31
sisternlərin dəmir yollarına təhkim olunması məsələsi həll olunmuş, hasilat yerlərində neft inspeksiyaları tətbiq
edilmişdi və s. Duru yanacaq bölgüsünün tənzimlənməsi təkcə mərkəzdə deyil, həm də yerlərdə yanacaq üzrə
Xüsusi Müşavirənin planlarının yerinə yetirilməsinə nəzarət edən xüsusi aparatın yaradılmasını tələb edirdi.
Dövlətə məxsus neftli torpaqlar uğrunda mübarizə müharibə dövründə də davam etmişdi. Bir qrup
kapitalist dövlətin 33% həcmində iştirakı ilə Pay şirkəti layihəsini hazırlamışdı. Əvvəlcə 250-300 desyatin neftli
torpağın şirkətə verilməsi nəzərdə tutulmuşdu.
Pay şirkəti layihəsinin sənaye və ticarət nümayəndələri qurultayları Şurası tərəfindən hazırlanmış so-
nuncu redaksiyasında artıq Suraxanıdakı torpaqların, yəni ən az toxunulmuş və "ən çox vəd verən" torpaqların
alınması nəzərdə tutulmuşdu. Əslində, layihə Bakının köhnə şirkətlərinə yeni, ən çox neftli torpaqların
işlənməsini təhkim etməyi nəzərdə tuturdu. Məhz buna görə də layihə inhisarçılar qrupuna mənsub olmayan
burjuaziya tərəfindən etirazlar doğurmuşdu. Burjuaziyanın geniş dairələrinin mənafeyini ifadə edən İ.İlyinski
adlı birisi bu məsələyə həsr etdiyi xüsusi məqaləsində belə bir sual qoymuşdu: "Dövlət yeni kəşf olunmuş, neftlə
zəngin sahənin işlənməsi üçün bu cür imtiyazlarla nəyin naminə razılaşmalıdır?".
İri neft istehlakçıları olan bir çox burjua nümayəndələri — Volqaboyu gəmi sahibləri, dəmir yollarının,
zavod və fabriklərin sahibləri "mədən azadlığı" prinsipinə əsaslanaraq, geniş şirkət yaratmağa çalışırdılar ki,
bunun tərkibinə daxil olub, ucuz neft əldə etsinlər. İlyinski onların mənafelərini ifadə edərək, açıq şəkildə
deyirdi ki, torpağın Pay şirkətinə verilməsi "neft hasil edən inhisarçıların xüsusi tipini təşviq etmək" cəhdidir.
Pay şirkətinin ilk layihələri xüsusi dəstək qazanmadı və yanacaq üzrə Xüsusi Müşavirənin neft bölməsi
105 desyatin sahədə dövlət tərəfindən neft hasilatının təşkilinə tərəfdar olduğunu bildirmişdi. Deməli, Pay
şirkətinin yeni layihəsi onun dövlət tərəfindən neft hasilatı ilə paralel surətdə mövcudluğunu nəzərdə tuturdu.
Güman edilirdi ki, dövlət tərəfindən neft hasilatı təşkil edilərsə, Yollar Nazirliyi ildə 27 milyon puddan 34
milyon pudadək, Ticarət və Sənaye Nazirliyi isə 50 milyon pud neft çıxara bilər. Mədənlərin təşkili ilə əlaqədar
məsrəflər 49 milyon rubl məbləğində planlaşdırılırdı.
Əvvəllər olduğu kimi, yenə də neft inhisarları, əlbəttə ki, dövlət tərəfindən neft hasilatına qarşı çıxaraq,
bunu neft sənayesinin dövlət tərəfindən inhisarlaşdırılmasının ilk addımı kimi qiymətləndirirdilər. Buna görə də
onlar nəzərdə tutulan işlərin faydasızlığı haqqında hesablamalarla bu ideyanı gözdən salmağa çalışırdılar. Xeyli
şübhə doğuran cürbəcür hesablamalar yolu ilə sübuta yetirilirdi ki, özəl neft hasilatı ilə müqayisədə dövlət neft
hasilatının maya dəyəri xeyli yüksəkdir; bununla yanaşı neft sənayeçiləri iddia edirdilər ki, dövlətə məxsus
mədənlərin təşkilinə ümumiyyətlə, heç bir ehtiyac yoxdur, çünki dövlət əgər istəsə (yəni, neft inhisarlarına
neftçıxan yeni sahələri versə), bunsuz da əlavə olaraq 100-115 milyon pud "ucuz neft" əldə edə bilər. Lakin
Fevral inqilabı ərəfəsində neft sənayesi sahəsində neft inhisarlarının və hökumətin siyasətindəki meylləri
səciyyələndirən bütün bu layihələr kağız üzərində qaldı.
32
AZƏRBAYCANDA NEFT EMALI
SƏNAYESĠNĠN YARANMASI
Almaniyada fotogenlə bağlı hay-küy XIX əsrin 50-ci illərində özünün zirvəsinə çatanda, baron Tornau
Rusiyada bir fotogen zavodu tikdirmək qərarına gəldi. Bunun üçün o, Bakını seçdi, çünki bilirdi ki, burada
bituminoz materiallara oxşayan bir maye çıxarılır ki, ondan Almaniyada fotogen alınır. Yerli əhali bu mayeyə
"qır" deyirdi, özü də onu çox ucuz almaq mümkün idi. Bundan əlavə, o istəyirdi ki, zavodu Afəşgahın yanında
tiksin və orda çıxan təbii qazdan yanacaq kimi istifadə etsin. Elə bu vaxtlarda Kokorev və Qubonin Sankt-
Peterburqda "Transkaspi ticarət şirkəti" adlı bir nüfuzlu müəssisənin təməlini qoydular. Şirkətin məqsədi
Rusiyanın İranla və Xəzər dənizinin şərqindəki türk dilli dövlətlərlə ticarət əlaqələrini genişləndirmək idi.
Məlum olduğu kimi, təmizlənməmiş Suraxanı ağ neftindən lap qədimlərdən işıqlandırma vasitəsi kimi
istifadə edirdilər. Lakin tez alışdığına, əlverişli çənlər olmadığından və daşıma zamanı qəza baş verəcəyindən
qorxduqlarına görə gəmi sahibləri onu su yolu ilə daşımaqdan imtina edir, ya da nəqli üçün görünməmiş
məbləğdə böyük haqq tələb edirdilər. 1834-cü ildə N.Voskoboynikov Suraxanı neftinin satışı qayğısına qalaraq,
baş komandan Rozenə müraciətlə xahiş etdi ki, həm Suraxanı quyularından hasil edilən ağ neftin, həm də
Balaxanı quyularından qara neftin bir hissəsinin emalına icazə versin. Ağ neftin emalına və 1000 pud qara neftin
emalına icazə alan Voskoboynikov 1837-ci ildə "neftayırma məqsədi ilə xüsusi mərmi yaratdı və neftli
daşınması üçün dəmirdən kiçik çənlər hazırladı. Lakin Voskoboynikov işdən uzaqlaşdırıldıqına görə bu
sahədəki işini sona çatdıra bilmədi.
Sonrakı ildə Moldenhauer zavodun tikintisinə başladı. Lakin avadanlıq xaricdə istehsal olduğundan və
buna görə də onların daşınması ilə əlaqədar çətinliklərə görə zavodun tikintisi ancaq 1860-cı ildə sona yetdi və
onun istehsal etdiyi məhsul yalnız 1861-ci ildə bazar üzü gördü. Təhkim olunduğu işlərdən başqa Moldenhauer
öz sınaqlarını və təcrübələrini davam etdirməkdə idi. İnşaat işləri qurtarana yaxın, yəni 1859-cu ilin sonunda
onun araşdırmaları nəticəsində məlum oldu ki, qırdan alınan fotogenin şistdən alınan fotogendən keyfiyyətli
olmasına baxmayaraq, onun spesifik ağırlığı həddindən artıqdır, bundan əlavə emal olunan xammaldan on beş
— iyirmi faizdən artıq fotogen almaq mümkün deyildir. 1859-cu ildə bütün il boyu aparılan tədqiqatlar
Moldenhauerin laboratoriyasından kənara çıxmamış və qırdan alınan fotogen də heç vaxt bazara kifayət qədər
daxil olmamışdı. Sonradan Moldenhauer Balaxanıdan və digər yataqlardan çıxan bol xam neftdən fotogen
almaq üçün təcrübələr aparmaq barədə fikirləşməyə başladı. Həmin yataqların nefti o vaxt keyfiyyətcə çox
yüksək sayılırdı. Nəticə gözlənildiyindən də qat-qat müsbət oldu. Distilədən keçmiş fotogen təmiz və işlədilmək
üçün hazır idi. Ən mühüm məsələ isə o idi ki, xammal kimi xam neft qırdan daha çox fotogen verirdi.
Afəşgahdan çıxan təbii qazın toplanması üçün xüsusi kollektor tikdirəndən sonra, 1860-cı ildə Moldenhauer
Almaniyaya qayıtdı.
1860-cı ildə Eyxler Suraxanıda tikilmiş zavoda baxmaq üçün Bakıya gəldi. Şirkət bu müəssisədən
səmərəli istifadə edə bilmədiyindən onu ləğv etmək məqamında idi ki, Eyxler şirkətin meneceri baron Tornauya
qırdan fotogen almaqdan əl çəkməyi və Moldenhauerin laboratoriya sınaqlarının üstünlüklərindən istifadə edib
neftdən fotogen almağa başlamağı təklif etdi. Eyxler keyfiyyətli və ucuz fotogen alana qədər xammaldan sərbəst
istifadə etməkdə baron Tornauya tam sərbəstlik verdi. Almaniyaya qayıtmazdan bir az əvvəl Moldenhauer onun
təklif etdiyi üsulla alınmış məhsulu görəndə həddindən artıq fərəh duydu. Onun fikrincə, bu cür foto- genin artıq
əlavə emala ehtiyacı yox idi. O, həmin fotogeni dəmir çəlləklərdə doldurtdurub, pudu səkkiz rubla satılmaq
üçün Tiflisə göndərtdirirdi. Lakin, fotogen Tiflisə çatanda aşkar oldu ki, rəngdə yola salınan bu malı yolda
olduğu müddətdə tədricən qaralmış və nəticədə bozumtul-qara bir mayeyə çevrilmişdi. Bu hadisə Bakı lampa
neftinin elmi cəhətdən birinci dəfə olaraq tədqiqata cəlb edilməsinə səbəb oldu. Tiflisdən zavoda qaytarılmış
mal Eyxlerin əlinə keçdi, çünki bu zaman Moldenhauer artıq Almaniyaya qayıtmışdı. Eyxler bu fotogenin
tərkibində üzvü turşularla, xüsusilə formiat, asetat və doymuş sıradan olan başqa homoloji turşularla birləşmiş
çoxlu miqdarda dəmirin olduğunu aşkar etdi. Onun tədqiqatları sübut etdi ki, təmizlənmiş fotogendə olan üzvü
turşular dəmirlə reaksiyaya girdiyindən, onların neytrallaşdırılması zəruridir. Bu turşuları neytrallaşdırandan
sonra fotogenin keyfiyyəti yaxşılaşdı, indi artıq o, dəmirlə reaksiyaya girmir, rəngini də dəyişmirdi, lakin onun
bir qüsuru var idi ki, yanarkən piltəni kömürləşdirirdi. Bu da onun tərkibində sərbəst qələvilərin olduğundan
xəbər verirdi. Zərif xlorid turşusunun məhsulu ilə qarışdırmaqla Eyxler bu maneəni də aradan qaldırdı.
Eyxlerin əldə etdiyi bu maye lampada yaxşı yanırdı, ancaq sarı rəngdə idi. Rəqabət olmadığı vaxtlarda,
yəni Amerikada istehsal olunmuş lampa nefti 1863-cü ildə gəmi ilə Rusiyaya gətirilənə qədər bunun rənginə
fikir verən yox idi. Amerika fotogeni açıq rəngdə, tamamilə şəffaf idi və lampada çox yaxşı yanırdı. Suraxanı
fotogeni onunla rəqabət apara bilməzdi. Eyxler onun təmizlənməsi və rənginin dəyişməsi üçün yeni bir üsul
tapmalı idi. Bir çox kimyəvi maddələrlə sınaqlardan sonra nəhayət sulfat turşusunu seçdi. Bu, lampa neftinə
rəng verən maddələri məhv etməkdən əlavə təmizlənməmiş lampa neftinin məxsus qoxunu da aradan götürürdü.
Lakin, tələb olunan sulfat turşusunu Bakıya daşıtdırmaq olduqca çətin iş idi. Onu Həştərxandan gətir-
mək mümkün deyildi, çünki gəmi sahibləri belə təhlükəli yükü daşımaqdan imtina edirdilər. Buna görə də
Eyxler məcbur oldu ki, onu İngiltərədən Qara dəniz limanı Potiyə gəmi ilə, oradan 530 millik məsafədən araba