Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə78/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

 

239 


xam  xəyallar  bəsləyir.  Azər  əbədi  sülhün  əsil,  düzgün 

yolunu  anlamayan  bu  xəyalpərvərlərə  gülür,  sülh  və 

əmniyyətin  ancaq  mübarizə  yolu  ilə  mümkün  olacağını 

söyləyir.  O,  sülh  haqqında  köhnəlmiş  fikirlərə  belə  bir 

mənalı yekun vurur: 

 

Dedilər: zülmə qarşı durma, əyil! 



Dedilər: hərbə qoş ya əz, ya əzil! 

Mən dedim: həpsi laf, inanma, saqın! 

Rəhbər olsun da qüvvətin, ağlın. 

Yeri gəldikcə sülh üçün çapala. 



 

Oylə yer var ki, hərbi aqlışla. 

Quzu gördünmü, sev, o kin bilməz. 

Canavar qarşı gəlsə, parçala, əz!

1

 

(―Əsgərlər təlim edərkən‖.) 

 

―Azər‖  dastanının  əhəmiyyəti,  hər  şeydən  əvvəl,  on- 



dan ibarət idi ki, bu əsərlə Cavid sovet həyatı ilə inqilabi 

ideyalarla  ruhlandığını  göstərmiş,  çox  mürəkkəb  olan  öz 

sənət  dünyasında  yeni  aləmlə  qaynayıb-qarışmağa 

başladığını  sübut  etmişdi.  Azərin  bəyəndiyi,  qəbul  və 

təbliğ  etdiyi  yeni  ideyalar  onun  müəllifinin  bəyəndiyi 

ideyalar idi. 

Sovet  Azərbaycanının  yeni  cəmiyyət  quran  inqilabçı 

nəsli  bu  əsərin  qəhrəmanı  Azərin  öyündüyü,  fəxr  etdiyi 

əsas  qüvvədir.  Azər  çox  aydın  başa  düşür  ki,  bu  qüdrətli 

gəncliyə  ruh  verən,  qanad  verən  sosialist  inqilabı 

olmuşdur. Bu inqilabın son qələbəsi uğrunda böyük əzm- 

lə  çalışan  insanlar,  yeni  nəslin  tərbiyəsi  ilə  məşğul  olan 

sadə  kənd  müəllimləri,  yeni  nəğmələr  bəstələyən  el 

aşıqları  azad  həyata  qoşulan  qızlar,  gəlinlər,  yeni 

cəmiyyətə  öz  köməyini  əsirgəməyən  bütün  namuslu  və- 

təndaşlar  Azərin  yaxın  həmdəmləri,  sirdaşlarıdır. 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 585. 




 

240 


həmçinin  Şərq  ellərinin  azad  gələcəyi  uğrunda  impe- 

rializmə  qarşı  vuruşan,  müstəmləkəçiliyin  zülmündən 

xilas  olmaq  eşqi  ilə  yaşayan  hər  bir  yeni  ruhlu  misirli, 

hindli  və  ya  cənubi  azərbaycanlı  onun  ən  yaxın 

dostlarıdır;  öz  ölkələrində  burjua  istismarına  qarşı  çıxan 

hər  bir  almaniyalı  fəhlə,  bohemiyalı  rəssam  onun  yaxın 

məsləkdaşdarıdır. 

Ən  əhəmiyyətlisi  budur  ki,  Cavidin  bu  yeni  qəhrəma- 

nı  dostları  yaxşı  müəyyən  etdiyi  kimi,  düşmənləri  də 

aydın  müəyyən  edə  bilmişdir.  O,  mücərrəd  məhəbbət, 

vicdan  fəlsəfəsi  yolu  ilə  getmir,  sevməklə  bərabər,  nifrət 

etməyi  də  bacarır.  Azərin  nifrət  etdiyi  adamlar,  onun 

düşmənləri Sovet  Azərbaycanının inkişafına  əngəl olmaq 

istəyən  köhnəpərəst  avamlar,  köhnə  xurafat,  mövhumat 

təbliğatçısı  olan  şeyxlər,  vaizlər,  dərvişlər,  keçmiş 

müstəmləkə  Azərbaycanını  geri  qaytarmağa  çalışan 

―pambıq  atan‖,  ―halva  satan‖  milyonerlərdir.  Beynəlxalq 

həyatda  isə  onun  düşmənləri,  fəhlə  sinfinin  qanını  soran 

şişman  sərmayədarlar,  yalançı,  satqın  sosialistlər, 

məzlum  Şərq  xalqlarını,  Misiri,  Hindistanı,  Cənubi 

Azərbaycanı  əsarətdə  saxlayan  müstəmləkəçilər,  azğın 

müharibə  fitnəkarları  idi.  Azərin  nifrət  etdiyi  mürtəce 

qüvvələr bunlar idi!.. 

Əsərin  bir  parçasında  Azər  yeniliyə  xor  baxan,  geridə 

qalmış köhnələri tənqid edirkən: 

 

Bizlər yeniləşsək belə, daim, 



Bir əskilik az-çox bizə hakim — 

 

—  deyə  səmimi  bir  etiraf  edir.  Romantik  qəhrəmanın  bu 



etirafı  qismən  şairin  də  səmimi  etirafı  sayıla  bilər. 

Həqiqətən,  ―Azər‖də  bəzi  zəif  cəhətlər  hiss  olunurdu. 

Bununla bərabər bütünlüklə götürüldükdə ―Azər‖ Cavidin 

yaradıcılığında və görüşlərində çox ciddi, təqdirəlayiq bir 




 

241 


dönüşün  yarandığını  açıq-aydın  sübut  edirdi.  Bu  dönüş 

Cavidin  həmin  dövrdə  fəhlə  sinfinin  qüdrətinə  inanması, 

yeni,  xoşbəxt  cəmiyyət  quruluşu  işində  bu  sinfin  böyük 

tarixi rolunu dərk etməsi ilə başlamışdı. 

Cavidin  fəhlə  sinfinə  məhəbbəti,  inamı  ―Çəlik  qollar‖ 

və  ya  ―Bakı  işçilərinə‖  ithaf  etdiyi  şeirdə  də  çox  aydın 

əks olunmuşdu: 

 

Onlar, o çəlik qollar, o qollardakı qüvvət  



Saçmaqda quduz kin ərə dəhşət, 

Yox bir daha görməz o çəlik qolları zəncir,  

Çıldırsa da hər qanlı cahangir. 

Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın!  

Düşmənləri daim heçə saydın. 

Qoş sülhə, çalış aləmə qüvvətlə işıq ver,  

Çarpışmaq üçün əzmini göstər. 

Ey şanlı əmək ordusu, ey şanlı mübariz! 

Çoxlar səni zənn etsə də aciz. 

Sən yüksələcək, parlayacaqsan,  

Hər qütbə şətarət qatacaqsan. 

 

―Azər‖  hissə-hissə  nəşr  edildiyi  zaman  sovet  tənqidi 

bu  əsəri  fərəhlə  qarşılamışdı.  Oxucuların  və  tənqidin 

rəğbəti  şairin  yaradıcılıq  ilhamını  daha  da  coşdurub,  onu 

―Azər‖ kimi yeni əsərlər yazmağa ruhlandırırdı.  

 

2. ―KNYAZ‖ 

 

1930-1937-ci  illər  Cavid  yaradıcılığının  ən  məh- 



suldar  dövrü  idi.  Bu  yeddi  il  müddətində  şair  ―Azər‖dən 

əlavə  ―Knyaz‖,  ―Telli  saz‖,  ―Səyavuş‖,  ―Şəhla‖,  ―İblisin 

intiqamı‖  və  ―Xəyyam‖  dramlarını,  habelə  bir  çox  lirik 

və epik şeirlər yazmışdır. 

Bu  əsərlərdə,  hər  şeydən  əvvəl,  Cavidin  görüşlərində, 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə