Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə85/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

 

261 


Əlbəttə, bu əsərdə də qəhrəman – Xəyyam hər kəsdən üstün 

idi;  lakin  bu  üstünlük  onun  fövqəladəliyində  fantastik, 

romantik  xəyallarında  deyil,  öz  dövrünə  görə  qabaqcıl, 

mütəfəkkir  şair  olmasında  idi.  Xəyyam  sadə  bir  insan  kimi 

yaşayır,  öz  fikirlərini  təbliğ  edir,  bu  yolda  bir  çox 

məhrumiyyətlərə düçar olur, düşmənləri ilə üz-üzə gəlir, onları 

məğlub  edir,  dostlarına  mehribanlıq  göstərir,  yaşayır,  yaradır, 

nəhayət,  qocalıb,  milyonlarca  başqa  insanlar  kimi,  öz  əcəli  ilə 

ölür. Əsərdə Xəyyamı əhatə edən başqa surətlər də beləcə real, 

təbii  xüsusiyyətləri  ilə  göstərilmişdi.  ―Səyavuş‖  və  xüsusən 

―Xəyyam‖  ilə  Cavid  romantik  dram  yolundan  ayrılıb,  realist 

dram – Şekspir dramı yoluna qədəm qoymuşdur. 

Cavid  bir  sənətkar  dramaturq  olaraq  ümumiyyətlə  təsirli 

ekspozisiya  yaratmaqda  çox  usta  idi.  ―Xəyyam‖  dramının 

ekspozisiyası daha mənalı, cazibəli və mövzuya görə məqsədə 

daha uyğun idi. 

İlk  səhnədə  tamaşaçı  Xəyyam  dövrünün  çox  incə  şəkildə 

düşünülmüş, bi-birinə zidd iki mənzərəsini görür. Bir tərəfdən 

öz  əzəməti  ilə  mütəfəkkir  Şərq,  mədrəsə  həyatı,  elm-ürfanla 

məşğul  olan  gənc  şərqli  tələbələr,  ikinci  tərəfdən  dini 

zehniyyət,  xurafat  ocağı  məscid...  Ariflər,  alimlər  mədrəsəyə, 

möminlər  isə  məscidə  doğru  can  atırlar.  Mədrəsədə 

toplaşanlarda  dünyəvi  hisslər,  yaşamaq  eşqi  coşub  daşır, 

məscidin  sakinləri  isə  dünyadan  mümkün  qədər  tez  köçüb 

getmək 

qayğısı  ilə  ibadətə  məşğuldurlar.  Məsciddən 



möminlərin  səsləri,  insanı  boş,  dilsiz  fəzalara,  heçliyə  çağıran 

münacat səsi ucalır: 

 

Ey fəzalarda gülümsər əbədi şerü xəyal



O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal! 

Hər düha çırpınaraq səndə arar feyzü kamal

Yenə yox kimsədə əsla səni idrakə macal. 

 



 

262 


Bu,  əsrlərdən  bəri  lal  göylərə  sığınan  insan  zəkasının 

korluğundan,  gücsüzlüyündən  bəhs  açan  dindar  Şərqdir.  Elm-

ürfan  ocağı  olan  mədrəsədən  isə  gənc  mütəfəkkir  şair 

Xəyyamın  və  onun  yoldaşlarının  insanları  həyata,  həqiqətə, 

eşqə, səadətə çağıran və real düşüncəyə əsaslanan alimanə səsi 

yüksəlir. Xəyyam minacatı dinləyərək kinayə ilə deyir: 

 

X ə y y a m 



 

İştə bir səs ki, edər göylərə şaşqınca xitab, 

O sağır göy əcəba kimsəyə vermişmi cavab? 

O dərinliklərə, boşluqlara uçduqca xəyal 

Sanki çırpınmada bir şəhpəri yanmış qartal... 

 

X ə r a b a t i 



(kinayəli qəhqəhələrlə) 

 

Hər gələn bir yeni əfsanə satar



O qaranlıq dama hər kəs daş atar. 

 

X ə y y a m 



 

Xilqətin sirri müəmmadır, əvət, 

Ürəfa satsa da yüz min hikmət, 

Burda cənnət quralım badə ilə.. 

 

Bu  da  insanları  həqiqət  aləminə,  həyat,  səadət  dünyasına 



çağıran mütəfəkkir Şərqin səsidir. 

Beləliklə  bir  tərəfdə  –  məsciddə  ibadət  və  şəriət,  ikinci 

tərəfdə  –  mədrəsədə  isə  məhəbbət  və  hikmət  –  dramın 

ekspozisiyası  tamaşaçıya  bu  ziddiyyətli  mənzərəni  göstərirdi. 

Bundan  sonra  səhnəyə  Alp  Arslan  sarayının  misilsiz  gözəli 

gənc Sevda gəlir. O, şair Xəyyamı görmək üçün gizlicə buraya 




 

263 


gəlmişdir.  Sevdada  azadlıq,  səadət  eşqi  ilə  çırpınan  bir  qəlb 

vardır. Azad yaşamaq onun ən böyük arzusudur. 

 

Bir vəhşi göyərçin kimi mən də 



Şən könlümü azadə dilərdim. 

Seyranə çıxıb dağda, çəməndə, 

Güldükcə günəş mən də gülərdim, 

Şən könlümü azadə bilərdim. 

 

Lakin  saray  həyatı  ―altun  qəfəs‖  Sevdanın  azadlığını, 



ixtiyarını  əlindən  almış,  onu  həyat  nemətlərindən  məhrum 

etmişdir. 

 

Qəlbimdə sönər incə həvəslər



Dişlər məni altunlu qəfəslər, 

Ruhumda qopar ən acı səslər, 

Mən bir quzu olsam da, mələrdim, 

Şən könlümü azadə dilərdim. 

 

Əsərdə  Xəyyam  ilə  Sevdanın  münasibətləri  də  çox  təbii 



verilmişdi.  Sevda  hələ  Xəyyamı  görmədən  onu  əsərləri  ilə 

tanımış,  sevmiş,  bu  əsərlərdə  özünün  azadlıq  həsrətinin  əks 

olunduğunu  görmüş,  gənc  şairin  şeirlərini  əzbərləmiş,  onları 

bəstələyib gözəl səslə oxumuşdur: 

 

Bilməz yarının sirrini bir kimsə cahanda



Bax zövqünə tale sənə yar olduğu anda. 

Mehtabə çıxıb könlünü şad eylə ki, bir gün 

İzlər də qəmər bizləri, bulmaz bu cahanda. 

 

Bu şeirlərin təsiri altında Sevdaya əsarətdə keçən gənc ömrü 



daha  ağır  görünmüşdü.  İndi  o,  bircə  gün  də  olsa,  sərbəst 

yaşamaq üçün bütün  həyatını  qurban verməyə hazırdır. Sevda 

Xəyyamı axtarır, bütün camaat və saray əhli məscidə gedirkən 



 

264 


o,  məscidə  deyil,  Xəyyamı  görmək  üçün,  gizlicə  mədrəsəyə 

gəlir.  Məsciddəkilər  ibadəttə  ikən  Sevda  Xəyyamn  həyat  eşqi 

ilə  çırpınan  yeni  şeirlərini  dinləyir.  Həmişə  hikmətlə  məşğul 

olan,  hələ  heç  kəsə  könül  verməyən  Xəyyam  gənc  həyatında 

birinci  dəfə  olaraq  qəlbən  ona  yaxın  olan,  azad  ruhlu  Sevdanı 

görüncə buradaca məhəbbətə dair ilk şeirini deyir: 

 

Gəldin də neçin pənbə buludlar kimi axdın, 



Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 

Şimşək kimi çaxdın da neçin könlümü yaxdın? 

Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 

 

Sərpildi alov ruhuma süzgün baxışından, 



Sarsıldı bütün mənliyim, ey afəti-dövran! 

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban 

Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 

 

Saray  adamları  tökülüb  gəlir.  Sevdanı  zorla  Xəyyamdan 



ayırıb  aparırlarsa  da,  qız  nəyin  bahasına  olursa-olsun, 

Xəyyamla birləşməyi qərara alır. 

İkinci  pərdədə  artıq  Xəyyamın  tələbəlik  illəri  qurtarmışdır. 

Şöhrət,  mənsəb  arxasınca  getməyi  alçaqlıq  hesab  edən,  yalnız 

öz  fikirlərini  təbliğ  etməklə  məşğul  olub,  insanlığa  bir  xidmət 

göstərmək istəyən Xəyyam  işsiz qalmışdır, ağır maddi ehtiyac 

içərisindədir.  Dramaturq  onun  ağır  günlərini  göstərir.  Xəyyam 

saçları  uzanmış,  pərişan  halda  çörək  pulu  üçün  kitablarından 

birini satmaq məqsədilə bazara çıxmışdır. Satmaq istədiyi kitab 

Şərqin  böyük  filosofu  ibn  Sinanın  əsəridir.  O,  kitabı  satarkən 

onun  müəllifinin  ideyalarını  və  öz  şeirlərini  təbliğ  etməyi  də 

unutmur: 

 

İbn Sinayi eşitdinmi? Oxu! 



İştə Şərqin o böyük filosofu

Bax, yaratmış nə böyük xariqələr! 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə