Azərbaycan mühacirət nəsri
75
M.B. Məhəmmədzadənin mühacirət həyatının lap
əvvəllərində qələmə aldığı «On dəfə öldürülən» heka-
yəsi bolşevik rejiminin antihumanist mahiyyətini bütün
çılpaqlığı ilə göstərən əsərlərdəndir. Mühacirət nəsrimi-
zin bizə məlum ilk mətbu örnəyi olan bu hekayədə
müəllif bolşevizmin əsas dayaqlarından birinin – «Çe-
ka»nın (rus dilində ЧК – Чрезвычайная Комиссия –
Fövqəladə Komissiya – N.C.) əcaib iş üslubunu bütöv-
lükdə həmin rejimin təbiətini bariz əks etdirən əlamət
kimi ifşa hədəfinə çevirir.
Mərkəzi bolşevik «Çeka»sı Azərbaycan daxilindəki
bütün şöbələrinə «Müsavat» dövründə (Azərbaycan
Xalq Cümhuriyyəti dövrü – N.C.) bolşeviklər əleyhinə
məqalələr yazan və təbliğat aparan milliyyətçi mühərrir
Əli Məhəmməd oğlunun tapılması və dərhal qətlə yeti-
rilməsi barədə əmrnamə göndərir. Hər tərəfdə axtarışa
başlayan çekistlər bütün Azərbaycan boyu Əli Məhəm-
məd oğlu adında qarşılarına çıxanların hamısını həbs
edib, istintaqa başlayırlar. Qısa müddət ərzində Çekanın
Gəncə, Qarabağ, Şəki, Lənkəran, Salyan, Şamaxı, Quba,
Qazax, Göyçay şöbələri (cəmi 9 şöbə) əməkdaşlarının
fədakarlığı sayəsində Əli Məhəmməd oğlunun tapılıb
qətlə yetirildiyi barədə Bakıya raport göndərirlər. Bir
neçə gün sonra isə Çekanın bütün yerli şöbələri Məkəz-
dən başqa bir məzmunda əmr alırlar: «Çoxdan bəri hər
tərəfdə aranılan proletar sinfinin düşməni, əks-ixtilalçı
Məhəmməd oğlu Əli Bakıda kəşf olunduğu və qətl edil-
diyi üçün başqa Əli Məhəmməd oğullarını sərbəst bura-
xınız» (74, s. 16).
Nikpur Cabbarlı
76
Beləliklə, bolşevik Çekası günahkar saydığı bir nə-
fəri tapıb cəzalandırana qədər şahidsiz – sübutsuz doq-
quz günahsız insanı da qanına qəltan edir. İnsanlara mü-
nasibətdə bu cür qəddar davranış isə humanist şüarlarla
hakimiyyətə gələn bolşeviklərin nəzərində insan həyatı-
nın nə qədər ucuz və əhəmiyyətsiz olduğunu göstərir.
Mirzə Balanın hekayə boyu oxucuya aşılamaq istədiyi
həqiqət də məhz budur.
***
B.E. Ağaoğlunun «Solovkidə gördüklərim» adlı
sürgün xatirələri müəllifin bolşevik rejiminin mənfurlu-
ğunu şəxsi müşahidələri əsasında ifşa etməsi ilə diqqətə-
layiqdir. Əsər Azərbaycan siyasi mühacirətinin mətbu
orqanı olan «Bildiriş» (İstanbul) qəzetinin 1930-cu il
2-15-ci saylarında (14 avqust – 13 ikinci teşrin (noyabr
– N.C.)) ardıcıl surətdə 14 təfriqədə yayınlanmışdır. Gö-
rünür, müəllifin Solovkinin keçmiş məhbuslarından ol-
duğunu nəzərə alan redaksiya təhlükəsizlik və konspira-
siya mülahizələri ilə onun şəxsiyyəti, tərcümeyi-halı ba-
rədə, müxtəsər də olsa, məlumat verməyi lazım bilmə-
mişdir.
M.B. Məhəmmədzadə də «Qəhrəmanlarımızın əsa-
rət dastanları» məqaləsində sözügedən əsər barədə bir
cümləlik qeydində B.E. Ağaoğlunun vaxtilə Solovkidə
sürgündə olduğunu, sonra qurtularaq mühacirət etdiyini
bildirməklə kifayətlənmişdir (76).
«Solovkidə gördüklərim»i çağdaş Azərbaycan ədəbi
dilinə qismən uyğunlaşdıraraq 2004-cü ildə Bakıda
«Günəş» nəşriyyatında çap etdirən Əli Şamilin müəllifin
Azərbaycan mühacirət nəsri
77
şəxsiyyətini müəyyənləşdirmək, onun barəsində məlu-
mat toplamaq üçün etdiyi cəhdlər də, təəssüf ki, nəticə
verməmişdir (1, s. 8).
Fil.e.d. Vilayət Quliyev rus dilində nəşr etdirdiyi
«Azərbaycan siyasi mühacirətinin Polşadakı irsindən
(XX əsrin 30-cu illəri)» kitabında (toplama, tərtib, ön
söz, müəllifləri haqqında məlumatlar və şərhlər)
B.E. Ağaoğlu barədə aşağıdakı müxtəsər bilgini verir:
Ağaoğlu B.E. (həmçinin Ağayev C.) – «Müsavat»
partiyasının fəal üzvü, həkim, 1920-ci illərdə siyasi ba-
xışlarına görə xüsusi təyinatlı Solovetsk düşərgəsində
saxlanılmışdır (98, s. 532).
Bu kitabda «Горцы Кафказа» jurnalının 1930-cu il
21-23-cü saylarında dərc olunmuş «Solovkidə vahid
cəbhə» yazısı da verilmişdir. B.E. Ağaoğlunun «Bildi-
riş» qəzetində işıq üzü görmüş xatirələrinə istinadən ha-
zırlanmış həmin yazıda da yalnız müəllifin 1925-1929-
cu illərdə Solovkidə sürgündə olduğu qeyd edilir.
Təəssüf ki, bu sətirlərin müəllifinin də B.E. Ağaoğ-
lunun şəxsiyyətini müəyyənləşdirmək üçün apardığı
araşdırmalar hələ ki, bir nəticə verməmişdir. Bununla
bağlı sorğularımıza Azərbaycan siyasi mühacirətinin
yaşlı və orta nəslinin nümayəndələri də cavab verə bil-
məmişlər.
B.E. Ağaoğlunun sürgün xatirələrinin təhlilinə keç-
məzdən öncə belə bir məqamı qeyd etmək vacibdir ki,
Əmin Abid hələ 1925-ci ildə qələmə aldığı və «Yeni
Kafkasya» dərgisində «Gültəkin» imzasıyla çap olun-
muş «Buzlu cəhənnəm» şeirini məhz bolşevik rejiminin
Nikpur Cabbarlı
78
Sibirə və uzaq Şimala – Solovki adalarına sürgün etdiyi
istiqlal mücahidlərimizə həsr etmişdi:
...Və Siz ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir-bir talenin gizli qolunda
Yürürkən bəxti də sürüyən gənclər!
Uzatınız bana siz əlinizi,
Təbrik edəyim mən, yigitlər sizi!
Baş əymədiniz siz haqq yeyənlərə,
Dediniz yaşamaz Azəri haqsız.
Sizi kəsmək üçün enən xəncərə,
«Hürriyyət istəriz» deyə yazdınız!
Səlamət yoludur getdiyiniz yol,
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir imanlı millət var yerinizdə.
Düşmən saldırsa da dörd qoldan sizə
Qorxmayın «qurtuluş pək mahal» deyə.
Biz də gəliyoruz o yoldan sizə,
İstiqlal, istiqlal... istiqlal deyə (68, s. 14).
M.B. Məhəmmədzadə bu şeirin «qəhrəmanlarımızın
əsir və məhkum vətəndə istilaya qarşı hürriyyət və istiq-
lal uğrunda savaşları və bu üzdən «buzlu cəhənnəmlərə»
sürülmələri təsiri altında yazıldığını»vurğulayaraq qeyd
edir ki, «Günlər keçdi, Vətəndə və mühacirətdə davam
edən istiqlal savaşı üzərinə «buzlu cəhənnəm»dəki savaş
da əlavə olundu. «Buzlu cəhənnəm»dən yavaş-yavaş xə-
bərlər gəlməyə başladı. Azərbaycan istiqlal davasının
böyük mücahidlərinin göstərdikləri cəsarət dastanları
Dostları ilə paylaş: |