Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə75/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

 

230 


həbs  olunur.  Lakin  Azər  bununla  kifayətlənmir,  kəndin 

camaatını, 

dünyagörmüş 

qocalarını 

və 

gəncləri 



təqsirləndirir  ki,  nə  üçün  onlar  bilə-bilə  uzun  müddət  bu 

cinayətkarın  işlərinə  dözmüş,  bu  cinayətləri  görə-görə 

səslərini  çıxarmamışlar.  Azər  yeni  həyat  şəraitində  belə 

alçaqlıqlara  dözməyin  böyük  bir  cinayət  olduğunu  qeyd 

edib dostlarına deyir: 

 

Bir ölkə ki, səsi, ünü çıxmaya,  



Haqsızlığa qarĢı yumruq sıxmaya, 

O, bir məzarlıq ki, görənlər ĢaĢar, 

Ġçində həp canlı ölülər yaĢar.

1

 

(―Ġnqilab xırsızı‖.) 

 

Tərcümeyi-halından  bildiyimiz  kimi,  1926-cı  ildə 

Sovet  hökuməti  Cavidi  müalicə  üçün  Berlinə  göndər- 

mişdi.  Şairin  bu  səfərdən  aldığı  təəssürat  da  ―Azər‖ 

dastanında  müxtəlif  parçalarda  əks  olunmuş  və  mühüm 

yer  tutmuşdur.  Bunlardan  biri  ―Qərbə  siyahət‖  adlanır. 

Şair bu parçanı Berlində yazmışdı. 

Azər müxtəlif xalqların, məmləkətlərin həyatı ilə tanış 

olmağı  da  çox  sevir;  ―Atəş  ocağı‖ndan,  ―Altun 

şəhəri‖ndən  ayrılıb  Qərbi  Avropanı  siyahətə  çıxır. 

Avropanın  ictimai  ziddiyyətlərlə  dolu  həyatı  onun 

diqqətini xüsusilə cəlb edir. Bir tərəfdə səfalət içərisində 

yaşayan  işsizlər,  başqa  bir  tərəfdə  harınlıqdan  ―boynu 

dönməyən‖  sərvətdarlar...  Burada  həyatın  hər  bir 

sahəsində  rəqabət,  xudbinlik  hökm  sürür.  Heç  yerdə 

yoxsullara,  zəiflərə  qayğı  görünmür.  Mərhəmət,  vicdan, 

məhəbbət sözləri sanki lüğətlərdən də silinmişdir.  

Berlində  bir  gənc  şərqli  Azərə  yaxınlaşıb,  Hin- 

distanın  məşhur  ədibi  Rabindranat  Taqordan  söhbət  açır, 

qoca  Taqorun  Qərb  ellərini  mərhəmətə  dəvət  etdiyindən 

                                                 

1

 Əsərin bu parçasının mətni Ģairin ailəsindədir. 



 

231 


danışır. Azər acı kinayə ilə gülüb, gənc şərqlini başa salır 

ki, Şərqi əsrlərcə geri  qoyan səbəblərdən biri də məhz bu 

mərhəmət,  vicdan  fəlsəfəsidir.  Bu  fəlsəfə  çoxdan 

köhnəlmişdir  və  hind  xalqının  azğın  müstəmləkə  zülmü 

altında  olduğu  bir  zamanda  onun  ədibinin  belə 

məsələlərdən  yapışması,  ümumi  məhəbbət  ideyasını 

təbliğ  etməsi  düzgün  deyildir.  Şərqin  qurtuluşu  üçün  ən 

doğru  bir  yol  varsa,  da  öz  haqqı,  hüququ,  azadlığı 

uğrunda mübarizəyə qoşulmaqdadır: 

 

Azər həmən gülümsədi, ―Əvət, — dedi, — pək haqqı var,  



Həp ―sevgidən‖ zövq alırlar oylə zərif ixtiyarlar,  

Çoxdan bəri ġərqin sazı həp bu ruhda inlər, ağlar, 

Saqın! Qulaq verir sanma həris baĢlar o dəvətə.  

Hindin əzilmiĢ mənliyi saçsa hər sözdə möcüzə, 

Soyuqqanlı Qərb alıĢmıĢ göz süzə ya dodaq büzə. 

Məzlum ellər için ancaq bir yol varsa: Mübarizə! 

Onsuz Ģübhə yox irəməz ġərq elləri hürriyyətə‖.

1

 

(―Qərbə siyahət‖.) 

 

Yenə  Berlində  yazılmış  və  imperialist  Qərbi  ilə 



müstəmləkə  Şərqinin  münasibətlərini  əks  etdirən  başqa 

bir  parça  da  ―Nil  yavrusu‖  adlanırdı.  Burada  Cavid 

vətənindən, elindən ayrı düşmüş misirli bir qızın və onun 

ailəsinin  faciəsindən  bəhs  edir:  Səlmanın  atası  Misirdə 

ikən  ingilis  zülmü  və  işğalı  əleyhinə  üsyan  etdiyi  üçün 

bir  ingilis  lordu  onu  ―ölümlü  bir  adaya‖  sürgün  etmişdir. 

Ata 

sürgünə 


göndərildikdən 

sonra 


qız  da  təqib 

olunduğundan  doğma  vətənində  —  Misirdə  qala 

bilməyib,  Almaniyaya  qaçmışdır.  İndi  Səlma  yeddi  ildir 

ki,  qürbət  eldədir.  Lakin  bu  əzab-işgəncələr  onun 

vüqarını  əyə  bilməmiş,  qəlbində  yurd  salan  vətən 

məhəbbətini söndürə bilməmişdir. O indi də yenə: 

                                                 

1

  H.Cavid. SeçilmiĢ əsərləri, səh. 587. 



 

232 


 

Daima kinli bir pəyam arayır, 

Anaraq Misri intiqam arayır.

1

 



 

Səlma  vətəninin,  ailəsinin  və  atasının  qatili  olan  bir 

lordu  öldürdüyü  üçün  həbs  olunur.  Qoca  Azər  onun 

―intiqam, intiqam!‖ deyib çırpınan səsini yeni əsrin, yeni 

Şərqin səsi kimi qiymətləndirir. 

Bir  ayrı  parçada  Azəri  Avropa  şəhərlərinin  birində 

sərmayədarlar,  ―yüksək  cəmiyyət‖  adamları  üçün  təşkil 

edilmiş  bir  konsertdə  görürük.  Səhnədə  bir  tısbağa 

görünüb,  müxtəlif  musiqi  ahənglərinə  uyğun  hərəkətlər 

göstərir,  başını  qınından  çıxarıb  musiqi  havalarını 

dinləyir,  musiqi  susduqda  yenə  səhnəni  tərk  edir. 

Avropalı kübarlar üçün bu ən maraqlı bir əyləncə sayılır. 

Parisli  bir  professor  ―tısbağalar  belə  bizdə  —  Qərbdə 

musiqidən zövq alır‖ deyib öyünür və ―Şərqdə necə, belə 

əyləncələr  təcrübə  edilirmi?‖  —  deyə  Azərdən  sual  edir. 

Azər  Avropanın  bu  əyləncələrini  azğınlıq,  qudurğanlıq 

adlandırıb,  parisli  professora  bildirir  ki,  bu  azğınlığın 

Şərq  ellərinin  fəlakətləri  üzərində  qurulduğu  ona  çox 

yaxşı məlumdur: 

 

O məhsullu ġərqin halı pək səfil... 



Oylə yoxsul var ki, ot yeyib yaĢar. 

Fəqət burda yalnız insanlar deyil, 

Tısbağalar belə eĢqdən coĢar. 

...Hər zövqü bir acı bəslər düĢünsən? 

ĠĢtə Qərbin azğın səadətləri  

Qida alır ġərqin fəlakətindən.

2

 



(―Tısbağanın zövqü‖.) 

 

                                                 

1

 Yenə orada, səh. 602. 



2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 605. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə