Azərbaycan multikulturaliZMİ FƏNNİNİn predmeti, metodlari, funksiyalari və



Yüklə 0,53 Mb.
səhifə4/5
tarix25.02.2022
ölçüsü0,53 Mb.
#84116
1   2   3   4   5
M hazir Ö 1-1

Müşahidə

Müşahidə - hadisələrin öyrənilməsinə, onların mənasının və əhəmiyyətinin müəyyən edilməsinə yönələn gerçəkliyin məqsədyönlü qavrayışıdır. Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Bir qayda olaraq, müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir.

Müşahidənin iki növü vardır:



  1. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə müşahidəçi baş verən prosesi kənardan izləyir;

  2. Daxili müşahidə. Burada müşahidəçi baş verən prosesin fəal iştirakçısı kimi çıxış edir.


Müqayisə

Müqayisə - obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən etmək məqsədilə onların tutuşdurulmasına yönələn metoddur.

Ölçü - xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə etməklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodudur. Bu metod vasitəsilə obyektlərin kəmiyyəti ilə onun xüsusiyyətləri arasında qarşılıqlı münasibət müəyyən edilir.

Eksperiment (lat. experimentum -“təcrübə) - empirik tədqiqatın elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yoxlamaq məqsədilə müşahidə situasiyasını yaradaraq nəzarət və jdarə olunan şəraitdə əşya və hadisələri tədqiq edir. Müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiq olunan şərait əvvəlcədən mövcud olmur.

İnduksiya (lat. Induksio - “yönəltmək”) - bir tədqiqat metodu kimi biliyin konkret faktlardan ümumi müddəalara hərəkətini ifadə edir, induktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır. Ümumi biliyin alınmasında bütün faktlar istifadə olunursa, induksiya tam olur. Əks halda o, natamam olur.

İnduktiv metod “Azərbaycan multikulturalizmi” fənnində geniş tətbiq olunan metodlardan biridir.



Deduksiya (lat. deductio - “çıxartmaq”) - ümumi müddəalardan xüsusTnəticələrə gətirən idrak metoduna deyilir. Əldə olunan bilik, bir qayda olaraq, zəruri xarakter daşıyır.

“Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı istifadə olunan bir çox müddəalar deduktiv metod vasitəsilə alınır.

Analiz (yun. analysis - “ayrıma ”, “bölmə - tədqiq olunan obyektin fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutan tədqiqat metodudur. Obyektin tərkib elementləri sonradan ayrı-ayrılıqda öyrənilir. Bu, tədqiq olunan obyekt haqqında əlavə məlumat verir.

İnduksiya deduksiyayaya əks olduğu kimi, analiz də sintezə əks olan metoddur. Əgər analiz tədqiq olunan obyektin fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutursa, sintez (yun. synthesis “birləşmə”) bu elementlərin bütövə birləşdirilməsini nəzərdə tutur. Sintez analizin davamı kimi çıxış edir.

Bu iki metod “Azərbaycan multikulturalizmi” fənninin bir çox müddəalarının öyrənilməsində istifadə olunur.

Abstraktlaşdırma (lat. abstractio - “uzaqlaşdırma, kənar etmə, rədd etmə, təmizləmə”) - tədqiq olunan obyektdən onun bir sirä əla- mətlərinin fikrən kənarlaşdırılması metodudur. Bir qayda olaraq obyektdən fikrən ayrılan və kənarlaşdırılan onun ikinci dərəcəli, vacib olmayan, onun mahiyyətini əks etdirməyən əlamətlər olur.

Abstraktlaşdırma analiz metodu ilə sıx bağlıdır. Daha konkret desək, abstraktlaşdırma metodu analiz metodunun məntiqi davamıdır.

“Azərbaycan multikulturalizmi” fənnində abstraktlaşdırma metodu onun yuxarıda qeyd olunan xüsusiyyətlərinə görə geniş tətbiq oluna bilər.

Ümumiləşdirmə metodu vasitəsilə bir neçə obyektin ümumi cəhətləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı” və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir.

Ümumiləşdirmə metodu xüsusi məfhumdan ümumi məfhuma yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi bir məntiqi əməliyyat kimi onun həcminin genişlənməsi, məzmunun isə daralması ilə xarakterizə olunur.

Azərbaycan multikulturalizmi” interdissiplinar bir fəndir. O, fəlsəfə, ədəbiyyat, psixologiya, tarix, kulturologiya, hüquq, politologi- ya, sosiologiya, linqvistika və bu kimi digər ictimai elmlərin müddəalarına əsaslanır və multikulturalizmin Azərbaycan modeli haqqında təsəvvürü formalaşdırır.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə