Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə88/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

 

273 


Bağdad  sarayında  Xəyyam  sağ  qalmış  yeganə  dostu 

Nizamülmülkü də itirir. Burada ağıllı vəziri də zəhərləyib 

öldürürlər. İndi Xəyyam tamamilə yalqız, həmdəmsizdir. 

Son  səhnə.  Nişapurda  ilk  bahardır.  Artıq  qocalmış, 

gücdən,  qüvvətdən  düşmüş  şair  öz  bağçasında,  çiçəklər, 

güllərlə  əhatə  edilən  taxt  üzərində  uzanmışdır.  İndi 

Xəyyamı təkcə Nişapurda, Bağdadda deyil, bütün Şərqdə 

tanıyırlar;  əsərləri  dillər  əzbəri  olmuşdur.  Dinə, 

ruhaniliyə  və  istibdada  qarşı  təbliğ  etdiyi  fikirlər  hər 

tərəfdə  geniş  yayılmışdır.  Müxtəlif  məzhəbdən,  müxtəlif 

millətdən  olan  çoxlu  dostları,  pərəstişkarları  vardır.  İndi 

köhnə dostlardan bir nəfər də olsun qalmamışsa da, onları 

qüdrətli,  şən,  yeni  bir  nəsil  əvəz  etmişdir.  Nişapurun 

gənc  oğlanları  və  qızları  hər  gün  əllərində  gül-çiçək, 

dillərində  şairin  nəğmələri  ―Xəyyam  babanın‖  yanına 

gəlir,  qoca  şairi  salamlayıb  ona  afərinlər  deyirlər.  Bu 

haman nəsildir ki, şair bütün yaradıcılığı boyu onları arzu 

etmişdi,  əsərləri  ilə  onları  tərbiyə  etməyə,  mövhum 

xəyallardan,  cənnət,  cəhənnəm  əfsanələrindən  ayırmağa, 

fanatik 


müftilərin, 

şeyxlərin, 

vaizlərin, 

şahların, 

xəlifələrin pəncəsindən xilas edib, həqiqi həyata, səadətə 

yaxınlaşdırmağa  çalışmışdı.  İndi  qoca  şair  bu  gəncliyin 

simasında  öz  arzularının,  zəhmətinin  meyvəsini  görür. 

İndi o xoşbəxt və

 

qalibdir... 



Vaxtı  ilə  Xəyyamı  təqib  edən,  həyatını  cəhənnəmə 

döndərən  müftilər,  şeyxlər  indi  miskin  bir  vəziyyətə 

düşmüşlər,  onları  sayan  yoxdur.  Şair  isə  hər  tərəfdən 

ölümə  qələbə  çalan  böyük  məhəbbət  və  qayğı  ilə  əhatə 

olunmuşdur.  Şair  son  nəfəsində  də  gəncliyi  unutmur, 

onları  yeni  əqidələrində  möhkəm  dayanmağa,  həyatın, 

ömrün  qədrini  bilməyə,  ölümdən  də  betər  olan  mövcud 

həyatı  dəyişdirməyə,  yer  üzündə  əsil  həyat,  səadət 

dünyası yaratmağa çağırır. O, gənclərə deyir: 

 



 

274 


Uydunuz bunca xurafata, yetər, 

Bu həyat iştə ölümdən də betər. 

Əl verir paslı, sönük adətlər, 

Şən təbiət bizi azadə dilər. 

Qarışıb birləşin, iffət də budur, 

Şeyxin uydurduğu cənnət də budur. 

Dinləyin, bir də bulunmaz Xəyyam. 

İştə məndən gələcək nəslə pəyam: 

Xilqətin şənliyi, hər rəngi sizin, 

Parlayıb gurlayan ahəngi sizin. 

Gömməyin heçliyə fürsət dəmini, 

Xoş görün zövqü səfa aləmini. 

Geri dönməz bu şətarətli zaman, 

Qıyaraq bir gün əcəl verməz aman. 

Bir nəfəsdir bu, sürəksizcə həyat, 

Bir nəfəs.. Getdimi, gəlməz, heyhat!.. 

 

Gənclər  üçün  söylədiyi  son  şeirindən  sonra  qoca 



Xəyyam  əbədilik  olaraq  bütün  varlığı  ilə  bağlı  olduğu 

dünyaya 


göz 

yumur. 


Şairin  yeni  pərəstişkarları, 

Nişapurun  gənc  oğlan  və  qızları  adətləri  üzrə  Xəyyam 

babanı  təbrik  üçün  hər  gün  gətirdikləri  çiçəkləri,  gülləri 

bu  gün  onun  cənazəsi  üzərinə  səpirlər.  İndi  Xəyyam 

yoxsa  da,  onun  ən  gözəl  arzuları  və  fikirləri  yaşayır. 

Bunları  yaşadan  Xəyyamın  tələbələri,  onun  şeirləri  ilə 

tərbiyələnmiş yeni nəsildir. 

―Xəyyam‖,  hər  şeydən  əvvəl,  həyat  sevgisini,  səadət 

eşqini tərənnüm edən bir əsərdir. Bu dramda həyata bağlı 

olan  möhtəşəm  bir  şair  ruhu  çırpınır.  Bütün  bəşəriyyəti 

bəxtiyar, xoşbəxt görmək istəyən bir şair ruhu!.. 

Şübhəsiz  ki,  bu  əsərin  əsas  mövzusunu  təşkil  edən 

Xəyyamın  ruhu  idi.  Lakin  məlum  tarixi  həqiqəti,  tarixi 

bir  ədəbi  simanın  həyatını  və  əməllərini  əks  etdirən  bu 

əsərdə  onun  müəllifinə  aid  olan  hisslər,  duyğular, 



 

275 


fikirlər, hətta avtobioqrafik cəhətlər də  yox deyildi.  Belə 

ki,  ―Xəyyam‖  müəllifi  Hüseyn  Cavid  inqilabdan  əvvəl 

çox  kədərli,  tənha,  qəmli  bir  həyat  keçirmişdi.  Yuxarıda 

haqqında bəhs etdiyimiz əsərlərindən də göründüyü kimi, 

inqilaba qədər şair zəmanə ilə, hakim istismarçı quruluşla 

barışa  bilmədiyinə  görə  uzun  illər  dərin  bir  narazılıq 

əhvali-ruhiyyəsi ilə  çırpınmışdır. Yeni şəraitdə  isə Cavid 

özünü tamamilə başqa cürə hiss edirdi. Sovet hakimiyyəti 

illərində  qısa  bir  müddətdə  xalqın,  mədəniyyətin  sürətlə 

inkişafı  nəticəsi  olaraq  böyük  və  qüdrətli  gənc  ziyalılar 

nəsli  yetişmişdi.  Bu  nəsil  özünün  bütün  sənətkar 

yazıçılarına,  həssas,  qayğıkeş,  mehriban  olduğu  kimi, 

Cavidin  yaradıcılığına  da  son  dərəcə  həssas  və  qayğıkeş 

idi.  Əgər  Cavid  bu  və  ya  başqa  əsərlərinə  görə  kəskin 

tənqid  edilirdisə,  bu  da  ondan  irəli  gəlirdi  ki,  gənc  nəsil 

sənətkarı  itirmək  istəmir,  onu  yeni  həyatın  qurucuları 

sırasında  görməyi  arzulayırdı.  Cavid  xüsusilə  ―Azər‖, 

―Səyavuş‖,  ―Knyaz‖,  ―Şəhla‖,  ―Telli  saz‖  kimi  son 

əsərləri  ilə  və  bir  xalq  müəllimi  kimi  maarif  sahəsindəki 

fəaliyyəti  ilə  gənc  nəslin  məhəbbətini  qazanan 

Azərbaycan  şairlərindən  və  dramaturqlarından  biri 

olmuşdu.  Yeni  nəsil  Cavidin  çox  mürəkkəb  bir 

yaradıcılıq  yolu keçdiyini, son dərəcə ziddiyyətli bir şair 

olduğunu  da  unutmurdu  və  yeri  gəldikcə  şairin 

yaradıcılığına,  əsərlərinə  olan  tənqidi  münasibətini  də 

göstərirdi.  Cavid  kimi  ziddiyyətli  bir  şairi  də  öz 

sıralarında,  mübarizə  cəbhəsində  görmək  yeni  inqilabçı 

nəsli  son  dərəcə  sevindirmişdi.  Beləliklə,  Cavid 

yaradıcılığının  son  dövründə  onun  qədr-qiymətini  bilən, 

onun  sənətinə  yüksək  qiymət  verən  bəxtiyar  bir  nəsillə, 

öz  şagirdləri,  tələbələri,  gənc  yazıçılar,  maarifçilər  nəsli 

ilə  əhatə  edilmişdi  və  bütün  varlığı  ilə  bu  gəncliyə 

bağlanmışdı.  Şair  bu  yeni  nəsli  nəinki  öyrədir,  eyni 

zamanda,  ondan  öyrənir,  yeni  həyat,  yeni  insan  ilə  fəxr 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə