Nikpur Cabbarlı
68
ladığı «Hürriyyətə uçan türk» kitabı onun müxtəlif vaxt-
larda yazdığı və yuxarıda qeyd edildiyi kimi, hissə-hissə
Türkiyə mətbuatında dərc etdirdiyi xatirələrinin bir ara-
ya gətirilmiş, sistemləşdirilmiş və təkmilləşdirilmiş va-
riantıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, M. Altun-
bayın uşaqlıq illərinə aid xatirələri 1974 və 1980-ci il-
lərdə İstanbulda ayrıca kitabça şəklində nəşr olunmuş-
dur. «Hürriyyətə uçan türk» kitabı isə müəllifin vəfatın-
dan iki il sonra – 1989-cu ildə Ankarada Azərbaycan
Kültür Dərnəyi Yayınları seriyasında işıq üzü görmüş
(63), 1994-cü ildə Bakıda Azərbaycan türkcəsinə uy-
ğunlaşdırılaraq nəşr edilmişdir (2).
M. Altunbayın «Hürriyyətə uçan türk» əsərinin də
əsasını onun uşaqlıq dövrü xatirələri təşkil edir. Lakin
bu xatirələri qələmə almaqda müəllifin məqsədi sadəcə
olaraq uşaqlıq illərinin məişət təfərrüatlarını təsvir
etmək deyil, şəxsən şahidi olduğu hadisələr, habelə ana-
sından və böyük qardaşından eşitdikləri əsasında azər-
baycanlıların soyqırımı ilə bağlı həqiqətləri canlandır-
maq, xalqının müsibətlərini dünya ictimaiyyətinə çatdır-
maqdır. Bunun üçün M. Altunbay ilk növbədə əvvəllər
çar, sonralar isə bolşevik Rusiyasının Cənubi Qafqaz si-
yasətində mühüm yer tutan erməni amili üzərində da-
yanır, rus-erməni işbirliyinin mahiyyəti və hədəfləri ba-
rədə atasının babasına söylədiklərini xatırlayır: «Bəli,
atam! Biz ya çox saf və yaxud da aşırı dərəcədə təmiz
ürəkli bir millət olduğumuz üçündür ki, əsrlərdən bəri
heç fərqində olmadan qoynumuzda ilan bəsləyirik. Və
bu ilanların bizləri zəhərləməsinə də aldırış etmiyoruz…
Əsrlərdən bəri bizim vətənimizdə, bizim əkməyimizi
Azərbaycan mühacirət nəsri
69
yeyən və bizim duzumuzu yalayan ermənilər yüzillər
boyu ruslara uşaqlıq (nökərçilik – N.C.) yapmaqdan vaz
keçmədilər. Halbuki ruslar şimdiyə qədər kəndi ana-
yurtlarında ermənilərə bir qarış torpaq belə verməmiş-
lər. …Rusların nökəri və casusu olan bir millət də, mu-
hakkak ki, türklərin düşmənidir və daima da düşməni
olaraq qalacaqdır... Ruslar əsrlər boyu erməniləri kəndi
mənfəətləri çərçivəsində yəni, yerinə görə onları casus,
yerinə görə terrorist və yerinə görə azılı (vəhşi – N.C.)
bir cani olaraq türklərə qarşı kullandılar və hələ də
kullanıyorlar. Bütün bu insanlıq dışı alçaqlıqlara qarşılıq
da, ruslar, ermənilərə bol-bol, yəni aslı-astarı olmayan
vədlərdə bulundular. «Türk torpaqlarının bir qismini
sizə verəcəyiz» – deyərək erməniləri türklərə qarşı da-
vamlı surətdə saldırğan bir duruma gətirdilər. Əslində
türk yurdlarının tümünə sahib olmaq rusların vazkeçil-
məz bir planıdır. Zavalı ermənilər isə sadəcə bir maşa-
dır» (63, s. 19-21).
Müəllif əsərdə konkret hadisələrin fonunda və
konkret obrazların, xüsusilə Ambarsumla Mkrtıçın tim-
salında «bədbəxt» ermənilərin xain və nankor xislətini
məharətlə açıb göstərir. İki erməni ailəsinin düşmən-
çiliyi üzündən ata-anaları öldürülən, evləri yandırılan bu
qardaşlara heç bir erməni yiyə durmayıb. Aylarla küçə-
küçə gəzib diləniblər. Günlərlə, həftələrlə dillərinə quru
çörəkdən savayı heç bir şey dəyməyib. Qaranlıq bir qış
gecəsində Gəncənin adlı-sanlı ticarətçilərindən olan Ba-
la Seyid onları öz restoranının küncündə, buz kimi mər-
mər daşların üstündə huşsuz vəziyyətdə tapıb evinə
gətirmiş və həmin gündən etibarən bu erməni dığalarını
Nikpur Cabbarlı
70
doğma övladlarından ayırmamışdır. İllər boyu öz öv-
ladlarına nə vermişsə, onlara da ondan vermiş, nə almış-
sa, onlara da ondan almış, hər ikisinə təhsil vermiş, ev-
ləndirmiş, ev-eşik sahibi etmişdi. Bu azmış kimi Bala
Seyid aslan kimi üç oğlu ola-ola, Gəncədəki mehmanxa-
nalarının və «Sərdar bağı»ndakı restoranının da müdirli-
yini Ambarsumla Mkrtıça tapşırmışdı. Üstəlik Ambar-
sumun oğluna və qızına dəbdəbə ilə toy çaldırmış,
Mkrtıçın yaşadığı evi onun üçün hədiyyə almışdı. Bala
Seyidin nəzərində rus da, erməni də, yəhudi də, qaraçı
da insan idi, Allahın qulu idi. Onun ermənilərə də, rusla-
ra da göstərdiyi mərhəmət və xeyirxahlığın kökündə dü-
şüncəsindəki insanlıq anlayışı dururdu. Bu isə erməni
daşnaklarına da, rus bolşeviklərinə də tamamilə yad
olan bir anlayış idi. Bunun məhz belə olduğunu M. Al-
tunbayın əsərin sonrakı fəsillərində təsvir etdiyi bir-
birindən dəhşətli, tükürpərdən səhnələr təsdiq edir.
1920-ci il may ayının ilk günlərində – XI Ordunun
Gəncəyə daxil olması ərəfəsində yüzlərlə qadının, uşa-
ğın şəhəri tərk edib Böyük Bağbana doğru yönəlməsin-
dən xəbər tutan erməni atlıları onları təqib edərək mən-
zil başında yaxalayırlar. Qadınlara üstlərindəki qızılı,
cavahiratı təhvil verməyi əmr edən ermənilər müqavi-
mətə rast gəldikdə atəş açır və hər belə atəşdən sonra
qadınlar, uşaqlar, hətta südəmər körpələr qanlarına qəl-
tan olurlar. Bu vəhşiliyə başçılıq edən isə məhz Ambar-
sumdur. Azğınlaşmış Ambarsumun: «Mənim üçün in-
sanlıqdan əvvəl iki şey var dünyada. Birincisi, Gəncə
türklərinin kökünü qazımaq və türkün bu tarixi şəhərini
ermənilərin malı yapmak... İkincisi də, adlı-sanlı ermə-
Dostları ilə paylaş: |