Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə89/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

 

276 


edib  yüksəlir,  dövrün  böyük  həqiqətlərinə  yaxınlaşırdı. 

Bu  nöqteyi-nəzərdən  yanaşdıqda  mütəfəkkir,  dinsiz  bir 

filosof  şairin  həyatını  əks  etdirən  ―Xəyyam‖  dramının 

son  səhnəsində  Cavidin  özünü  əhatə  edən  gəncliyə 

məhəbbət,  ehtiram  və  etibarını  duymamaq  mümkün 

deyildir. 

 

5. ―ĠBLĠSĠN ĠNTĠQAMI‖ 

 

1936-cı  ilin  axırları  və  37-ci  ilin  əvvəllərində  Cavid 

―İblisin  intiqamı‖  dramını  yazır.  Bu  onun  son  əsəri 

deyildir.  Bu  arada  şairin  Azərbaycan  qadınının  sosializm 

quruluşu  cəbhəsindəki  mübarizəsini  göstərən  ―Şəhla‖ 

pyesini,  tarixi  mövzuda  olan  bir  dram,  ―Koroğlu‖ 

ssenarisini  və  bir  çox  lirik-epik  şeirlər  yazdığını  da 

təsdiq  edənlər  vardır.  Lakin  hələlik  bu  əsərlərdən  əldə 

olan ancaq ―İblisin intiqamı‖dır. 

―İblisin  intiqamı‖  Almaniya,  İtaliya  və  Yaponiya 

faşistləri əleyhinə yazılmış təbliği bir

 

pyes idi. 

Əsərin  mövzusu  1936-37-ci  illərdə  dünyanın  bütün 

xalqlarını  ciddi  məşğul  edən  mühüm  beynəlxalq 

hadisələrdən  alınmışdı.  Yapon  imperialistlərinin  Çin-

Mancuriya  və  Monqolustana  qarşı  təcavüzkar  hücumları, 

İtaliya faşistlərinin Həbəşistanda törətdikləri qanlı qırğın, 

İspaniya  faşistlərinin  işğalçılarla  əlbir  olub  İspaniyada 

azadlıq  hərəkatını  boğmaları,  bu  təcavüzkarlığa  qarşı 

İspaniya  respublikaçılarının  mübarizəsi,  təpədən  dırnağa 

qədər 

silahlanmış 



hitlerçilərin 

dünyaya 


meydan 

oxumaları  və  birinci  növbədə  Sovetlər  İttifaqı  əleyhinə 

təcavüzkar  müharibə  planları  tərtib  etmələri,  bu  illərdə 

Avropanın  müxtəlif  ölkələrində  çağırılan  Millətlər 

cəmiyyətinin  uğursuz  fəaliyyəti,  burjua  diplomatlarının 

ümumsülh 

haqqında  yalançı,  hiyləgər  manevrləri, 

nəhayət,  Sovet  dövlətinin  sülhü  müdafiə  üçün  göstərdiyi 




 

277 


tarixi 

fəaliyyət,  sovet  diplomatiyasının  qazandığı 

beynəlxalq  nüfuz  və  sovet  adamlarının  bütün  dünyada 

sülhü  qorumaq  üçün  müharibə  qızışdırıcılarına  qarşı 

mübarizəsi  —  əsərdə  əhatə  edilən  və  yarıromantik, 

yarıreal planda göstərilən əsas hadisələr bunlar idi. 

Şairin  18  il  ondan  əvvəl  müharibə  əleyhinə  yazdığı 

―İblis‖  faciəsində  olan  İblis,  Arif  və  Rəna  bu  əsərdə  də 

iştirak  edirlər.  Lakin  burada  onların  mənası,  vəzifəsi, 

təmsil  etdikləri  qüvvələr  tamamilə  başqa  idi.  İblis  bu 

dramda  faşizmin  müharibə  ideyalarını,  hitlerçilərin 

fitnəkar  təxribatçılıq  təşəbbüslərini  təmsil  edirdi.  İblis 

yeni  dünya  müharibəsinin  əsas  ilhamçısı,  İtaliya  və 

yapon  faşistləri  isə  onun  pərəstişkarları  kimi  göstərilirdi. 

Əsərdə  İblisi  müxtəlif  tipli  şeytanlar  əhatə  etmişdir.  Bu 

şeytanlardan  biri  ―Yapon  siyasi  qılığında‖  olub,  yapon 

faşistlərini, ikincisi  ―İtaliya siyasi qılığında‖  olub  İtaliya 

faşistlərini,  üçüncüsü  ―İspaniya  siyasi  qılığında‖  olub, 

İspaniya faşistlərini və sairəni təmsil edir. Bütün dünyanı 

yenidən  qan  dənizində  üzdürməyə  çalışan  bu  faşist 

şeytanlar İblisin əlində bir vasitə, onun müti qulları kimi 

göstərilir. 

Birinci  pərdədə  şeytanların  hərəsini  bir  ölkəyə 

göndərmiş İblis onların gətirdiyi ―şad‖ xəbərləri dinləyir: 



B i r i n c i   Ģ e y t a n   (Hitlerçi  faşist  qılığında)  —  Ən 

parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə 

bir çox məsləkdaş qazana bildim. Oradakı əməkçilərdən başqa 

hər kəs ―qan-qan!‖ deyə qızmış canavar kimi dünyaya meydan 

oxuyurlar. 

İ k i n c i  ş e y t a n (Yapon faşistləri qılığında) — Yapon 

diplomatları hər gün yeni fitnələr uydurub, qonşu hökumətlərə 

rahatçılıq  vermir.  Bir  yandan  Mancuriya  ilə  Monqolustana 

soxulur,  bir  yandan  Çini  parça-parça  bölməyə  çalışırlar. 

Minlərcə, yüz minlərcə insan qanı axır. Kimsə səsini çıxarmır. 

Xalqın var-yoxu yanıb kül olur da, tüstüsü, dumanı çıxmır. 



 

278 


Ü ç ü n c ü   Ģ e y t a n   (İtaliya  faşistləri  qılığında)  — 

Mən  faşizm  beşiyinə  vardım,  pərəstişkarım  Mussolini  ilə 

görüşdüm. Bir kibritlə bütün başları alovlandırdım. Hamı ―qan-

qan!‖  deyə  cahangirlik  xülyası  ilə,  əzəmət  sevdası  ilə 

müharibəyə  girişir.  Atəşli  makinalarla  yerdən-göydən  həbəş 

ölkəsini yaxıb, yıxırlar. 



D ö r d ü n c ü  

Ģ e y t a   n  (İspaniya  faşistləri 

qılığında)  —  İspaniyaya  gəldikdə  qarışıq,  hər  könüldə  kin  və 

dəhşət, hər ağızda qan qoxusu! Ölkə ikiyə bölünmüş; bir yanda 

cümhuriyyətçilər  və  inqilabçılar,  bir  yanda  faşizm  generalları 

ilə qiyamçılar... 

İblis  qəhqəhələr  qoparıb  ―İnsanları  canlandıran  ancaq 

müharibədir‖ deyir və bu xəbərlərdən xeyli şad olduğunu 

bildirir.  Burada  Arif  bir  sülh  tərəfdarı  kimi,  müharibə 

fitnəkarı  İblisə  qarşı  çıxıb,  onun  müharibə  ideyalarını 

rədd edir. 

A  r  i  f  —  Yalan!  Bu  vəsvəsələr  faşistlərin  düşüncələrində 

parlayan  qara  bir  şimşəkdir...  Mən  qan  içənlərə  nifrət  edirəm! 

Sən xain və alçaq bir məxluqsan! 

İnsanın  İblisə  qarşı  çıxdığını  görən  və  əsərdə  əbədi 

sülhün  simvolu  kimi  verilən  ―insaniyyət  sevgisi  ilə, 

mərhəmət duyğusu ilə çırpınan sülh pərisi zərif qız‖ Sima 

Arifin  köməyinə  gəlir.  Arif  onu  görcək  ―sən  kimsən!‖ 

deyə soruşur. Sülh pərisi deyir: 

S ü l h   p ə r i s   i  —  Mən  bir  çox  şairlərin,  filosofların, 

könlünü alovlayan, ən dərin düşüncələrə qanad verən bir dilək 

pərisiyəm. 

A r i f — Səni dünyada ən çox maraqlandıran nədir? 



S ü l h   p ə r i s i   —  Yalnız  sülh  və  məhəbbət!  Mən 

bəşəriyyət  üçün  çırpınan,  qan  izlərini  silməyə  çalışan  sülh 

pərisiyəm. 

Ariflə  Sülh  pərisi  birləşib,  sülh  uğrunda  mübarizə 

etməyi  qərara  alır.  Onlar  eyni  zamanda,  hiss  edirlər  ki, 

böyük  sülhə  də  ancaq  böyük  mübarizələr  yolu  ilə  nail 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə