Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə79/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

 

242 


tarixə  və  müasir  həyata  münasibətində  əmələ  gələn 

yenilik diqqəti cəlb edirdi. Bu yenilik ondan ibarət idi ki, 

həmin  əsərlərdə  şairin  diqqət  mərkəzində  ictimai 

ziddiyyətlər,  kəndlilərlə  feodallar,  işçi  sinfi  ilə 

burjuaziya  arasındakı  ziddiyyətlər  dururdu.  Cavidin 

müsbət  surətləri  tarixi  mövzuda  yazılmış  əsərlərdə 

üsyançı kəndlilər, müasir mövzuda yazılmış əsərlərdə isə 

inqilabçı  fəhlələr  idi.  O  da  çox  əhəmiyyətlidir  ki,  bu 

əsərlərdə  müsbət  tiplər  sırasında  müxtəlif  millətlərin 

nümayəndələri  vardı.  Məsələn,  bunların  içərisində  biz 

Gürcüstanda  Sovet  hakimiyyətinin  qələbəsi  uğrunda 

vuruşan  gürcü  inqilabçısı  Antonu  (―Knyaz‖),  Cənubi 

Azərbaycanda  fars  ərbabları  və  feodallarına  qarşı  duran 

azərbaycanlı  Qurbanı  (―Telli  saz‖),  imperialistlərin 

müharibə fitnəkarlığına qarşı çıxan rus sovet diplomatını, 

İtaliya  faşistləri  ilə  vuruşan  mərakeşli  ərəb  Xalidi,  ispa- 

niyalı  respublikaçılara  kömək  edən  Əsir  almanı  (―İb- 

lisin intiqamı‖) və başqalarını görürük. 

Şairin  yaratdığı  mənfi  surətlər  isə  Sovet  haki- 

miyyətinin  düşmənlərindən,  fəhlə  və  kəndlilərin  düş- 

mənlərindən, inqilab xainlərindən ibarət idi. 

Ümumiyyətlə  bu  zaman  Cavid  Azərbaycan  sovet  ədə- 

biyyatının  aktual  mövzularına  yaxınlaşmağa  böyük  səy 

göstərirdi.  Məsələn,  1926-30-cu  illərdə  sovet  ədəbiy-

yatının  mühüm  mövzularından  biri  azad  həyatın 

tərənnümü  və  köhnəliyin  qalıqları  ilə  mübarizə  mövzusu 

idi.  İstər  yaşlı,  təcrübəli,  istərsə  də  gənc  yazıçılar  — 

C.Cabbarlı,  A.Şaiq,  S.Vurğun,  S.Rüstəm  və  başqaları  bu 

mövzuda  əsərlər  yazırdılar.  Cavid  də  bu  mühüm  ədəbi 

mübarizəyə  bir  az  əvvəl  haqqında  danışdığımız  ―Azər‖ 

əsəri ilə cavab vermişdi. 

―Şəhla‖,  ―İblisin  intiqamı‖  kimi  pyeslər  də  dövrün 

mühüm  məsələlərini  əhatə  edirdi.  ―Şəhla‖da  Azərbaycan 

qadınının  sosializm  quruculuğu  cəbhəsindəki  mübarizəsi 




 

243 


təsvir  olunmuşdu.  Almaniya,  İtaliya  və  Yaponiya 

faşistləri  əleyhinə  yazılmış  ―İblisin  intiqamı‖nda  isə  bir 

tərəfdən,  faşizmin  müharibə  demək  olduğu  və  bəşəriyyət 

üçün  böyük  bir  təhlükə  təşkil  etdiyi,  o  biri  tərəfdən  də 

sovet sülh siyasətinin cahanşümul rolu göstərilirdi. 

Bu  illərdə  ədəbiyyatda  geniş  yayılmış  bir  mövzu  da 

Azərbaycanda  və  ümumiyyətlə  Zaqafqaziyada  Sovet 

hakimiyyəti  uğrunda  gedən  tarixi  mübarizələrin  təsviri 

idi.  Cavid  5  pərdəli  mənzum  ―Knyaz‖  dramını  bu 

mövzuda  yazmışdı. Drama qardaş  gürcü xalqının azadlıq, 

yeni  həyat,  Sovet  hakimiyyəti  uğrunda  mübarizəsinə 

müqavimət  göstərmək  istəyən  feodal-burjua  dünyasının 

məğlubiyyətini  və  onun  son  acınacaqlı  günlərini 

göstərirdi. 

Ömrünün  müəyyən  illərini  Gürcüstanda  keçirmiş  və 

əvvəlki  əsərlərində  də  Gürcüstan  həyatını  və  təbiətini 

təsvir  edən  Cavidin  bu  mövzuda  əsər  yazması  təsadüfi 

deyildi.  Bu  da  şairin  qardaş 

Gürcüstan  xalqına 

məhəbbətinin  yeni  bir  ifadəsi  idi.  Gürcüstanı  azad 

görmək ―Şeyx Sənan‖ müəllifini sevindirmişdi. 

Dramın  ilk  səhnələri  feodallar,  knyazlar  zülmünü,  son 

səhnələri  isə  azad  Gürcüstanı  göstərirdi:  Gürcüstanda 

əksinqilabçı,  yerli  burjuaziya  və  feodalların  müvəqqəti 

ağalığı  dövrüdür.  Xalq,  fəhlə  və  kəndlilər  ağalara  qarşı 

azadlıq,  demokratiya  uğrunda,  Sovet  hakimiyyəti 

uğrunda 

mübarizəni 

davam 

etdirir. 



Dramaturq 

əksinqilabçı,  mürtəce  cəbhənin  nümayəndəsi  olaraq 

altmış yaşlı, burjualaşmış mülkədar knyazı göstərir. Hələ 

inqilabi  ideyalardan  uzaq  olan  yoxsul  kəndlilər,  işsiz 

fəhlələr  knyazın  qapısına  şikayətə  gəlmişdir.  Bir  kəndli 

üzüm  bağlarını  dolu  vurduğundan  danışıb,  mərhəmət 

istəyir.  Fəhlələrdən  biri  iş  tələb  edir,  ailəsinə  çörək 

istəyir: 

 



 

244 


İştə mən altı qız, oğlan babası, 

Məni məhv etdi tütün fabrikası. 

Zövq alıb içdiyiniz dadlı şərab  

Bu ciyərdən süzülən qanla qoxar. 

Bax zəhərdən qurumuş skeletim  

Mən ölürsəm, sönəcək altı yetim... 



 

Knyaz  isə  bu  fəryadlara  zərrəcə  əhəmiyyət  vermədən 

öz  kefindədir.  Arvadı  öldükdən  sonra  o,  gənc  qız  Jas- 

menlə evlənmişdir. İndi o, cavanlaşmaq çarələri axtarır. 

Qabaqcıl  işçilər  knyazın  qapısına  mərhəmət  üçün 

gələnləri 

danlayır, 

―haqq  alınar,  verilməz‖  deyə 

kəndliləri  üsyana  çağırırlar.  Lakin  ―müdaraçı  hərif‖, 

―sosialist  cildinə  girmiş  canbaz‖,  özünü  işçilərin 

müdafiəçisi kimi qələmə verən,  inqilab  düşməni hiyləgər 

Şakro  üsyan  edən  fəhlə  və  kəndliləri  sakitləşdirməkdə 

knyazların  yaxın  köməkçisidir.  O,  işçi  və  kəndlilərin 

gizli  inqilabi  təşkilatı  haqqında  hakim  dairələrə  xəbər 

çatdırır, təşkilatın görkəmli üzvlərini təqib edir. 

Əksinqilabın  ciddi  müqavimətinə  baxmayaraq,  inqi- 

lab  cəbhəsi  gündən-günə  qüvvətlənir.  Bu  mübarizənin 

qəhrəmanlarından  biri  də  bolşevik  Antondur.  Uşaq- 

lıqdan  knyazın  himayəsində  olmuş  Anton  indi  onun 

fabrikində  texnikdir.  Antonun  anası  Marqo  da  saçlarını 

knyazlara  xidmət  edə-edə  ağartmışdır.  Anton  sonradan 

inqilabi  təşkilatlara  yaxınlaşmış,  ―Bir  başımdan  keçərəm 

məslək  üçün‖  deyən,  dilində  daim  beynəlmiləl  nəğməsi 

dolaşan,  mətanətli,  dönməz  bir  bolşevik  olmuşdur.  Bir 

çox  başqa  inqilabçı  yoldaşları  kimi  Anton  da  əksinqilab 

tərəfindən təqib olunur. Qorxulu günlərində ona şəhərdən 

çıxıb  getməsini,  gizlənməsini  təklif  edənlərə  Anton 

qəzəblə cavab verir: 

 

Məhbəs kəsilib yoxsula dünya, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə