Azərbaycan mühacirət nəsri
89
xilaskar kimi təntənə ilə qarşılamışdılar. Onlar alman-
lara qarşı özlərinə xas ənənəvi qonaqpərvərlik və nəza-
kət göstərir, almanlar da yerli əhaliyə münasibətdə libe-
ral siyasət yeridirdilər; dağlıların daxili işlərinə müda-
xilə etmir, adət-ənənələrinə hörmətlə yanaşır, bolşevik-
lərin yasaq etdikləri milli və dini bayramlarını keçirmə-
lərinə mane olmur, əksinə, özləri də məmnuniyyətlə bu
şənliklərə qatılırdılar. Lakin rus əsarətini rədd edən dağ-
lılar hər hansı bir şəkildə alman ağalığı ilə də barışmaq
niyyətində deyillər. Rus bolşevizminin və alman faşiz-
minin taktiki gedişlərinə, riyakarlığına rəğmən, dağlılar
milli istiqlal məsələsində sona qədər səmimi və güzəşt-
siz mövqe tuturlar.
Diqqətəlayiq haldır ki, «Onlar türklərdi» əsərinin
əsas ifşa hədəfi rus bolşevizmi, Stalin diktaturası olsa
da, müəllif yeri gəldikcə, alman faşizminin də eybəcər-
liklərini, antihumanist mahiyyətini göstərməkdən sərf-
nəzər etməmişdir. Əsirlərlə rəftarda, digər millətlərin
nümayəndələrinə münasibətdə, məhkum xalqların haq-
larını, o cümlədən milli istiqlal haqlarını tanımamaqda,
türk birliyindən çəkinməkdə nasistlər heç də bolşevik-
lərdən fərqlənmirlər. Bu məqam əsərdə həm ayrı-ayrı
hadisələrin fonunda, həm də obrazların nitqində, ifadə-
lərində əks olunur. «Elbrus ağlayır» fəslində Nigar cəb-
hədə gördüklərini nəql edərkən almanların davranışları-
na, münasibətlərinə də toxunur: «Cəbhənin hər tərəfində
törənlə istiqbal ediləcəyimizi bəkliyorduq. Sadədilliyi-
mizi görüyormusunuz? Biz öylə zənn ediyorduq ki, Av-
ropa mədəniyyətinin yüksək müməssilləri bizi birər kö-
nüllü fərari gibi təbrik edəcək, hətta bizim könüllərimizi