Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə83/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

 

254 


tutmuş  pişxidmətə  qədər  sərvət  və  şöhrət  düşkünləri  ona 

quyu  qazmağa  hazırlaşırlar.  İkinci  tərəfdən  atası  Key- 

kavusun 

dözülməz  əxlaqsızlığı,  analığı  Südabənin 

şıltaqlığı  Səyavuşda  saray  həyatına  qarşı  dərin  nifrət 

oyadır.  O,  sarayın  ―faciələr  səhnəsi‖  olduğunu  gözü  ilə 

görür.  Bu  arada  Keykavusa  türk  xaqanı  Əfrasiyab 

ordularının sərhədi keçib, kəndliləri taladığı xəbəri  çatır. 

Düşmən  ordularını  geri  oturtmaq  Rüstəmlə  Səyavuşa 

tapşırılır.  Rüstəm  və  Səyavuş  saraya  nifrət  etsələr  də, 

vətəni  müdafiəyə  həmişə  hazırdırlar.  Onlar  ordu  ilə 

sərhədə yaxınlaşır, lakin burada sərkərdələr arasında qısa 

bir  toqquşmadan  sonra  aydın  olur  ki,  İran  kəndlilərini 

çapıb  talayanlar,  İran  ordusunun  öz  başçıları,  məmurlar 

və  yerli  talançılardır.  Bu  həqiqətin  şahidi  olan  Rüstəm 

nahaq 


qanların 

tökülməsinə  razı  olmur,  vuruşu 

dayandırır, sülh təklif edib saraya qayıdır. 

Səyavuş  bu  səfərində  eyni  zamanda  İran  kəndlilərinin 

ağır  həyatı  ilə  tanış  olur.  Yerli  məmurlar  kəndliləri  bir 

tərəfdən  ağır  zəhmət  şəraitində,  qamçı  gücü  ilə  qul  kimi 

işlədir,  ikinci  tərəfdən  kəndlilərin  var-yoxunu  talayırlar. 

Bu  zülmə  qarşı  kəndlilər  üsyan  edir.  Üsyançıların 

başında  kəndli  Altay  durur.  Səyavuş  el  anasının 

nəsihətinə  sadiq  qalaraq  məzlumları  müdafiə  edir, 

üsyançılara haqq qazandırır: 

 

Məzlumlara qarşı duyğusuz qalan 



Bir insandan daha şərəfli kaplan — 

—  deyə  məmurlara  nifrətini  bildirir,  üsyançı  Altayla 

dostlaşır. 

Rüstəm  saraya,  Keykavusun  yanına  gəlib,  Əfrasiyab 

orduları  ilə  sülhə  girişdiyini  ona  xəbər  verir.  Azğın, 

şöhrətpərəst  hökmdar  bu  xəbərdən  qəzəblənir.  Şah  ilə 

xalq  içərisindən  çıxmış  qəhrəman  arasında  olan  bu 

mübahisə  səhnəsi  dramaturqun  Rüstəm  surətini  nə 




 

255 


məqsədlə yaratdığını aydınlaşdırır. 

R ü s t ə m 

 

Haqsız qanlar axmasın deyə, 



Səyavuşla Piran gəldi bir rəyə. 

 

K e y k a v u s   (qızğın) 

 

Barışdılarmı?! 



 

R ü s t ə m 

 

Yersiz vuruşmanın mənası varmı? 



 

K e yk a v u s 

 

Xəyanət! Xəyanət! Alçaq xəyanət!.. 



...İştə ikiniz də qorxaq və miskin. 

Səyavuş da xain, Rüstəm də xain. 

 

R ü s t ə m 



 

Qorxaqmı, xainmi? Çirkin iftira!  

Dayanmaz insan şu təhqirə əsla. 

 

K e yk a v u s 



 

Rüstəm! 

 

R ü s t ə m 



 

Həddini bil, nə sandın məni? 

 

K e y k a v u s  




 

256 


 

Sus! Şöhrətin məğrur etməsin səni. 

 

R ü s t ə m  



 

Sakın, güvənmə çox taxtü tacına! 

 

Keykavus  hər  iki  qəhrəmandan  intiqam  alacağını 



bildirir. Rüstəm buna cavab olaraq: 

 

Artıq mənə oldu əyan: 



Cənnət imiş Zabilistan. 

Dönməliyəm əski yurda, 

Namus, şərəf həpsi orda

1

 — 



 

—  deyə  sarayı  nifrətlə  tərk  edib  Zabilistana  gedir, 

Səyavuşa  da  xəbər  göndərir  ki,  atasının  qəzəbinə  düçar 

olmamaq  üçün  dayısı  Əfrasiyabın  yanına  getsin.  Səyavuş 

Rüstəmin sifarişini eşidib, 

 

Saray aləminə məndə yox həvəs  



Həpsi qanlı məhbəs, parlaq bir qəfəs — 

 

— deyirsə də,  ölümdən  yaxa qurtarmaq üçün  yenə dayısı 

Əfrasiyabın  yanına  getməli  olur.  Yolda  o,  ova  çıxmış 

qızlar  sırasında  dayısı  qızı  gözəl  Firəngizə  rast  gəlir. 

Gənclər  bir-birini  sevirlər.  Əfrasiyab  əvvəlcə  Səyavuşu 

təntənə  ilə  qarşılayıb,  ona  sarayda  yüksək  rütbə  təklif 

edir. Səyavuş isə: 

 

İstəməm, sadəlik xoşdur mənimçin, 



Gözüm yoxdur mənim, heç bir rütbədə — 

 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 434-435. 




 

257 


—  deyə  cavab  verir.  Firəngizin  təmiz  məhəbbəti  ona  hər 

şeydən  yüksək  görünür.  Lakin  çox  çəkmir  ki,  burada  da 

saray  çəkişmələri  başlanır.  Turan  ordusunun  sərkərdəsi 

Gərşivəz  Səyavuşun  qəhrəmanlığını  və  şöhrətini  görüb, 

onu aradan çıxarmağı, xəyanətlə məhv etməyi qərara alır. 

Burada Səyavuşa Çin sərhədində böyük bir vilayəti üsyan 

bürüdüyünü, 

əhalinin 

al-qan 

içində 


çırpındığını 

söyləyirlər.  Üsyanı  yatırmağı  ona  təklif  edirlər.  Səyavuş 

qan  tökülməsinin  əleyhinə  olduğundan,  həmişə  sülh, 

əmniyyət  tərəfdarı,  məzlumlar  tərəfdarı  olduğundan  bu 

təklifi  qəbul  edib,  üsyanı  yatırmaq  üçün  Çin  sərhədinə  gəlir. 

Burada  aydın  olur  ki,  vilayəti  al-qan  içində  boğan  üsyançılar 

deyil  vilayətin  azğın  valisi  və  onun  talançı  məmurlarıdır. 

Onların  xəyanəti  nəticəsində  ölkəni  dar  ağacları  bürümüş, 

aclıq,  yoxsulluq,  səfalət  kəndliləri  əldən  salmışdır.  Çin 

xaqanının  zülmündən  qaçan  yoxsul  Çin  kəndliləri  ilə  türk 

kəndliləri  birləşib  üsyan  bayrağını  qaldırmışlar.  Altay  burada 

da üsyançıların başçısıdır. Üsyançı  kəndlilər  – çinli və türklər 

cinayətkar  valinin  üstünü  almışdır,  Altay  ona  ölüm  fitvası 

oxuyur: 


 

Yetər, çıldırdınız, ―hökumət‖ deyə, 

Evləri yıxdınız, ―ədalət‖ deyə. 

Məzlumlar qanından badə sondunuz, 

Qarğa-quzğun kimi leşə qondunuz. 

―Qanun‖ deyə doğru yoldan caydınız, 

Xalqın namusunu heçə saydınız. 

Aldıqları nəfəs zəhərli ahlar

Qidasız çocuqlar ot yeyib yaşar. 

Söylə öyündüyün ədalət bumu? 

Hökumət dediyin rəzalət bumu?!

1

 



 

Səyavuş  həqiqəti  bilib  Altayla  birləşir,  üsyançıları  müdafiə 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri. səh. 462-463. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə