Azərbaycan mühacirət nəsri
71
nilər kimi Leninin yanında yer almaqdır. Bunlar üçün də
hər şeydən öncə çox zəngin olmam lazım» (63, s. 115) –
sözləri onun xain və nankor xislətini bütün çılpaqlığı ilə
göstərməklə yanaşı, ermənilərin tarixi türk düşmənçili-
yini, xalqımıza qarşı soyqırımı planlarını da ifadə edir.
Həyatda qazandığı hər şeyə görə Bala Seyidə borclu
olan Ambarsum onun qızını və nəvələrini nəinki xilas
etmir, əksinə Bəyim Sultanı təhqir etməkdən, yumruqla
vurmaqdan belə çəkinmir, onu zorla Qurani-Kərimi sax-
ladığı qızıl sandığı təhvil erməyə məcbur edir. Bununla
da ürəyi soyumayan allahsız erməni qadının «bütün
cəhdlərinə, yalvarışlarına və göz yaşlarına baxmayaraq
ac canavarın bir anda dovşanı parçaladığı kimi Quranı
parça-parça edir», sonra isə kibritlə yandırır. Ambarsu-
mun qardaşı Mkrtıç isə bir an öncə rus əsgərlərinin tərə-
finə keçmişdi.
Lakin Böyük Bağbandakı qətliam Gəncə üsyanının
yatırılmasından sonra azərbaycanlılara qarşı törədilən
soyqırımı ilə müqayisədə kiçik bir epizod təsiri bağışla-
yır. M. Altunbayın yazdığı kimi, «…o qanlı səhnələr, o
vəhşi və barbar hücumlar, gələcək qorxunc zülm və
ölümlərin, ağlagəlməz faciələrin yalnız başlanğıcı
imiş». Xatirələrin «Erməni vəhşəti», «Ulu rəbbim, sən
Lenini qəhr elə», «Ölülər, ölülər… ölülər» kimi fəsillə-
rində müəllif Gəncə qətliamının tükürpərdici səhnələrini
canlandırır: «Böyük faciə sokağın ortasındakı Ozan ca-
misindəydi. Ozan camisi yakılmış, qapısı və pəncərə
çərçivələri kömürləşib qalmışdı. Caminin açıq qalan qa-
pısı önündən keçərkən, duyduğumuz dəhşətdən qanımı-
zın çəkildiyini hiss etdik. Çünki caminin orta yerində
Nikpur Cabbarlı
72
yüzlərlə insanın yakılan, qovrulub qalan cəsədləri qor-
xunc bir mənzərə meydana gətirmişdi. Üst-üstə yığılan
insan skeletləri, kafatasları bir qətran qazanına batırıl-
mış çıxarılmış gibiydi» (63, s. 149-150). «Şəhərin kənar
məhəllələrindən birinə daldığımızda yeni bir faciəylə
qarşı-qarşıya qaldıq. Beynimi uyuşduran o qorxunc
mənzərə bugünkü kimi gözlərimin önündədir. Halbuki
mən o həzin, o qanlı mənzərədən qaçmaq, gördüklərimi
hafizəmdən silib atmaq üçün ömrümdən neçə illər verə
bilərdim. Girdiyimiz məhəllədə bütün sokaklar insan cə-
sədləriylə doluydu. Yüzlərlə deyil, minlərlə cəsəd… O
qədər ki, cəsədlərin üzərinə basmadan üç addım olsun
atmaq mümkün deyildi. Bütün bir məhəllə deyil, bəlkə
də bir kaç məhəllə camaatı bir araya gətirilərək qətl
edilmişlərdi. Öldürülənlər daha ziyadə qadınlar, qızlar,
çocuklardı. Üstəlik öldürülənlər canavarca parçalanmış-
dı. Bir qisim erkəklər çırıl-çılpak soyularak kurşunlan-
mıştı. Bir qisim qadınların isə burunları kəsilmiş, qulaq-
ları qoparılmış, gözləri oyulmuşdu. Şuradan-buradan
ayaqlarımızın altına yuvarlanan başlara basmamaq üçün
çırpınıyor, çığlıklar qoparıyorduk» (63, s. 155).
Bu dəhşətli mənzərələr erməni daşnaklarının, rus
bolşeviklərinin antibəşər xislətini bütün çılpaqlığı ilə
açıb göstərir. Xatirələrin «Ana bətninə qədər enən kin»
fəslində isə M. Altunbay erməni vəhşiliyinin daha bir
dəhşətli səhnəsini təsvir edir. 17 il Gəncədəki azərbay-
canlı ailələrindən birinin himayəsində böyüyən erməni
fürsət düşən kimi xain və nankor xislətini büruzə verir.
Ondan imdad diləyən hamilə qadına: «Atamın vəsiyyə-
tidir mənə. Türkün həm əkməgini yeyəcəksin, həm də
Azərbaycan mühacirət nəsri
73
əlinizə fürsət keçdiyi zamanlarda da, əsla acımaya-
caksın. Acıyacak olursanız, heç bir zaman Gəncəyə sa-
hib olamazsınız» (63, s. 171) – deyən abırsız erməni sü-
varisi mizraği ana bətninə sancmaqda bir an belə tərəd-
düd etmir.
M. Altunbayın xatirələrində ermənilərin vəhşiliyini
göstərən başqa bir məqam da əksini tapır: Gəncənin mə-
həllələri soyqırımı qurbanlarının cəsədləri ilə dolu ikən
beş-altı erməni gənci küçələrə çıxıb akkardeon çalır,
qətlə yetirilmiş insanların qohum-əqrəbasını söymək-
dən, təhqir etməkdən çəkinmirlər. Müəllifin ermənilərin
bu abırsız hərəkətləri ilə bağlı «bütün bu soysuz, ruhsuz
və əxlaqsız davranışlar içində ola bilmək üçün nasıl bir
canavar ruhuyla yaşamaq lazımdır?» (63, s. 151) sualı
əslində özündə cavabı da ehtiva edir.
Yuxarıda qeyd etdiyimiz kimi, azərbaycanlıların
soyqırımı ilə bağlı hadisələr siyasi mühacirlərimizin
poetik irsində də öz əksini tapmışdır. Xüsusən A. İldırı-
mın, T. Atəşlinin əsərlərində bu soyqırımı bir fərdin, bir
millətin faciəsi kimi deyil, bütövlükdə bəşəriyyətin, in-
sanlığın faciəsi kimi təqdim edilir. Mövzunun başlıca
əhəmiyyəti də bundadır. Hansı xalqa, hansı millətə qarşı
tətbiq edilməsindən asılı olmayaraq, soyqırımı siyasəti
lənətlənməli, cəzalandırılmalıdır. Bu, bütövlükdə ədə-
biyyatın və sənətin humanist mahiyyətindən doğan nəti-
cədir.
Nikpur Cabbarlı
74
TOTALĠTAR SOVET
REJĠMĠNĠN ĠFġASI
olşevik Rusiyasının hərbi təcavüzü nəticəsində
istiqlaliyyətlərini itirmiş xalqların mühacirət
ədəbiyyatında totalitar sovet rejiminin ifşası daim apa-
rıcı mövzulardan olmuşdur. Bu mövzu həmçinin bolşe-
vik rejimi ilə barışa bilməyib, vətənlərini tərk etmiş rus
yazıçılarının yaradıcılığında da öz əksini tapmışdır. Yet-
miş ildən artıq bir müddətdə milli istiqlal uğrunda mü-
barizə aparmış Azərbaycan mühacirətinin bədii irsində
də ifşa pafosu qızıl totalitarizmə yönəlmiş əsərlər yetə-
rincədir. A. İldırımın, Ə. Volkanın, H. Dönməzin,
T. Atəşlinin şeirlərində, A. Dağlının nəsr və dram əsər-
lərində, M.Ə. Rəsulzadənin, Ə. Yurdsevərin, N. Şeyxza-
manlının, B.E. Ağaoğlunun, M. Altunbayın xatirələrin-
də bolşevizmin, Stalin diktaturasının törətdiyi qanlı ci-
nayətlər bədii əksini tapmış, repressiya, deportasiya,
soyqırımı siyasətinin insanlığa zidd mahiyyəti açıqlan-
mışdır. Bu mövzuda yazılmış ən dəyərli əsərlərdə müəl-
liflər sovet totalitarizminin mənfurluğunu ifşa etməklə
yanaşı, özlərinin demokratik, hüquqi, dünyəvi dövlət
ideallarını, insan haqlarına, vətəndaş azadlıqlarına hör-
mətə söykənən açıq cəmiyyətə dair baxışlarını bədii sö-
zün gücü ilə ifadə etmişlər. Bununla da totalitarizmin,
diktaturanın, müstəmləkəçiliyin ifşası və inkarı yolu ilə
demokratik dəyərlərin, insan hüquqlarının, milli istiqla-
lın üstünlüyü təsdiq və təsbit edilmişdir.
B
Dostları ilə paylaş: |