Azərbaycan mühacirət nəsri
93
ranmasının xarakterik cizgilərini əslinə yaxın bir şəkildə
təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və
anladığı «Stalin»lərin qarşılaşdırılmasında, şübhəsiz,
böyük bir fayda vardır» (86, s. 11).
Göründüyü kimi, M.Ə. Rəsulzadənin sözü gedən
xatirələri qələmə almaqda və onları geniş oxucu kütlə-
sinə təqdim etməkdə məqsədi özünün bilavasitə iştirak-
çısı olduğu siyasi proseslərin və Stalinlə şəxsi görüşləri-
nin təsviri fonunda bir daha stalinizmin, sovet totalita-
rizminin əsl simasını göstərmək, onun antibəşər mahiy-
yətini ifşa etmək olmuşdur. Ona görə bir daha deyirik
ki, M.Ə. Rəsulzadənin zəngin publisistik irsində stali-
nizmin, totalitar sovet rejiminin mənfurluğunu əks et-
dirən örnəklər bu əsərə qədər də yetərincə idi. Lakin si-
yasi publisistikadan fərqli olaraq, memuar ədəbiyyatı,
konkret olaraq xatirə janrı müəllifə problemə başqa yön-
dən yanaşmaq, onu bədii tədqiqatın predmetinə çevir-
mək imkanı verir. Odur ki, bədii yaradıcılıq təcrübəsi
olan M.Ə. Rəsulzadə qələmini bu janrda da sınamış və
müvəffəq olmuşdur.
Burada yeri gəlmişkən, «Stalinlə ixtilal xatirələri»-
nin janrı barədə elmi ədəbiyyatda mövcud olan müəy-
yən fikir ayrılıqları üzərində dayanmağı zəruri sayırıq.
Məsələn, prof.Şamil Qurbanova görə, «...Stalin haqqın-
da yazılmış bütün elmi və publisistik yazıların, qeydlə-
rin hamısından fərqlənən» bu əsəri «bəlkə də xatirə ad-
landırmaq düz deyil. Bu, Stalin tərəfindən törədilən fə-
lakətlərin və ümumiyyətlə, əsrimizin kommunist ideolo-
giyası ilə bağlı olan hadisələrinin siyasi salnaməsidir»
(31, s. 104). Fəlsəfə doktoru Əbülfəs Qarayev bu əsərlə