Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə87/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

 

269 


 

Bu çürük qozbelə bax, bir buna bax

Torpaq altında da qozdur, sarsaq! 

 

Birinci məzarçı 



 

Qonşumuzdu o da min rəngə girən, 

Daima söz götürüb, söz gəzirən — 

Bir uğursuzdu, bu gün susmuşdur... 

 

Xəyyam  Sevdanın  qəbri  üstünə  gəlir.  İndi  şair 



yalqızdır.  Yaxşı  dostların  bir  qismi  dini  çəkişmələrin  və 

saray  keşməkeşlərinin  qurbanı  olmuş,  bir  qismi  də  keçən 

zəlzələdən  məhv  olub  getmişdir.  Köhnəlik  güclü 

çıxmışdır.  Çoxluğu  təşkil  edən  avamlar,  cahil  ruhanilər, 

qaniçən  şahlar  və  xaqanlar,  şöhrət  və  mənsəb  düşkünləri 

mühitində  ―kiçik  bir  qafilə‖  olan,  anlayan,  qanan,  arif 

adamlar 

məhv  edilmiş  və  ya  məğlub  edilmiş, 

susdurulmuşdur.  Ortalıqda  fitnəkarlar,  şöhrətpərəstlər 

meydan  sulamaqdadır.  Şairin  bir  zamanlar  həyat  eşqini, 

zövq  və  səadəti  tərənnüm  edən  rübabı  artıq  indi  kədərli 

hicran nəğmələri ilə səslənməkdədir: 

 

Ey fələk, keçdi zaman dalğa kimi, 



Elə bir dalğa ki, qorxunc, əsəbi. 

Bir əsər qalmadı şən gənclikdən, 

Kimsələr yox, nə gələn var, nə gedən. 

Pozulub eyşü türab, vaəsfa! 

Nə Vəfa qaldı, nə Sevda, nə Səfa, 

Söndülər həpsi keçən zəlzələdən, 

Bir qalan mən bu kiçik qafilədən... 

 

Bir  zamanlar,  hələ  gənc  tələbə  ikən  Xəyyam  həyata 



çox nikbin nəzərlə baxır, ―burda cənnət quralım badə ilə‖ 


 

270 


deyib  bütün  dünyanı  cənnətə  çevirmək  haqqında 

düşünürdü.  İndi  isə  bu  arzuların  hamısı  sərabə  dönmüş, 

nikbin  şairin  öz  həyatı  da  başdan-ayağa  cəhənnəm 

əzabları ilə dolmuşdur. Bir zamanlar həyatda ona hər şey 

gözəl,  cazibəli,  işıqlı  görünürdü.  İndi  bütün  dünya, 

kainat,  varlıq  onun  nəzərində  dumanlı,  qaranlıqdır.  İndi 

şair  soyuq  məzarda  yatan  Sevdası  ilə  canlı  Xəyyam 

arasında  heç  bir  fərq  görmür.  İndi  həyat  ona  ölümdən  də 

betər gəlir. 

 

Məni əzmişsə təəssür, həyəcan, 



Onu didməkdə məzarında çəyan. 

Bana göz yaşları işgəncə verir, 

Onu əqrəb və ilanlar gəmirir. 

Məni boğmaqda qaranlıq bir hal, 

Gəmirir beynimi min dürlü xəyal. 

Qaradır gördüyüm əlvan əşya, 

Qara yer, göy, qaradır rəngi-ziya. 

 

Of, qaranlıq şu siyah mərmər də, 



Nazlı məqbərdə yatan dilbər də. 

O fəzalar belə müzlim pərdə, 

Bir ədəm dalğası var hər yerdə.  

Həp qaranlıqdır, əvət, sirri-həyat, 

Qoca xaliq də qaranlıq, heyhat!.. 

 

Cavid  bu  dramında  mümkün  qədər  Ömər  Xəyyamın 



dövrünün, həyatının və yaradıcılığının mühüm cəhətlərini 

olduğu  kimi  saxlamağa,  göstərməyə  çalışmışdır.  Bu 

səbəbdəndir  ki,  tarixi  həqiqətə  uyğun  olaraq,  onun 

əsərində  Xəyyam  gəncliyində  son  dərəcədə  nikbin,  bir 

qədər Şərq epikürizminə bağlı olub, bütün həyatı zövq və 

nəşədən ibarət bilən coşqun bir həyat aşiqidir: 

 



 

271 


Badə gözəldir, məzə həp naz ola, 

Saqiya, dilbaz ola, tənnaz ola. 

Gül qarışıb bülbülə, bülbül gülə, 

Mey tutaraq onlara dəmsaz ola. 

 

Əldə şəfəq dalğalı peymanələr. 



Gülsə də xoşdur bizə divanələr. 

Zahidin olsun quru əfsanələr, 

Bəlkə o dünyadə sərəfraz ola. 

 

İkinci  mərhələdə  isə  Cavidin  Xəyyamı  yenə  tarixi 



həqiqətə,  yəni  Ömər  Xəyyamın  keçdiyi  yaradıcılıq 

yoluna  uyğun  olaraq  artıq  ictimai  həyatın  mürəkkəb 

ziddiyyətləri  ilə  üz-üzə  gələn,  zəmanəsini  qamçılayan, 

yaşadığı  dövrün  ümumi  bəşəri  ələmlərini  və  narazılıq 

əhvali-ruhiyyəsini  ifadə  edən,  ziddiyyətli,  böhranlı  bir 

şairdir. 

Bundan  sonrakı  səhnələrdə  biz  Xəyyamı  ruhani 

əsarətə,  islami  zehniyyətə,  xəlifəliyə  və  onun  himayə 

etdiyi  Şərq  istibdadına  qarşı  bilavasitə  mübarizədə 

görürük.  ―Kiçik  ariflər  qafiləsindən‖  qalan  yeganə  dostu 

Nizamülmülk  şairin  dərdini  dağıtmaq  üçün  onu  özü  ilə 

bərabər  səyahətə  çıxarır.  Onlar  Bağdad  xəlifəsinin 

sarayına  gəlirlər.  Burada  Xəyyam  xəlifə  sarayının 

dözülməz  rəzalətlərinin  şahidi  olur.  Satqın  ruhanilər 

tərəfindən  islam  Şərqinə  müqəddəs  bir  məbəd  kimi 

təqdim  edilən  bu  saray  bir  yığın  cəlladlar,  əxlaqsızlar 

yuvasıdır.  Bağdad  xəlifəsi  Müqtədi-Billah  sərxoş  halda 

canavar  kimi  əsir  cariyə  qızlara  hücum  edirkən,  bir 

tərəfdə  dayanıb  bu  çirkin  həyat  mənzərəsini  seyr  edən 

Xəyyam  ilə  qarşılaşır.  Bu  da  mömin  müsəlmanların 

ruhani  atası!..  O  dünyada  xalqa  cənnət  satan  bu  yaramaz 

bu  dünyada  milyonların  alın  təri  və  qanlı  göz  yaşları 

hesabına  özü  üçün  kef  məclisi  qurmuşdur.  Şair  sərxoş 



 

272 


xəlifəni  dayandırıb  onun  bütün  alçaqlıqlarını  cəsarətlə 

üzünə oxuyur. 

Xəyyamın  burada  xəlifə  ilə  qarşılaşması  bizə  üçüncü 

pərdədə  kəndli  üsyanı  qəhrəmanı  Yusiflə  Alp  Arslanın 

qarşılaşdıqı səhnəni xatırladır. Burada Xəyyamın xəlifəyə 

dediyi  sözlər  də  Yusifin  qanlı  hökmdara  yağdırdığı 

nifrətləri xatırladır. Bu səhnədə Xəyyamda artıq üsyankar 

bir  şair  əhvali-ruhiyyəsi  vardır.  O  indi  öz  yaradıcılığı  ilə 

kütlələrə, məzlumlara daha yaxın gəlmiş, yusiflərin şairi, 

üsyankar  kəndlilərin,  kölələrin  əhvali-ruhiyyəsini  və 

saraya,  xəlifəliyə  qarşı  ümumxalq  nifrətini  ifadə  edən 

mübariz  bir  şairdir.  Xəyyam  Müqtədi-Billahı  dayandırıb, 

bir  ədalətli  hakim  bir  canini,  bir  oğrunu  tutub  mühakimə 

edən kimi xəlifəni mühakimə edir: 

 

Xalqa cənnət verib o dünyadə, 



Özün aludəsən bu dünyadə. 

Səni aldatmasın o göz, qaşlar, 

Bu səadətdə qanlı göz yaşı var. 

 

Bataraq bir yığın alın tərinə, 



Nəşə sərpər sənin diləklərinə. 

Kimdir onlar? Zavallı qurbanlar, 

Sən də bir duyğusuz, quduz canavar! 

 

Heç  şübhə  etmək  olmaz  ki,  bu  səhnəni  yaradarkən 



Cavid  tarixi-ədəbi  şəxsiyyət  olan  Ömər  Xəyyamın  dini, 

mövhumatı  və  ruhaniləri  kəskin  surətdə  qamçılayan 

rübailərinə  əsaslanmışdır.  Bəlkə  də  Ömər  Xəyyamın 

həyatında  belə  bir  hadisə,  onun  Bağdad  xəlifəsi  ilə 

bilavasitə  qarşılaşması  hadisəsi  olmamışdır.  Lakin  belə 

bir  hadisə  olmasa  da,  dramaturqun  yaradıcı  xəyalı 

həqiqətə  uyğun  və  səmimidir.  Çünki  Xəyyamın  əsərləri 

onun məhz bu ruhda bir şair olduğunu aydın təsdiq edir. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə