Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə77/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   73   74   75   76   77   78   79   80   ...   97

 

236 


aldadıcı  bir  şüar  kimi  uydurulmuş  yalançı  tərksilah 

sayıqlamaları 

arxasında 

bəşəriyyəti 

yeni 

qanlı 


müharibələrə  sövq  edəcək  gizli  dəhşətli  bir  müharibə 

planı durur: 

 

Gərçi bu gün kapitalizm ―sülh‖ arar,  



Hər salondan doğar yeni bir şüar. 

―Tərki-silah!‖ nəğmələriylə ancaq  

Məzlumlara qarşı qurulur duzaq. 



 

Kəşf olunur hər gün zəhərli qazlar, 

Yarın bilinməz kim kimi boğazlar.

1

 

(―Rəssamın qızı‖.) 



 

Yeni  müharibə  təhlükəsini  duyduğu  üçündür  ki,  Ca- 

vid  hələ  şahidi  olduğu  birinci  imperialist  müharibəsinin 

vurduğu  yaraların  sağalmadığından,  axıdılan  nahaq 

qanların  hələ  tamamilə  qurumadığından,  müharibənin 

bədbəxt etdiyi  insanların faciəli həyatından da həyəcanla 

yazırdı.  Şair  bu  dəhşətli  zamanların  bir  daha  geri 

qayıtmaması  üçün  xalqları  yeni  müharibə  fitnəkarlığına 

qarşı  mübarizəyə  çağırırdı.  ―Azər‖də  “Rəssamın  qızı‖, 

―Vəhşi  qadın‖,  ―Əsgərlər  təlim  keçirkən‖  kimi  parçalar 

bu  mövzuya  həsr  edilmişdi.  Şair  Azəri  birinci  dünya 

hərbinin  unudulmaz  yaralarını,  müharibə  dəhşətlərini 

göstərən  müxtəlif  hadisələrdən  keçirib,  qəhrəmanının 

ədalətsiz müharibələrə qarşı nifrətini əks etdirirdi. 

Budur,  Azər  keçmişləri,  keçmiş  rəssamların  yara- 

dıcılığını  əks  etdirən  bir  ümumdünya  rəsm  sərgisindədir. 

Burada  Rafaelin  ―Madonna‖sından  tutmuş  çoxlu  klassik 

rəsm  əsərləri  göstərilir.  Lakin  sərgiyə  gələnlərin  və 

birinci  növbədə  Azərin  diqqətini  bu  rəsmlərdən  daha  çox 

canlı  bir  insanın  gözəlliyi,  bohemiyalı  bir  rəssamın  on 

                                                 

 Duzaq – cəhənnəm. 



1

 H.Cavid. Seçilmiş əsərləri. səh. 594. 




 

237 


səkkiz, on doqquz  yaşlarında qızı Elza cəlb edir. Elzanın 

atası  gözəl  bir  sənətkar  olmaqla  bərabər,  mübariz, 

vətənpərvər bir insan, bir ictimaiyyətçi imiş; o, müharibə 

illərində  öz  xalqını  imperialist  müharibəsi  əleyhinə 

mübarizəyə  çağırdığı  üçün  hökumət  tərəfindən  edam 

edilmişdir. Atasının ölüm xəbərini eşidən 8 yaşlı Elzanın 

o  zamandan  dili  tutulmuş  və  o  gündən  bəri  qızcığazda 

müharibəyə,  yırtıcı  hərbilərə  qarşı  dərin  bir  nifrət  əmələ 

gəlmişdir.  Gənc  bir  zabit  Elzaya  aşiq  olmuşdur.  Gecə- 

gündüz  onun  ardınca  düşür,  yalvarıb  yaxarır,  məhəb- 

bətinə  qarşılıqlı  cavab  istəyir;  lakin  Elza  onun  mə- 

həbbətini ancaq qəzəbli baxışlarla qarşılayır. Çünki qızda 

ümumiyyətlə hərb adamlarına nifrət vardır. 

Azər düşünür ki, yeni dövrün yeni sənətkarları üçün bu 

qəmli  hadisə  ən  mənalı  mövzulardan  biri,  dünya  sənət 

sərgisinin  ən  qiymətli  əsərlərindən  biridir.  Üç  nəfər 

rəssamın  əllərində  fırça  sərgi  salonunda  ancaq  Elza  ilə 

məşğul  olmaları,  qanlı  vuruşların  şikəst  etdiyi  bu  qızın 

surətini  yaratmağa  çalışmaları  Azərə  çox  xoş  təsir 

bağışlayır,  onun  gözləri  qarşısında  hərb  əleyhinə  çıxan 

mübariz 

sənətkarın,  bohemiyalı  rəssamın  heykəli 

canlanır.  Azər  rəssamın:  ―Hərbə  qarşı  hərb,  qanlı 

vuruşmalara  qarşı  üsyan  edin,  qılıncları  oraq  yapın‖  — 

deyən  gur  səsini  yenidən  eşidir  kimi  olur.  O,  bohemiyalı 

sənətkarın  müharibəyə  qarşı  tutduğu  yolu  ən  doğru  yol 

hesab  edib,  yeni  nəsli  yeni  müharibə  fitnəkarlarına  qarşı 

amansız olmağa çağırır: 

 

Hənuz dünkü qanlar qurumamışkən, 



Yeni bir hərb üçün planlar çəkən  

Vəhşi diplomatlar, quduz nazirlər, 

Azadlıq yerinə zindan hazırlar.  

O paslı zəncirlər qırılmadıqca  




 

238 


Dar gələcək insanlara bu dünya!

1

 

(―Rəssamın qızı.‖)

 

 



 

―Vəhşi  qadın‖da  Azər  birinci  dünya  müharibəsinin 

daha  dəhşətli  bir  nəticəsi  ilə  qarşılaşır.  O,  meşədə  qəm-

qüssədən  cəsədə  dönmüş,  saçları  dağınıq,  çılpaq  bir 

qadına  rast  gəlir.  Bu  qadının  keçən  müharibədə  yaşadığı 

kənd  alt-üst  olmuş,  evi  yanmış,  ailəsi  dağılmış,  vəhşi 

hərbçilər  sevimli,  körpə  qızcığazını  oda  atıb  yandırmış, 

oğlunu gözü qarşısında parça-parça doğramışlar... 

Azər  sülh  tərəfdarıdır.  O  hər  yerdə,  ―Sizi  mən  sülhə 

eylərəm  dəvət‖  deyib  çırpınır.  Lakin  o,  böyük  bir 

həqiqəti  də  dərk  etmişdir  ki,  hər  zaman  və  hər  yerdə 

sadəlövhcəsinə  hər  cür  müharibə  və  mübarizəni  pis- 

ləmək  olmaz.  Azər  ədalətsiz  müharibələr  əleyhinədir  O, 

möhkəm  inanmışdır  ki,  xalqlar  bu  müharibələrə  son 

qoymaq  üçün,  dünyanın  hər  yerində  müharibə  fitnəkar- 

larının kökünü kəsmək üçün mübarizə aparmalıdırlar. 

―Əsgərlər  təlim  edərkən‖  parçasında  Azər  bir  neçə 

səthi  düşüncəli,  passiv  sülh  tərəfdarlarına  rast  gəlir. 

Əsgərlərin  təlimini  seyr  edən  bu  adamların  biri  hər  cür 

silahlanmaq əleyhinə çıxaraq: 

 

İştə təlim olunur cəlladlıq, 



Yazıq insandakı vicdana, yazıq! — 

 

—  deyib  sızlayır.  Biri  müharibəyə  qarşı  köhnə  mərdüm- 

girizlik fəlsəfəsi təbliğ edir, bir başqası: 

 

Ah, nə xoşdur əbədi sülh olsa, 



Bəşəriyyət acıdan qurtursa — 

 

—  deyib  sülhün  öz-özünə  başa  gələ  biləcəyi  haqqında 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 594. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə