Azərbaycan mühacirət nəsri
83
baycan milliyyətçilərinin əziz xatirəsini yaşatması, digər
tərəfdən isə, bolşevizmin insanlığa zidd mahiyyətini
konkret faktlarla açıqlaması, müəllifin özünün təbirincə
desək, bu rejimin «əski çarlıq rejimi kimi bir zülm və
vəhşət idarəsindən ibarət olduğunu bütün çılpaqlığı ilə
meydana çıxarması» (57, № 6) ilə əhəmiyyətli olmaqla
yanaşı, çağdaş dövrümüz üçün də aktualdır. Belə ki, bu
gün planetimizdə Solovkilərin daha «modern» və daha
dəhşətli modelləri mövcuddur.
***
Azərbaycan mühacirət nəsrində «düşərgə mövzu-
su»nun bədii-estetik cəhətdən daha mükəmməl işlənil-
məsi baxımından Abay Dağlının
«Onlar türklərdi»
əsəri səciyyəvidir. A. Dağlının mühacirət dövrü yaradı-
cılığına həsr etdiyimiz monoqrafiyada (16) onun tərcü-
meyi-halını verdiyimizdən, burada təkrara lüzum gör-
mürük.
«Onlar türklərdi» kitabını A. Dağlı 1951-ci ildə An-
karada Rana imzasıyla çap etdirmişdir. Həmin imzanın
A. Dağlıya məxsusluğu onun «Əsir ruhlar» kitabına mü-
hacir ədəbiyyatşünas və sənətşünas Mustafa Həqqi
Türkəqulun yazdığı ön sözdən bəlli olur. Xocası və dos-
tu A. Dağlının rus imperializminə qarşı dönməz müba-
rizlərdən olduğunu vurğulayan M.H. Türkəqul qeyd edir
ki, «almanların məğlubiyyətləri ilə nəhayətlənən İkinci
Dünya hərbindən sonra türklüyün son qalası və ümidga-
hı olan hürr və müstəqil Türkiyəmizə qovuşan Abay
Mirzə «Onlar türklərdi» adlı 20-ci əsr köləlik diyarı olan
Sovetlərin «Buzlu cəhənnəm» deyə adlandırılan Sibir-