Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə93/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

288 


şəklində  meydana  çıxır;  bunun  əksinə  nə  qədər  pis, 

arzuedilməz  xüsusiyyətlər  varsa,  bunlar  da  xudbinlik, 

paxıllıq, 

bədxahlıq, 

avamlıq, 

dini 


təəssübkeşlik, 

qısqanclıq,  hərbculuq,  zalımlıq,  qəddarlıq  və  sair  mənfi 

ehtiraslar şəklində canlandırılır. 

―Şeyx  Sənan‖,  ―Xəyyam‖,  ―İblis‖  kimi  dramlarla 

yanaşı  Cavid  ―Maral‖,  ―Uçurum‖,  ―Afət‖  kimi  ailə, 

məişət  dramlarının  da  müəllifidir.  Bu  əsərlərin  hər  üçü 

faciədir.  Bu  faciələri  doğuran  səbəblər  isə  müxtəlifdir. 

―Maral‖da gənc azərbaycanlı qız Maralın faciəli ölümünə 

səbəb  mühafizəkar  mülkədar  əxlaqı,  mülkədar  zülmüdür. 

Başqa  sözlə  bu  faciə  də  burjua-feodal  cəmiyyətinin 

ailələrdə  doğurduğu  ümumi  faciələrdən  biridir.  Əsərdə 

mülkədarlığın öz içərisindən çıxmış yeniyetmə, romantik, 

sentimental  gənclər  —  Cəmil  bəy,  Nadir  bəy,  Humay  və 

başqaları  mühafizəkar  mülkədar  zülmü  və  əxlaqına  qarşı 

çıxırlar.  Lakin  bu  yeniyetmələr  cəbhəsi  zəif,  gücsüz 

göstərilir.  Bu  zəiflik  də  əsərə  müəyyən  dərəcədə 

melodramatizm, 

romantik, 

sentimental 

dram 


xüsusiyyətləri  gətirir.  Maralın  daim  öz  taleyini  düşünüb 

ah-zar  etməsi,  Cəmil  bəyin  ümumiyyətlə  insanların  yer 

üzündəki 

əməlindən 

şikayətlənməsi, 

mühafizəkar 

mülkədar  zülmünə  qarşı  sadəcə  zarıyıb  inildəməsi  buna 

misal ola bilər. 

―Uçurum‖  və  ―Afət‖  isə,  ―Maral‖dan  fərqli  olaraq, 

daha  çox  səhvlər  dramı  şəklində  meydana  çıxır.  ―Uçu- 

rum‖da  gənc  rəssam  Cəlalın  öz  gözəl  arvadı  Göyərçinin 

təmiz  məhəbbətinə  xəyanət  edib,  Paris  rəqqasəsi  Anjelə 

aludə  olması,  ―Afət‖də  Afətin  Qaratayın  yalanlarına 

uyub,  öz  ərini  zəhərləməsi,  Altunsaçın  Qaratayın 

hiylələrinə  inanması  və  hər  iki  ailədə  yüksək  əxlaqi 

ideyaların  tapdalanması  dəhşətli  faciələr  doğurur. 

―Maral‖da  olduğu  kimi,  bu  əsərlərdə  də  ailə,  əxlaq 

normalarına qarşı duran qüvvələrin (―Uçurum‖da İldırım, 




 

289 


Əkrəm,  ―Afət‖də  Alagöz,  Ərtoğrul,  Yavuz,  Oqtay)  əsas 

qismi  zəif,  gücsüz,  sentimental  gənclər  olduğundan  bu 

xarakterlər  istər-istəməz  hər  iki  drama  melodramatizm 

xüsusiyyətləri gətirmişdir. 

Buradan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Cavidin 

məişət  dramlarında  melodramatizm  və  ya  sentimental, 

romantik  dram  xüsusiyyətlərini  sadəcə  bir  forma  hesab 

etmək  olmaz.  Həmin  əsərlərə  bu  xüsusiyyətləri  gətirən, 

hər  şeydən  əvvəl  hadisələrin  məzmunu,  xarakteridir. 

Digər  tərəfdən,  bu  əsərlərə  sentimental,  romantik  ün- 

sürlər  gətirən  —  mənfi  surətlər  deyil,  əsasən  müsbət  və 

ya  ziddiyyətli  tiplər,  xarakterlərdir.  Məsələn,  ―Maral‖ 

dramını alaq. Burada nə canavar təbiətli mülkədar Turxan 

bəy,  nə  də  onun  zorakılığına  şəriət  donu  geydirən  Qazı 

sentimental,  romantik  surətlər  sayıla  bilməzlər.  Əksinə, 

bunlar  bir  qədər  də  vulqar,  kobud  ―realistlərdir‖.  Burada 

romantik,  sentimental  əhvali-ruhiyyəli  surətlər  əsasən 

Maral, Cəmil bəy, Bəypolad, Aslan bəy kimi nəcib ruhlu, 

xeyirxah,  yeni  hisslər  və  arzularla  yaşayan  gənc 

yeniyetmələrdir.  Lakin  onlar,  eyni  zamanda,  ifrat 

hissiyyatçı, 

xəyalpərvərlərdir. 

Faciəyə 

romantik, 

sentimental  və  melodramatik  ünsürlər  gətirən  də  bu 

gənclərin 

əhvali-ruhiyyəsi,  həyata  münasibətləridir. 

Eləcə  də  ―Afət‖  faciəsində  nə  əyyaş  Özdəmir  və 

Xandəmiri, nə də əxlaqsız Qaratayı, Kaplan və Qorxmazı 

sentimental,  romantik  surət  saymaq  olmaz.  Bunlar  da 

hamısı incə hisslərdən, xəyallardan uzaq olan, pozulmuş, 

qaba  adamlardır.  Bu  faciədə  də  romantik,  sentimental 

surətlər  əsasən  Alagöz,  Ərtoğrul,  Yavuz  kimi  təmiz 

əxlaqlı  gənclərdir.  Lakin  bu  gənclər  də  həddindən  artıq 

xəyalpərvər, 

hissiyyatçıdırlar. 

Eyni 

xüsusiyyəti 



―Uçurum‖ faciəsində də görmək olar. 

Cavidin  ailə,  məişət  dramlarında  bəzən  mənfi  mənada 

dramatik  toqquşmalara,  macəra  dramı  ünsürlərinə  də  rast 



 

290 


gəlmək  olur.  Məsələn,  ―Uçurum‖da  gənc  İldırımın  Cəlalı 

Anjelin  torundan  xilas  etmək  xatirinə  Paris  rəqqasəsinə 

yalandan  məhəbbət  elan  etməsi,  qısqanc  Edmonun 

Anjelin  dalınca  Parisdən  İstanbula  gəlməsi  çox  süni  təsir 

bağışlayan  hadisələrdir.  ―Afət‖  dramında  epizodik 

surətlər  olan  iki  gənc  zabitin  —  Kaplan  və  Qorxmazın 

hərəkətləri,  özlərini  süni  surətdə  Afətə  və  başqalarına 

sevdirməyə  çalışmaları  sadəcə  konflikti  qüvvətləndirmək 

xatirinə düşünülmüş qeyri-təbii vəziyyətlərdir. ―Maral‖da 

Aslan  bəy  ilə  Maral  arasındakı  çox  zəif,  ötəri  verilmiş 

məhəbbət  haqqında  da  eyni  sözləri  demək  olar.  Macəra 

dramı  ünsürlərinə  ―Topal  Teymur‖da  Olqa  ilə  Orxan 

arasında  olan  münasibəti,  bunların  İldırım  Bayazid 

sarayındakı fəaliyyətlərini də misal göstərə bilərik. 

Cavidin  yaxşı  dramlarından  olan  ―Şeyda‖  faciəsində 

Roza  ilə  Şeyda  və  Əşrəf  arasındakı  münasibət,  qara 

geyimli  mələk  surəti  əsas  hadisə  ilə  əlaqəsi  olmayan  və 

dramaturq  tərəfindən  şüurlu  surətdə  effekt  yaratmaq 

xatirinə  əsərə  əlavə  edilmiş  macəralı  hadisələrdir.  Lakin 

bu macəra və süni intriqa ünsürlərini biz Cavidin ―İblis‖, 

―Şeyx  Sənan‖,  ―Səyavuş‖,  ―Knyaz‖  və  ―Xəyyam‖  kimi 

əsərlərində, demək olar, görmürük. 

Cavidin  dramaturgiyasında  fantastik dram ünsürləri  də 

xüsusi  yer  tutur.  Bu  ünsürlər  müxtəlifdir.  Bəzən  onlar 

mövhumi surətlər şəklində, bəzən teyflər, ruhlar,  ölülərin 

canlanması  şəklində,  bəzən  də  sayıqlamalar,  yuxuda 

görülən  hadisələr  şəklində  yaradılır.  Məsələn,  ―İblis‖də 

İblis, 


Mələk, 

―Şeyda‖da 

Qara 

geyimli 


mələk, 

―Peyğəmbər‖də Skelet və Mələk fantastik surətlərdir.  Bu 

mövhumi  surətlərin  hərəsi  müəyyən  bir  məqsədə  görə 

yaradılmış,  hərəsi  müəyyən  bir  fikri,  ideyanı  təmsil  edir. 

Məsələn,  ―İblis‖də  İblis  ―hər  kəsə  xain  olan  insan‖dır, 

Mələk  sülh,  əmniyyət  arzularının  timsalıdır.  ―Şeyda‖da 

―Mən oyam ki, bütün ağlar gözlər,  yaralı könüllər, bütün 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə