Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə82/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

 

251 


keçirərək  xaqanlar  hakimiyyəti  əleyhinə  üsyan  bayrağı 

qaldıran  Çin  məzlumlarına  şərəfli  nəğmələr  oxuyur

1

‖. 


Yenə həmin müəllif 1934-cü ildə ―Səyavuş‖un ilk nəşrinə 

yazdığı  ―Cavid  haqqında  bir  neçə  söz‖  sərlövhəli 

müqəddiməsində  haqlı  olaraq  faciəni  ―özünə  bəraət 

qazandıra  bilən,  yeni  keyfiyyətli  bir  əsər‖  adlandırır. 

―Səyavuş‖  Cavidi  gəncləşdirmişdir,  ―Səyavuş‖un  bir  çox 

odlu misraları bizim üçün qiymətli və yüksəkdir‖ deyirdi. 

Tənqidçinin  diqqətini  hər  şeydən  əvvəl  Cavidin  tarixə 

olan  yeni  baxışı  cəlb  edirdi.  Hüseyn  Mehdi  belə  bir 

düzgün  nəticəyə  gəlmişdi  ki,  ―Cavid  ―Səyavuş‖  əsəri  ilə 

ictimai  ixtilaflar  göstərmişdir...  Cavid  göstərmişdir  ki, 

əsil  insanlar  əli  qabarlılardır,  əməkçilərdir.  Cavid  eyni 

zamanda  əsil  qəhrəmanların  əməkçi  kütlələrdən,  əsil 

insanlar içərisində çıxdığını göstərməyə çalışmışdır‖

2



Həqiqətən,  Cavidin  bu  faciəsi  Firdovsinin  ―Səyavuş‖ 

dastanı motivləri əsasında  yazılsa da, bu motivlərdən çox 

kənara  çıxan  tam  orijinal  bir  əsər  idi.  Məsələn, 

―Şahnamə‖də  Keykavus  səbirli,  tədbirli,  ağıllı,  ədalətli 

bir  şah  kimi  göstərildiyi  halda,  Cavidin  əsərində  bütün 

əxlaq  normalarını  tapdalayan,  azğın,  zülmkar,  kütbeyin, 

qudurğan  bir  müstəbiddir.  Bundan  başqa  Cavid  feodal 

zülmünü,  hakimlərin  özbaşınalığını  göstərmək  üçün,  öz 

əsərinə  məzlumların  qanını  içın  Vali  surətini  də  əlavə 

etmişdi. 

Firdovsinin 

―Səyavuş‖ 

dastanında 

xalq 


üsyanlarını göstərən kiçik bir epizod belə olmadığı halda, 

Cavid xalq üsyanlarını göstərməyə xüsusi fikir vermiş və 

Altay  kimi  bir  üsyançı  qəhrəman  surətini  yaratmışdır; 

Yalçın  və  onunla  əlaqədar  hadisələrlə  hakimlərin  xalqa 

olmazın 

əzab-əziyyət 

verdiklərini 

göstərmişdir. 

―Səyavuş‖  dastanında  saray  və  hərəmxana  həyatının 

ziddiyyətləri  göstərilmədiyi  halda,  Caviddə  bu  cəhət  ilk 

                                                 

1

 ―İnqilab və mədəniyyət‖ 1933 № 1. 



2

 ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddəmə. 




 

252 


planda  idi.  Firdovsi  Səyavuşu  əsasən  şahlığa  sadiq  və 

hakimliyə  həvəskar  göstərdiyi  halda,  Caviddə  Səyavuş 

tac-taxt  düşməni,  saraylara  nifrət  edən,  xalq  kütlələr inə 

yaxın  bir  qəhrəmandır.  Rüstəm  surətinə  də  Cavid  geniş 

yer  vermiş,  onu  Səyavuşun  məsləkdaşı,  vətənpərvər  bir 

qəhrəman  kimi  canlandırmışdı.  Cavidin  Südabə  surəti  də 

Səyavuş  dastanındakı  Südabədən  fərqlənirdi.  Firdovsi 

Südabəni  əsasən  hiyləgər  bir  qadın  kimi  göstərmişdi. 

Cavid  həmin  motivi  saxlamaqla  bərabər,  bu  qadının 

səmimi  mənəvi  iztirablarını  da  vermişdi.  Cavidin 

Südabəsi,  eyni  zamanda,  güclə  saraylara  alınan,  öz 

vətənindən,  elindən  ayrı  düşən,  həyatında  çox  haqsızlıq 

gördüyü  üçün  sərtləşmiş  bədbəxt  bir  qadın,  qəfəsə 

salınmış bir quşdur. 

Tarixi  mövzuda  yazdığı  əvvəlki  ―Topal  Teymur‖  əsə- 

rindən  tamamilə  fərqli  olaraq,  bu  faciədə  Cavid  feodal 

dünyasının,  şah-sultan  hökmranlığının  xalqlar  həyatında 

törətdiyi  fəlakətləri,  saray  həyatının  rəzalətlərini  və 

zəhmətkeş  kəndlilərin  feodal  özbaşınalığına  qarşı 

mübarizəsini  ön  planda  göstərməyə  çalışmışdı.  Zahirdə 

əsərin  qəhrəmanı  Səyavuş  idisə  də,  əslində  dramaturqun 

daha  çox  rəğbət  bəslədiyi  üsyançı  kəndlilərin  başçısı 

Altay və onu əhatə edən üsyançı kəndlilər idi. 

Səyavuşu  da  dramaturq  saraya  qarşı  duran,  kütlələrə 

yaxın,  demokratik  əhvali-ruhiyyəli  bir  qəhrəman  kimi 

göstərmişdi.  Şah  nəslindən  olduğuna  baxmayaraq,  erkən 

anasını  itirdiyindən,  uşaqlıqdan  Zabilistanda  bir  kənddə, 

sadə,  namuslu  adamların  əhatəsində  böyümüş  Səyavuşda 

kəndlilərə  məxsus  sadə,  mehriban  bir  ürək  vardır. 

Səyavuşun  təlim-tərbiyəsi  ilə  xalqın  sevimlisi  olan 

qəhrəman  Zal  oğlu  Rüstəm  məşğul  olur.  Rüstəmin 

tərbiyəsi  ilə  o,  gözəl  ruhlu  bir  insan  və  yenilməz 

qəhrəman  olur.  Səyavuş  atası  Keykavusun  əmri  ilə  sa- 

raya  çağırılır.  Ürəkdən  bağlı  olduğu  kənddən  ayrılmaq 




 

253 


onun  üçün  çətin  olsa  da,  şah  əmrini  yerinə  yetirməyə 

məcbur  olur  (Firdovsidə  isə  Səyavuş  öz  arzusu  ilə  sa- 

raya,  atasının  yanına  getməyə  can  atır).  Yola  çıxarkən 

səmimi  çöhrəli,  ağsaçlı  bir  qadın,  bir  el  anası  Səya- 

vuşun  alnından  öpüb,  ona  xeyir-dua  verir.  Bu  el  anası- 

nın  xeyir-duası  bizə  böyük  Nizaminin  əsərlərində  şah- 

lara  öyüd-nəsihət  verən  dünya  görmüş  ağsaçlı  qadınla- 

rın arzularını xatırladır (bu ana surəti Firdovsidə yoxdur). 

Ağsaçlı qadın Səyavuşa deyir: 

 

Zalımla məzlumu, sakın, bir tutma, 



Yediyin ətməyi, duzu unutma!  

Hər ölkəyə varsan, bizi anarsın, 

Nasırlı əllərə açır, yanarsın. 

Şən saraylar məğrur etməsin səni, 

Düşün daim yoxsulların dərdini. 

Uyma evlər yıxan, kinli şahlara, 

Acı, köküsləri yaxan ahlara! 

Biz səni bəslədik, çalış adil ol!  

Haydı, yavrum, şanlı yol, uğurlu yol! 

 

Səyavuş isə: 



 

Sağlıqla, ey böyük, möhtərəm ana! 

Sən anadan daha yaxınsan bana

1

 — 



 

— sözləri ilə ağsaçlı qadınla vidalaşır. 

El  anasının  nəsihəti,  tapşırıqları  özünün  gələcək  həyat 

yolunu  müəyyənləşdirməkdə  Səyavuşa  böyük  kömək 

edir. 

Səyavuş  saraya  gəlir.  Burada  kənddəki  sadəlik,  sə- 



mimiyyətdən  əsər  belə  yoxdur.  Gənc  qəhrəman  gələn 

kimi  onu  saray  çəkişmələri  əhatə  edir;  münəccimdən 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 389. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə