Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə91/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

 

282 


BEŞİNCİ FƏSİL 

 

CAVĠDĠN DRAMLARINDA  



SƏNƏTKARLIQ XÜSUSĠYYƏTLƏRĠ 

 

Cavidin  dramları  əsas  etibarı  ilə  xarakterlər  dramıdır. 



Lakin  bu  xarakter  dramlarını  bir-birindən  kəskin  surətdə 

fərqləndirən  spesifik  dram  xüsusiyyətləri  də  vardır.  Bu 

xüsusiyyətlər  müxtəlifdir.  Məsələn,  ―Şeyx  Sənan‖  və 

―Xəyyam‖  xarakterlər  dramı  olmaqla  bərabər,  həmçinin 

fəlsəfi  dramlardır.  Amma  bu  iki  əsəri  də  bir-birindən 

fərqləndirən  cəhətlər  vardır.  ―Şeyx  Sənan‖  faciədir. 

Burada 

qəhrəmanın 



taleyi 

fəlakətlə 

nəticələnir. 

―Xəyyam‖  isə  dramdır.  Burada  fəlakət  deyil,  müəyyən 

dərəcədə  peripetiya  (qəhrəmanın  taleyinin  birdən-birə 

dəyişməsi)  xətti  əsas  götürülmüşdür.  ‖Şeyx  Sənan‖ 

təəssübkeş  dindarların  təqibinə  məruz  qalıb,  özünü 

Xumarla  bərabər  faciəli  surətdə  məhv  etdiyi  halda, 

Xəyyam  qoca  yaşlarında,  təbliğ  etdiyi  ideyaların  geniş 

yayıldığı və gənc nəsil, Nişapur gəncləri tərəfindən qayğı 

ilə  əhatə  edildiyi  bir  zamanda  öz  əcəli  ilə  ölür.  Bu  iki 

əsəri  başqa  bir  xüsusiyyət  də  fərqləndirir.  ―Şeyx  Sənan‖ 

fəlsəfi  dram  olmaqla  bərabər,  daha  çox  bir  məhəbbət 

dramıdır.  ―Xəyyam‖da  da  nakam  bir  məhəbbət  xətti 

vardır (Xəyyam ilə Sevdanın bir-birini sevməsi, Sevdanın 

gənc  ikən  ölməsi),  lakin  burada  fəlsəfi  dram  xətti  daha 

əsaslı  və  ardıcıldır.  Bütün  bu  fərqləri  ilə  bərabər, 

növlərinə  görə  hər  iki  əsər  fəlsəfi  məzmunlu  xarakterlər 

dramıdır. 

Cavidin  dramlarının  çoxu  xarakterlər  dramı  olmaqla,  eyni 

dərəcədə  ehtiraslar  dramı  şəklində  yaradılmışdır.  Bu  əsərlərdə 

üz-üzə gələn, çarpışan qüvvələr birinci  növbədə  müsbət-mənfi 

xarakterlər,  müsbət-mənfi  ehtiraslardır.  Bu  ehtiraslar  çox 

müxtəlifdir, 

rəngarəngdir: 

idrak 


eşqi, 

xeyirxahlıq, 




 

283 


insanpərvərlik,  sülhpərvərlik,  azadlıq,  vətənpərvərlik  kimi 

müsbət  insan  ehtirasları  ilə  şöhrətpərəstlik,  qısqanclıq, 

mənsəbpərəstlik, əyyaşlıq, dindarlıq, bədxahlıq, hərbculuq kimi 

mənfi ehtiraslar qarşılaşır. Məsələn, ―Xəyyam‖ dramında şair-

filosof  Xəyyamda  başlıca  ehtiras  yüksək  idrak  eşqidir  ki,  bu 

surətin əsas, aparıcı xarakteri kimi meydana çıxır. Xəyyam, hər 

şeydən  əvvəl,  ağıl,  mərifət  aşiqi,  zəmanəsinə  görə  çox-çox 

yüksəlmiş  mütəfəkkir  şairdir.  Köhnəlmiş  etiqadları,  adət-

ənənələri,  köhnəlmiş  əxlaq  normalarını,  dini,  fanatizmi  və 

asketizmi  yıxıb  dağıtmaq,  onun  yerində  real  düşüncəni, 

rasionalizmi  əsaslandırmaq  Xəyyamın  varlığında  ən  qüvvətli 

bir ehtirasa çevrilmişdir. 

Diqqəti  cəlb  edən  başqa  bir  cəhət  də  budur  ki,  bu 

xüsusiyyət, yəni, Xəyyamın idrak, mərifət ehtirası sanki əsərdə 

başqaları arasında da paylaşdırılmışdır. Bu ehtiras az və ya çox 

Xəyyamın  dostlarında,  həmdərdlərində,  Xacə  Nizam,  Rəmzi, 

Xərabati, Vəfa, Səfa və Sevdada, üsyançıların başçısı Yusifdə, 

hətta  epizodik  surətlərdən  olan  qəbirqazanlarda  və  erməni 

kəndlisində  də  vardır.  Bunlar  da  dindar  fanatikləri,  müftiləri, 

müridləri,  xəlifəni  Xəyyam  kimi  tənqid  edir,  onlara  gülür, 

cənnət, cəhənnəm əfsanəsini, asketizmi lağa qoyurlar. 

Beləliklə  vahid  bir  ideya  müsbət  planda  verilib,  ayrı-ayrı 

fərdi  xüsusiyyətlərə  malik  olan  bu  surətlər  arasında  müştərək 

ehtiraslar, hisslər, arzular, qənaətlər və dolayısı ilə də dostluq, 

mehribanlıq,  səmimiyyət,  sədaqət  şəklində  təzahür  edir, 

şöhrətpərəstlik,  hakimiyyət,  dindarlıq  kimi  mənfi  ehtiraslara 

qarşı durur. 

Buradan aydın görünür ki, Cavid mütləq mücərrəd ehtiraslar 

tanımır.  Onun  dramlarında  ehtirasları  və  xarakterləri,  hər 

şeydən  əvvəl,  ideya  və  dünyagörüşü  müəyyənləşdirib 

istiqamətləndirir.  Odur  ki,  vahid  bir  görüş  ətrafında  birləşmiş 

müsbət  ehtiraslar,  bir-birinə  yaxın  meyllər  başqa  bir 

görüşlə  müəyyənləşmiş  mənfi  ehtiras  və  meyllərə  qarşı 

durur. 



 

284 


―Xəyyam‖da bu xüsusiyyət daha qabarıq şəkildə özünü 

göstərir.  Burada  baş  qəhrəman  —  Xəyyam  fərdi  xüsusiy- 

yətlərinə  görə  müstəsna  olsa  da,  qara  qüvvələrə  qarşı 

mübarizədə  tək  deyildir.  Sevda,  Xacə  Nizam,  Vəfa,  Sə- 

fa,  Rəmzi  və  Xərabati  də  onun  tərəfindədirlər.  Onlar  da 

hərə öz mövqeyinə və anlayışına görə eyni ehtirasla qara 

qüvvələrə  müqavimət  göstərir.  Eyni  mahiyyəti  olan 

ehtirasların,  meyllərin  müsbət  planda  verilmiş  surətlər 

arasında  paylaşdırılması  isə  öz-özlüyündə  dramın  fəlsəfi 

bir  dram  kimi  əsas  janr  xüsusiyyətini  möhkəmləndirib 

əsaslandırır.  Beləliklə,  ―Xəyyam‖da  bir-birinə  zidd  olan 

aparıcı ehtiraslar qruplaşması əmələ gəlmişdir. 

Bu  xüsusiyyəti  biz  bir  qədər  başqa  mənada  ―Şeyx 

Sənan‖  faciəsində  də  görürük.  Bu  əsərdə  faciənin  qəh- 

rəmanı  Sənan  surətində  başlıca  ehtiras,  keyfiyyətcə 

Xəyyamdan fərqli olaraq, məhəbbət ehtirasıdır.  Sənan da 

ağıl,  mərifət  aşiqidir.  Bu  ehtiras  ona  da  yad  deyildir. 

Lakin  Sənanda  həmin  cəhət  çox  vaxt  məhəbbət  ehtirası 

ilə  bağlı  şəkildə  meydana  çıxır.  Fəlsəfi  məzmun  daşıyan 

və  son  nəticədə  bütün  əzəməti  ilə  dini  təəssübkeşliyə 

qarşı duran təmiz, yüksək məhəbbət ehtirası! 

Sənan  bütün  dini  müqəddəsatı  tapdalayıb,  insanlar 

arasında  olan  məhəbbəti  hər  şeydən  yüksək  tutur.  ―Xəy- 

yam‖da  olduğu  kimi,  bu  əsərdə  də  biz  ümumi  məhəbbət 

ehtirasının  başqa  surətlər  arasında  da  paylandığını 

görürük.  Bu  məhəbbət  ehtirası  on  altı ildən  artıq Sənanın 

eşqi  ilə  yaşayan  ərəb  qızı  Zəhrada  da  eyni  dərəcədə 

qüvvətli,  əzəmətli  və  davamlıdır.  Gürcü  qızı  Xumarda, 

Xumarın eşqi ilə çırpınan gənc gürcülərdə, hətta gözəl bir 

qadına  aşiq  olduğu  üçün  ağlamaqdan  gözləri  tutulan 

İkinci korda da bu məhəbbət ehtirası vardır. Əsərdə nəcib 

ərəb  qızı  Üzranın  Zəhraya,  Şeyx  Hadinin,  Oğuz  və 

Özdəmirin  Sənana,  gözəl  ruhlu  Ninanın  Xumara  olan 

məhəbbəti  də  eyni  məhəbbət  ehtirası  ilə  əlaqədardır  ki, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə