Azərbaycan mühacirət nəsri
87
«Onlar türklərdi» əsərinin bədii strukturunda mü-
hüm yer tutan Nadir, Kamran və Muradağa surətləri ilə
yanaşı, iki qadın soydaşımızın – Nigar və Həmidənin də
obrazları özünəməxsus bədii funksiya daşıyır. Nigar Na-
dirin, Həmidə isə Kamranın həyat yoldaşıdır. Ərləri Si-
birə sürgün edilən hər iki qadın bolşevik rejiminə qarşı
mübarizəyə qərar verir və beləliklə də, konspirasiya
məqsədilə Nigar – Nadya, Həmidə isə Zinaida – Zinoç-
ka olur. Moskvada xüsusi kəşfiyyat kursunda təhsil alan
Nadya peşəkar casus qabiliyyətləri qazanır və burada
toplanılmış təcrübə sonradan sovet rejiminə qarşı müba-
rizədə ona çox gərəkli olur. Zinoçka isə tibb bacısı ixti-
sasına yiyələnərək, ərinin sürgün yerinə – Krasnoyarsk
diyarının Yeniseysk qəsəbəsinə yola düşür. Demək olar
ki, bütün əsər boyu bu iki qadının taleyini izləyən müəl-
lif onları müxtəlif dramatik vəziyyətlərdə təsvir edərək,
istiqlal mücadiləsinin cəsur sıra nəfərləri kimi səciyyə-
ləndirir və bütün mürəkkəb məqamlarda Nigar və Hə-
midənin ağıllı hərəkətləri, təmkinli davranışları Azər-
baycan – türk qadınına məxsus yüksək mənəvi keyfiy-
yətlərin təcəssümünə çevrilir.
Əsərin «Qanlı cəbhələrdə» adlı ikinci hissəsində so-
vet hərb sistemi, Kremlin velikorus şovinizminə söykə-
nən antitürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi
seçilmişdir. Müəllif burada Almaniya ilə müharibənin
sovet rejiminin çürüklüyünü, ideologiyasının qeyri-sə-
mimiliyini bütün çılpaqlığı ilə üzə çıxardığıqını, «kom-
munizm məmləkəti» adlandırılan SSRİ-nin mahiyyət
etibarilə rus imperiyasının davamı olduğunu xarakterik
hadisələr və obrazlarla canlandırır, yüz minlərlə soydaş