidin  tarixə 

olan 


yeni 

baxışını  əks  etdirirdi. 

Sənətkarlıq,  dil,  üslub  cəhətindən  də  bu  əsərdə  bir  çox 

yeniliklər  var  idi  ki,  bu  xüsusda  sonrakı  fəsillərdə  bəhs 

ediləcəkdir.  

 

 



4. ―XƏYYAM‖ 

 

1935-ci  ildə  Cavid  Şərqin məşhur mütəfəkkir şairi və  alimi 



Ömər  Xəyyamın  həyatından  bəhs  edən  ―Xəyyam‖  dramını 

yazır.  Dram  ən  yaxşı  səhnə  əsərləri  müsabiqəsində  mükafata 

layiq görülür. 

Ümumiyyətlə  1920-ci  illər  və  30-cu  illərin  əvvəlləri  sovet 

şərqşünaslığı  və  ədəbiyyatşünaslığı  elminin  yeni  istiqamətdə 

inkişaf  etdiyi  bir  dövr  idi.  Elmin  bütün  sahələrində  olduğu 

kimi,  klassik  ədəbi  irs  də  sözün  geniş  mənasında  yeni 

metodoloji  əsaslar  üzrə  yenidən  tədqiq  edilir,  Şərq  xalqlarının 

mədəni  irsi  dərindən  öyrənilir,  sovet  alimləri  tərəfindən  Şərq 

ədəbiyyatı  və  məşhur  Şərq  şairləri  haqqında  yeni  əsərlər 

yaradılırdı. 

Bu 


illərdə 

sovet 


şərqşünaslığı 

elminin 


mərkəzlərindən 

biri 


də 

Azərbaycan, 

Bakı  sayılırdı. 

Azərbaycanda  mədəni  inqilab  uğrunda  aparılan  mübarizə  ilə 

əlaqədar  olaraq,  köhnə  adət-ənənələr  və  dini  mövhumat 

əleyhinə  mübarizə  məqsədilə,  əsərlərində  dini  ehkama,  islam 

zehniyyətinə  qarşı  çıxan,  dini  mövhumatla  mübarizə  aparan 

mütəfəkkir şairlərin yaradıcılığına, əsərlərinə xüsusi əhəmiyyət 

verilirdi.  Bu  sənətkarlardan  biri  də  öz  əsrinin  dinsiz  şairi 

sayılan və bütün mədəni dünyanın tanıdığı Ömər Xəyyam idi. 

1928-34-cü illər arasında müxtəlif respublikalarda, o cümlədən 

də Azərbaycanda Xəyyam haqqında bir neçə yeni tədqiqat əsəri 

yaranmış,  onun  dini  şübhəçilik  ideyaları  və  həyat  sevgisi 

motivləri  ilə  zəngin  olan  məşhur  rübailərindən  bir  qismi 

Azərbaycan  dilinə  tərcümə  edilmişdi.  Şübhəsiz,  belə  bir 

şəraitdə yaradıclığının ilk dövründə dini şübhəçilik ideyalarının 




 

260 


təbliğatçısı  olan  Hüseyn  Cavid  Ömər  Xəyyam  haqqında  olan 

yeni  yazılara,  mülahizələrə  laqeyd  qala  bilməzdi.  Xəyyam 

mövzusu  Cavid  üçün,  onu  uzun  illər  məşğul  edən  Şərq 

fəlsəfəsi,  Şərq  zehniyyəti  haqqında  yeni  mülahizələrini  ifadə 

etmək üçün çox  əlverişli bir mövzu idi, bu, eyni  zamanda, bir 

romantik  şair  kimi  onun  üslubuna  da  çox  uyğun  gələn  bir 

mövzu idi. 

Doğrudur,  bu  mövzuda  Cavid  ―Şeyx  Sənan‖  kimi  qiymətli 

bir əsər yaratmışdı. Lakin bu əsərin yazıldığı dövrdən iyirmi bir 

il keçmişdi. Bu iyirmi bir ildə çox şey dəyişmiş, şairin özü də 

dəyişmiş,  onun  dinlərə,  dini  təriqətlərə,  fəlsəfələrə  və 

əvvəllərdə  çox  mürəkkəb  tellərlə  bağlı  olduğu  Şərq 

panteizminə  də  münasibət  dəyişmişdi.  Bu  məsələlər  haqqında 

yeni söz demək üçün Cavid əsaslı bir hazırlıq dövrü, müəyyən 

bir  mənəvi  inkişaf  dövrü  keçmişdi.  ―Xəyyam‖da  bu  inkişaf, 

mənəvi təbəddülat özünü çox aydın əks etdirmişdi. Bu dramda 

nəinki  yalnız  şairin  tarixə  baxışında,  dini  etiqadlara  və  köhnə 

Şərq  fəlsəfəsinə  münasibətində,  hətta  ədəbi-dramaturji 

üsullarında, qəhrəmanlarının xarakterində, surətlərin təbiətində 

də yenilik hər addımda özünü göstərirdi. 

Biz  yuxarıda  gördük  ki,  Cavid  ―Şeyx  Sənan‖da  və  hətta 

―Şeyda‖  dramında  da,  Sənan  və  Şeyda  surətlərində  olduğu 

kimi,  öz  qəhrəmanlarının  üstünlüyünü  göstərmək  üçün, 

romantik  üsullardan  istifadə  edir,  qəhrəmanlarına  fövqəlbəşər 

xüsusiyyətlər  verir,  onları  göylərə  qaldırır,  sonsuz  fəzalarda 

uçurur,  xəyalən  əbədi  şeir,  xəyal  aləmlərində  bağlayır,  son 

nəticədə  bu  və  yaxud  başqa  yol  ilə  adi  insanlardan  tamamilə 

ayırıb  fərqləndirirdi.  ―Xəyyam‖da  isə  Cavid  bu  üsuldan 

tamamilə uzaqlaşmış, daha çox təbiiliyə, reallığa fikir vermişdi. 

Bu  üslub  yeniliyi  ―Knyaz‖  və  ―Səyavuş‖da  da  vardı,  lakin 

―Xəyyam‖da daha aydın nəzərə çarpırdı. Bu dramın qəhrəmanı 

Ömər Xəyyam sadə, adi bir insandır. O, fəzalarda deyil, həmişə 

yerdə,  adi  insanların  arasında  dolaşır.  Xəyyam  başqalarından 

ancaq məsləki, dünyagörüşü etibarı ilə ayrılır. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə