Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə94/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

291 


iztirablar  və  həyəcanlar  həp  mənim  sayəmdə  rahat  olur, 

mənimlə  təsəlli  bulur‖  deyən  Qara  geyimli  mələk 

insanların  son  məskəni  olub,  bütün  iztirabları  unutduran 

qara  torpağı  təmsil  edir.  ―Peyğəmbər‖də  Mələk  ―allah 

təbiətin  özündədir‖  ideyasını,  Skelet  isə  tarixin  amansız 

qanunlarını  təmsil  edən  fantastik  bir  surətdir.  Bu  kimi 

fantastik  surətlər  Cavidə  o  zaman  lazım  olur  ki,  o, 

insanların taleyini deyil, bəlkə, məsələn, ―İblis‖də olduğu 

kimi,  birinci  növbədə  müəyyən  ideyaların  toqquşmasını 

göstərməyə  çalışır.  Məlumdur  ki,  ―İblis‖  birinci  növbədə 

insanların  taleyini  deyil,  hər  şeydən  əvvəl,  müxtəlif 

ideyaların,  sülh  və  müharibə  ideyalarının  taleyini  əks 

etdirən bir faciədir. 

Fantastik  dram  ünsürləri  Cavidin  əsərlərində  teyflər, 

xəyalların  canlanması  şəklində  də  görünür.  Məsələn, 

―Şeyda‖da  dördüncü  pərdədə  Rozanın  xəyalı  Şeydaya 

görünür,  lakin  danışmayıb,  tez  gözdən  yox  olur.  Beşinci 

pərdədə yenə Şeyda Rozanın səsini eşidir. Yenə başqa bir 

yerdə  Rozanın  xəyalı  Şeydaya  ―Yaldızlı  tüllər  içində, 

mələk  qiyafəsində‖  görünür,  ―Süzgün  və  munis 

baxışlarla‖  Şeydaya  doğru  irəliləyir.  Burada  Şeydanın 

xəyalında  bədbəxt  Rozanın  ruhunu  canlandırmaqla 

dramaturq  tamaşaçılarında  insanın  vəhşi  əməllərinə  qarşı 

nifrəti gücləndirmək məqsədini izləyir. 

Yaxud  ―Uçurum‖da  ikinci  pərdədə  Cəlal  Parisdə 

rəqqasə  Anjel  ilə  kefdə  ikən  onun  nəzərində  məsum  hə- 

yat  yoldaşı  Göyərçinin  xəyalı  canlanır.  Göyərçin  qu- 

cağında  sevimli,  günahsız  körpəsi  olduğu  halda,  məhzun 



 

mərhəmətli  baxışlarla  gəlib  Cəlalın  gözü  qarşısında 

dayanır.  Bu səhnə, şübhəsiz ki,  tamaşaçılarda öz ailəsinə 

xəyanət 


edənlərə 

nifrəti 


gücləndirmək 

üçün 


düşünülmüşdür.  Yaxud  ―İblis‖də  Rənanın  gözünə  ata- 

sının  xəyalı  görünür  və  ―intiqam,  intiqam!‖  deyib  çə-

kilir.  Yenə  ―İblis‖də  son  pərdədə  ağaclar  arasından  ―bir 



 

292 


takım skeletlər‖ çıxıb, kəfənə bürünmüş halda, sürünərək, 

qıvrılaraq  rəqs  edir.  Arifin  boğub  öldürdüyü  məsum 

Xavərin  də  xəyalı  bunların  arasındadır.  ―Şeyx  Sənan‖da 

üçüncü  pərdədə  Şeyx  Hadinin  yuxusunda  Sənan  atəşlər, 

alovlar  içində  görünür.  Mövhumi  qüvvələr  əllərində 

xəncər,  qılınc  Şeyx  Sənana  hücum  edirlər.  Şübhəsiz  ki, 

bunlar hamısı tamaşaçılarda qatillərə, xainlərə, avamlara, 

fanatiklərə  qarşı  nifrəti  gücləndirmək,  tamaşaçıya 

qüvvətli  təsir  göstərmək  üçün  düşünülmüş  dramatik 

üsullardır. 

Lakin  xəyallar,  teyflər,  ölü  ruhların  canlanması  hər 

yerdə  yalnız  nifrət  oyandırmaq  üçün  deyildir.  Dra- 

maturq  bu  vasitələrdən  başqa  məqsədlər  üçün  də  istifa- 

də  edir!  Məsələn,  ―Xəyyam‖da  son  səhnədə  Xəyyam 

Sevdanı  əvvəlcə  təzə  gəlinlərə  məxsus  ağ  tüllər  içində 

görür.  Xəyyam  həsrətlə  Sevdanı  yanına  çağırır.  Lakin  bu 

dəfə  Sevda  üzündən  duvağı  atdıqda  qorxunc  bir  skelet 

görünür.  Şair  dəhşətə  gəlir,  ürküb  geri  çəkilir,  Xəyyamın 

ürkdüyünü, usandığını görən Sevda ona deyir: 

 

Səni ürkütdümü halım? 



Keçmişdə, xeyr, boylə deyildim, 

Bilsən nə gözəl, ah nə gözəldim! 

Gözlər məni həsrətlə arardı, 

Ruhumda səhər cilvəsi vardı. 

Birdən-birə soldum da, dəyişdim, 

İssiz, əbədi heçliyə keçdim. 

Cismim qarışıb torpağa, ondan — 

Güllər və tikanlar bitər əl’an. 

Yemdir dəvə ərçin o tikanlar, 

Güllər də köküslərdə gülümsər. 



(Ġstehzalı güluĢlərlə ) 

Çirkinliyim etdirməsin ikrah... 

 



 

293 


Bu  sözlərdən  sonra  Sevda  görünməz  olur.  Onu  əvəz 

edən  Nişapurun  gənc  qızları,  Sevdaya  bənzəyən  gözəl- 

lər,  zəlzələdə  məhv  olmuş  Sevda  və  Vəfanın  qızları 

gəlirlər.  Xəyyam  yuxudan  ayılır.  Ona  güllər,  çiçəklər 

təqdim  edirlər.  Qızlar  yeni  mahnılarla  şairin  tutqun 

könlünü açmağa çalışırlar. 

Göründüyü  kimi,  burada  artıq  Sevdanın  xəyalının 

canlandırılması  tamamilə  başqa  bir  məqsədə  xidmət  edir. 

Burada  bu  dramatik  vasitə:  qüdrətli,  ana  təbiətdən  başqa 

hər nə varsa əfsanədir, təbiət isə donuq deyildir, o daima 

dəyişməkdə, şəkildən-şəklə düşməkdədir — fikrini təbliğ 

üçündür.  Başqa  sözlə,  bu  səhnədə  Xəyyamın  yuxusu, 

Sevdanı  yuxuda  görməsi  onun  ümumi  ideyalarının,  ömrü 

boyu  təbliğ  etdiyi  fəlsəfənin,  varlığın  dəyişilməsi 

haqqında  olan  mülahizələrinin  başqa  bir  şəkildə,  həm  də 

gərgin dramatik formada bədii ifadəsidir. 

―Şeyx  Sənan‖da  Sənanın  Xumarı  yuxuda  görməsi  və 

son əlavədə Xumarla  qol-qola buludlarda uçması da  yenə 

müəyyən fikrin bədii ifadəsidir. 

Cavidin  əsərlərindəki  fantastik  dram  ünsürləri  həmişə 

və  eyni  dərəcədə  müvəffəqiyyətli  olmamışdır.  Məsələn, 

―Şeyx  Sənan‖da  Xumarın  və  ―Uçurum‖da  Göyərçinin 

xəyalının  canlanması  nə  qədər  məqsədəuyğun,  əsərin 

ideya  xətti  ilə  yaxından  bağlıdırsa,  ―Şeyda‖da  Qara 

geyimli  mələyin  və  Rozanın  xəyalı,  özlüyündə  mənalı 

olsa  da,  hadisələr  silsiləsində  tamamilə  əksinə,  çox  süni 

təsir buraxır. 

Cavidin  dramlarındakı  xarakterlər  də  təbiətləri  etibarı 

ilə  müxtəlifdir.  Bunların  içərisində  bir  növ  fövqəladə, 

romantik, 

sentimental 

əhvali-ruhiyyəli  xarakterlərlə 

bərabər,  realist  xarakterlər  də  vardır.  Bu  muxtəlif  insan 

xarakterlərini  müəyyən  edən,  hər  şeydən  əvvəl,  onların 

dünyagörüşü,  mənəviyyatı,  həyata,  insana  baxışlarıdır, 

mühitə  münasibətləridir.  Məsələn,  ―Ana‖da  öz  oğlunun 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə