Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə86/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

 

265 


 

Lakin  nə  kitab  alan  var,  nə  də  Xəyyamın  sözlərinə  qulaq 

asan.  Bazarda  köhnə  yoldaşları  Rəmzi  və  Xərabati  Xəyyamı 

tapır.  Onlar  əvvəlcə  dostlarını  tanımırlar.  Sonra  tanıyınca 

―Böyük  şairə  çətinliklər  çox  üz  verə  bilər‖  deyə  ona  təsəlli 

verməyə  çalışırlar.  Xəyyam  onlara  anladır  ki,  onu  üzən, 

düşündürən  maddi  çətinlik  deyil,  sözünün,  sənətinin 

qiymətləndirilməməsi,  cahil  müftilər,  şeyxlər  tərəfindən  təqib 

olunmasıdır: 

 

Şairmi? Sakın, duyduğum ilhamı duyan yox! 



Şeirimdəki əsrarı bilən yox. 

Yox oxşayacaq ruhimi bir cüzi səadət

İzlər məni hər dürlü fəlakət. 

Gənc ömrümü atəşli tikanlar gəmirirkən, 

Üsyan edərim varlığa birdən... 

 

Şair  dostlarına  bildirir  ki,  həqiqəti  söylədiyinə  görə  nəinki 



cahillər,  anlamazlar,  hətta  anlayanlar,  qananlar  da  ondan  üz 

çevirmişlər. 

Bu pərdədə də dramaturq yenə təsirli bədii təzad yaradır. Bir 

tərəfdən  musiqi  səsləri  ucalır.  Alp  Arslan  qələbə  ilə 

müharibədən  qayıdır,  ikinci  tərəfdən  əsarətdə  yaşayan 

zəhmətkeşlərin  ah-naləsi  göylərə  yüksəlir.  Üsyan  edən 

kölələrin  və  yoxsul  kəndlilərin  başçısı  Yusifi  qolları  zəncirli 

gətirirlər. Yusif tezliklə edam ediləcəkdir. 

Cavid  1930-37-ci  illərdə  yazdığı  bir  sıra  başqa  əsərlərində 

olduğu  kimi,  bu  əsərdə  də  kəndli  üsyanı  qəhrəmanı  surətini 

yaratmışdı.  Bu  səhnədə  Sevda  da  saray  qızları  ilə  bərabər 

gəzməyə  çıxmışdır.  Lakin  onun  diqqətini  müharibədən  qələbə 

ilə  dönən  Alp  Arslanlar  deyil,  pərişan  saçlı  şair  Xəyyam  cəlb 

edir.  Sevda  kimsədən  çəkinmədən  camaat  arasında  Xəyyamı 

axtarır.  Saray  qızları  bu  ehtiyatsızlığa  görə  onu  danlarkən 

Sevda qətiyyətlə cavab verir: 




 

266 


 

Sus, onda fəzilət var

Qüvvət və cəsarət var. 

Çırpınmada, bax, könlüm, 

Bilməm ki, nə hikmət var? 

 

Xəyyamın  tələbə  yoldaşlarından  Əbülqasım  Nizamülmülk 



öz  biliyi,  bacarığı  sayəsində  sarayda  böyük  vəzifəyə  çatcaq, 

dostu  Xəyyamı  yanına  çağırıb,  ondan  nə  umduğunu  soruşur. 

Xəyyam çox sadə bir töhfə – bir  əkin yeri, bir də bağça istəyir. 

Nizamülmülk  Xəyyamı  Alp  Arslana  təqdim  edir.  Bu  məclisdə 

Sevda  mənalı  şeirlər  oxuyur.  Şeirlərdən  xoşu  gələn  hökmdar 

Sevdanın bütün arzularını yerinə yetirməyə söz verir, ondan nə 

istədiyini soruşur. Sevda əvvəlcə: 

 

Söylənən şeiri yaratmış Xəyyam, 



Könlüm ancaq alır ondan ilham. –  

 

– deyib, sonra ürəyindən keçəni açıb söyləyir: 



 

...Əmr edin şən könlünü şair mənə versin. 

 

Hökmdar məcburiyyət qarşısında qalıb, razılıq verir. 



Xaqan  sonra  Xəyyamdan  nə  istədiyini  soruşur.  Xəyyam 

kəndli  üsyanı  başçısı  Yusifin  azad  edilməsini  xahiş  edir.  Alp 

Arslanın  əmri  ilə  kəndli  üsyanı  başçısı  Yusifi  gətirib, 

qollarından zənciri açırlar. Lakin Yusif tamamilə başqa biçimli 

bir  adamdır.  O  yalnız  öz  azadlığını  deyil,  əsarətdə  yaşayan 

bütün  kəndlilərin,  kölələrin  azadlığını  düşünür.  Hökmdarın 

mərhəmətini  nifrətlə  qarşılayan  Yusif  cəsarətlə  onun  bütün 

zülmkarlığını, xəyanətlərini üzünə deyir: 

 

Sən iştə zəhər kasələrindən səhər-axşam 



 

Sondun bizə badə. 




 

267 


Evlər təməlindən yıxılıb, qalmadı bir dam, 

 

Sən etdin iradə. 



Var-yox getdi, o bayquş xilafətə. 

 

Qoydun bizə minnət. 



         (Acı qəhqəhələrlə) 

Onlar nə verirlər sənə? Əfyunlu hədiyyə 

 

Zəm-zəm suyu, cənnət... 



Yıprandı xurafat ilə başlarda beyinlər, 

 

Sənsən buna rəhbər. 



Xırsızlara olduq kölə, yetməzmi səfalət? 

 

Bitməzmi bu zillət? 



 

Hökmdar  cəlladı  səsləyib,  Yusifin  boynunu  vurmağı  əmr 

edir. Yusif isə ona imkan vermədən qoynundakı xəncəri çıxarıb 

Alp  Arslanı  öldürür.  Kəndli  üsyanı  qəhrəmanını  da  saray 

əyanları öldürür. 

Beləliklə,  başqa  səhnələrdə  olduğu  kimi,  bu  səhnədə  də 

dramaturq  kəskin  təzadlar  yaradır:  bir  tərəfdə  səmimiyyət, 

dostluq, yoldaşlıq, yaxşı insanların bir-birinin qeydinə qalması, 

bir-birini  müdafiə  etməsi,  məhəbbətin  insanları  birləşdirən 

böyük  qüdrəti,  şeir,  musiqi...  İkinci  tərəfdə  isə  bünövrəsi  zora 

istibdada əsaslanan qan və ölüm səhnələri... 

Bundan sonra gələn səhnələrin birində Xəyyam rəsədxanada 

elmi  tədqiqatla  məşğuldur.  O,  tələbələri  arasında  özünün 

izlədiyi  yeni  fəlsəfənin,  din-xurafat  əleyhinə  yazılmış  yeni 

şeirlərini  təbliğ  edir.  Başqa  bir  səhnədə  şair  ailədə  verilir.  O, 

sevgilisi Sevda və dostları ilə xoşbəxtdir. Lakin bu səadət uzun 

sürmür. Sarayda hakimiyyət uğrunda qanlı çəkişmələr başlanır, 

şöhrət,  mənsəb  düşkünü  Həsən  Səbbah  Alp  Arslanın  oğlu 

Məlik şahı və onun vəziri Nizamilmülkü öldürməyə hazırlaşır. 

Fanatik  müftilər  və  şeyxlər  Xəyyamın  xalq  arasında  nüfuzunu 

qırmaq üçün fitnələr hazırlayırlar. Gənc Sevda bu fitnə-fəsadın 

ilk  qurbanı  olur.  Həsən  Səbbahın  Nizamülmülkü  zəhərləmək 

üçün  hazırladığı  zəhərləmək  üçün  hazırladığı  zəhər  kasasını 



 

268 


bilmədən Sevda içir və dərhal şam kimi sönüb gedir. Xəyyamın 

şairanə ömrünün şən çağları da bununla bitmiş olur. 

Dramın  yeddinci  səhnəsi  ―Hamlet‖  faciəsinin  qəbristanlıq 

səhnəsini  xatırladır.  Qəbirqazanlar  hərə  öz  külüngünə  rast 

gələn qafa tasını götürüb onun sahibinin sağ ikən tutduğu alçaq 

əməllər  haqqında  məlumat  verir.  Bu  quru  kəllələrin 

sahiblərinin  biri  sözgəzdirən,  aravuruşduran,  hiyləgər  tülkü, 

biri xəsis, biri mömin və sair imiş... 

 

Birinci məzarçı 



 

Biri ölməzsə dirilməz birisi 

Yoxdur ömrün sonu, yaxud gerisi. 

Olsa kurnaz nə qədər bir tülkü

Boğazından çıxacaqdır dərisi... 

 

(Torpaqdan çıxardığı qafa tasını süzərək bir yana atar) 

 

Haydı rədd ol buradan, kirli qafa! 



 

İkinci məzarçı 

 

Söylə, anlat o kimindir, əcəba? 



 

Birinci məzarçı 

 

Bu hərif varlı bir axmaqdı, xəsis, 



Nazlı bir yosmaya olmuşdu ənis. 

Yetişib var-yoxunu oynaq qadına, 

Yedirir hər gecə oynaşlarına. 

 

İkinci məzarçı 



 

(Bir əyri fəqərə sütunu gəmiyini çıxararaq gülür) 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə