Azərbaycan multikulturaliZMİ FƏNNİNİn predmeti, metodlari, funksiyalari və



Yüklə 0,53 Mb.
səhifə2/5
tarix25.02.2022
ölçüsü0,53 Mb.
#84116
1   2   3   4   5
M hazir Ö 1-1

The Harper Colins sosiologiya lüğətində (1991) multikulturalizmin belə bir tərifi verilir:“Multikulturalizm - bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, məsələn, azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri-bərabər münasibətlərini nəzərdə tutur”.

Bununla əlaqədar Stenford Ensiklopediyasında qeyd olunur ki,multikulturalizm məfhumuna bütün məzlum qruplar - afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri, şikəstlər və s. - aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən miqrantları (mühacirləri) (məs., ABŞ- Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli azlıqları (məs. katalonları, baskla- rı,uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər.

Multikulturalizm məfhumunun məzmununun müəyyənləşdiril- məsinə onun tolerantlıq və interkulturalizm məfhumları ilə müqayisə edilməsi kömək edir.

Multikulturalizm məfhumu öz məzmununa görə tolerantlıq məfhumuna yaxındır. Tolerantlıq multikulturalizm siyasətinin əsasını təşkil edir.

Lakin multikulturalizm məfhumunun həcmi tolerantlıq məfhumunun həcmi ilə məhdudlaşmır. Onun həcmi daha genişdir. Eyler dairəsi vasitəsilə bu iki məfhumun münasibəti aşağıdakı şəkildə təsvir olunmuşdur.

Multikulturalizm etnik və dini azlıqlara münasibətdə tolerantlılıqla yanaşı onlara və onların etnik-mədəni dəyərlərinə hörmətlə yanaşmanı da ehtiva edir.

Multikulturalizm və interkulturalizm məfhumlarına gəldikdə isə qeyd etmək lazımdır ki, bəzən ədəbiyyatda bu məfhumları bir-biri ilə qarışdırırlar, hətta eyniləşdirirlər. Lakin bu, düzgün deyil. Belə ki, multikülturalizm və interkulturalizm məfhumları arasında müəyyən fərqli cəhətlər vardır.

Etnik-mədəni qruplar bir-birindən təcrid olurlar. Belə hallarırf qarşısını almaq üçün etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin arasında dialoq və əməkdaşlıq münasibətləri inkişaf etdirilməlidir. Bu isə interkulturalizmlə bağlıdır.

Sözün mənasında multikulturalizm cəmiyyətdə mövcud olan entice, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti, siyasət modelini əks edir. Multikulturalizmin bir sosial hadisə olduğunu qeyd etmək lazımdır. Belə ki, multikulturalizm cəmiyyətin inkişafının məhsuludur. O, cəmiyyətdə cərəyan edən hadisələrin təsiri ilə meydana gəlməlidir.

Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Bundan başqa, multikulturalizm bir sosial hadisə kimi öz əhəmiyyətinə görə sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların sırasına daxildir.

Multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir göstərir:

Eyni ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları. Məsələn, Azərbaycanda müşahidə olunan çoxmədə- niyyətlilik üçün bu səbəb səciyyəvidir.

Ölkənin coğrafi mövqeyi. Məlum olduğu kimi, Azərbaycanın ərazisi müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Buradan qədim İpək Yolu keçmiş, ölkəmizin bu əlverişli coğrafi mövqeyi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında müsbət rol oynamışdır;

Sosial və iqtisadi səbəblərdən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə xalqların axını. Müasir dövrdə Qərb dövlətlərində müşahidə olunan çoxmədəniyyətliliyin əsas səbəbi iqtisadi miqrasiya hesab olunur.

İmperiyalar tərəfindən həyata keçirilən xalqların köçürülməsi siyasəti.

Hərbi münaqişələr nəticəsində xalqların yaşadıqları ölkələri tərk edərək başqa ölkələrə köçmələri. Müasir dövrdə bir sıra Yaxın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan) davam edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələrinin Avropanın bir sıra ölkələrində sığınacaq axtarmalarına səbəb olmuşdur. Bu isə öz növbəsində qaçqınların pənah gətirdikləri dövlətlərdə etnik- mədəni müxtəlifliyin artması ilə müşayiət olunur.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə