Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə96/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

297 


təşkil  edən  xarakterlər  dramı  xüsusiyyətləri  ilə  (―İblis‖, 

―Afət‖,  ―Səyavuş‖da  göründüyü  kimi)  vəziyyətlər  dramı 

ünsürləri birləşir. 

Cavidin  dramlarında  müxtəlif  mənfi,  müsbət  xa- 

rakterlər  arasında  baş  verən  ziddiyyətlər,  toqquşmalar 

çox  yerdə  ictimai  həyat  ziddiyyətlərini,  müxtəlif  ictimai 

fikir  toqquşmalarını  ifadə  edir.  Başqa  sözlə  şəxslər, 

fərdlər  arasındakı konflikt ictimai həyat və ictimai  görüş 

konflikti  kimi  təzahür  edir.  Məsələn,  ―Ana‖da  Xanpolad, 

İsmət  və  Səlimin  Orxan  və  onun  qatil  dostları  ilə 

qarşılaşması  aşağı  təbəqədən  olan,  təmiz  əxlaqlı,  nəcib, 

ancaq  hüquqsuz  vətəndaşlarla  qudurğan  xanzadələr 

arasındakı ictimai konflikti müəyyən dərəcədə ifadə edir. 

―Maral‖da  yoxsul  müəllim  ailəsindən  olan  kimsəsiz 

Maral,  gənc  ziyalılardan  Cəmil,  Humay  və  Nadir  bəylə 

mühafizəkar  mülkədarlar  arasındakı  toqquşma  mülkədar 

əxlaqı  və  ruhani  görüşləri  ilə,  şəriət  ehkamları  ilə 

maarifçi,  liberal  ziyalı  görüşləri  arasındakı  ziddiyyətdən 

doğur.  ―Şeyda‖  dramında  ictimai  konflikt  daha  aydın 

şəkildə  təzahür  edir.  Bu  faciədə  Şeyda,  Məsud,  Rauf, 

Musa,  Yusif  kimi  mühərrir  və  mürəttiblərlə  sahibkar 

mətbəə  müdiri  Məcid  əfəndi  arasında  olan  toqquşma 

fəhlə  sinfi  ilə  kapitalistlər  arasındakı  ziddiyyətin  bir 

nəticəsi  kimi  göstərilir.  ―Şeyx  Sənan‖da  dindar,  fanatik 

şeyxlər  və  papaslarla  dinə  şübhə  ilə  yanaşan  ariflər 

arasındakı  ziddiyyət  iki  müxtəlif  ictimai  görüşün,  feodal 

dünyagörüşü 

olan 


dindarlıqla 

dini 


şübhəçiliyin 

toqquşması  şəklində  təzahür  edir.  ―Uçurum‖da  Qərb 

burjua-zadəgan  əxlaqı  ilə  Şərqin  patriarxal  ailə,  əxlaq 

prinsipləri  üz-üzə  gəlir,  dramaturq  yüksək  əxlaqi 

ideyaların  tapdalanmasının  acı  nəticələrini  göstərir. 

―İblis‖də,  passiv,  seyrçi  şəkildə  olsa  da,  XX  əsrin  sülh 

ideyaları  ilə  müharibə  ideyaları  toqquşur.  ―Afət‖də 

Ərtoğrul  və  Alagöz  kimi  yeniyetmələrlə  Özdəmir  və 




 

298 


Qaratay  kimi  əyyaşların  üz-üzə  gəlməsi  insanpərvərlik, 

xeyirxahlıq,  təmiz  ailə  münasibətləri  ideyaları  ilə  burjua 

əxlaqı  ideyaları  üz-üzə  gəlmiş  olur.  ―Knyaz‖da  Antonla 

Knyazın  və  yalançı  sosialist  Şakronun  üz-üzə  gəlməsi 

azadlıq,  demokratiya  ideyaları  ilə  burjua-mülkədar 

ideyalarının  toqquşmasını  təmsil  edir.  ―İblisin  intiqamı‖ 

faşizm,  müharibə  ideyaları  ilə  sülh  ideyalarının 

toqquşmasını  əks  etdirir.  ―Səyavuş‖da  Səyavuş  və 

üsyançı  kəndlilərlə  saray,  feodal  əyanları,  şahlar,  valilər 

arasındakı  toqquşma  feodal  ictimai  quruluşu  ilə  xalq 

arasındakı  ziddiyyəti  göstərir.  ―Xəyyam‖da  şair,  filosof 

Xəyyam  və  onun  tərəfdarlarının  saray  əyanları,  müftilər 

və  xəlifələrlə  üz-üzə  gəlməsi  bir  tərəfdən  orta  əsrin 

hakim 


dini 

ideyaları  ilə  materialist  dünyagörüşü 

arasındakı  ziddiyyəti  göstərirsə,  ikinci  tərəfdən  də 

sarayla kütlə, xalq arasındakı ziddiyyəti göstərir. 

Klassik  dramaturgiya  tələblərinə  uyğun  olaraq,  bu 

dramlarda  konfliktlərin  eyni  zamanda  ata  ilə  oğul 

(―Maral‖),  ərlə  arvad  (―Afət‖,  ―Uçurum‖),  qardaşla 

qardaş  (―İblis‖)  arasında  baş  verməsi,  hakimiyyət 

ideyaları ilə azadlıq ideyaları, müharibə ideyaları ilə sülh 

ideyaları  arasındakı  toqquşma  dramatizmi,  dramların 

təsir gücünü daha da qüvvətləndirmiş olur. 

Cavidin  sənətkarlığı  onun  əsərlərinin  kompozisi- 

yasında da özünü aydın göstərir. 

Cavidin dramlarının çoxu mürəkkəb süjetli olub, iki və 

ya  bir  neçə  paralel  xətli  süjet  quruluşuna  malikdir.  Bu 

paralel  xətlərdə  isə  möhkəm  səbəbiyyət  əlaqələri  vardır. 

Məsələn,  ―Maral‖  faciəsində  Maral-Turxan  bəy  xətti  ilə 

yanaşı  (altmış  yaşlı  mülkədara  satılmış  on  altı  yaşlı 

Maralın  sonsuz  iztirabları)  bir-birini  sevən,  anlayan, 

qiymətləndirən  yeniyetmə  Cəmil  və  Humay  xətti  verilir 

və  demək  olar  ki,  bu  iki  xətt  —  bir-birini  tamamlayan 

paralel  süjet  xətləri  kimi  inkişaf  edir.  Yaxud  ―Afət‖ 




 

299 


faciəsində  Afət-Özdəmir,  Afət-Qaratay,  Afət-Kaplan, 

Altunsaç-Kaplan, 

Afət-Qorxmaz, 

Ərtoğrul-Altunsaç, 

Ərtoğrul-Alagöz, Yavuz-Alagöz, Oqtay-Alagöz, Qaratay- 

Altunsaç  kimi  bir  çox  dramatik  xətlər  meydana  çıxır. 

Lakin  bütün  bu  paralel  xətlər  ustalıqla  əsas  hadisənin, 

ailə  faciəsinin  səbəbkarı  olan  Afət  və  Qaratay  xətti 

ətrafında  mərkəzləşdirilmişdir.  Başqa  sözlə,  bütün 

müxtəlif  xətlər  əsərin  baş  qəhrəmanı  Afət  ətrafında 

dolaşır, onun taleyi ilə əlaqələndirilir. 

Müxtəlif  dramatik  xətlərin  baş  qəhrəman  ətrafında 

dolaşması  ―Xəyyam‖da  daha  sənətkarlıqla  verilmişdir. 

Bu  dramda  Xacə  Nizam-Həsən  Səbbah,  Yusif-Alp 

Arslan, 

Həsən 


Səbbah-Rəmzi-Vəfa, 

Xərabati-Səfa 

arasında  yaranan  dramatik  vəziyyətlər  hamısı  Xəyyamın 

taleyi  ilə  əlaqələndirilmişdir.  Əlaqədar  paralel  xətlər, 

mürəkkəb  süjet  quruluşu  ―Şeyx  Sənan‖,  ―Uçurum‖, 

―İblis‖,  ―Səyavuş‖,  ―Knyaz‖  dramlarında  da  aydın 

görünməkdədir.  Bunlardan  yalnız  ―Şeyda‖  faciəsi  süjet 

quruluşuna  görə  fərqlənir.  Bu  əsərdə,  yuxarıda  qeyd 

edildiyi  kimi,  Roza-Şeyda  xətti  ilə  faciənin  əsas  süjet 

xətti olan Məcid əfəndi-Şeyda-Qara Musa xətti birləşmir. 

Sevgi  xətti  havada  qalır.  Başqa  sözlə,  paralel  xətlər 

arasındakı  səbəbiyyət  əlaqələri  qırılır.  Rozanın  dramı 

əsas dramatik hadisə qarşısında çox sönük görünür. 

Cavid  öz  dramlarında  əsas  hadisələrlə,  əvvəldən-axıra 

qədər  davam  edən  dramatik  xətlərlə  yanaşı,  ayrı-ayrı 

dramatik  səhnələrdən  də  istifadə  edir.  Bu  səhnələrin  çox 

ustalıqla 

işlənildiyindən 

və 

əsas 


hadisələrlə 

əlaqələndirildiyindən ümumi vəhdəti daha da qüvvətlidir. 

Məsələn, ―Xəyyam‖da məzarçıların səhnəsi, ―Səyavuş‖da 

üsyançı  Yalçının  öldürülməsi,  ―Knyaz‖da  qoca  alman 

qadınının  öz  əri    ilə  rəqqası  haqqında  söhbətləri,  ―Şeyx 

Sənan‖da  Şeyx  Hadinin  Sənanı  yuxuda  görməsi, 

―Maral‖da  aşığın  mahnı  oxuması  müvəffəqiyyətlə 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə