Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə28/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   24   25   26   27   28   29   30   31   ...   115
kitab20111201125922638

Cümhuriyyətin Batum və
 
Qars əyalətləri
Adlan çəkilən qəza və əyalətlərdən başqa, Azərbaycan Cümhuriyyəti Tiflis 
quberniyasındakı Axalsıx qəzasını, Batum, xüsusən də Qars əyalətlərini öz ərazisinə 
daxil etməyə haqqı olduğuna inanır. Bu ərazilərin, xüsusən də Qars ətrafındakı 
bölgələrin sakinləri azərbaycanlılarla eyni etnik qrupa daxildirlər, onların dini, adət-
ənənələri, vərdişləri, yaşayış tərzləri və məişətləri Azərbaycanın qalan hissələri ilə 
tam eyniyyət təşkil edir. Bütün bunlardan sonra həmin ərazidə yaşayan 
müsəlmanların dəfələrlə Azərbaycan hökumətinə Qars ətrafının Cümhuriyyətin 
tərkibinə qatılması təklifi ilə təkidli müraciətlərini başa düşmək asandır. Türk hərbi 
qüvvələri ölkəni tərk etdikdən, həmin bölgələrin yerli hökumət və parlamentləri 
müttəfiq qoşunlar komandanının nümayəndələri tərəfindən buraxıldıqdan, ərazi qonşu 
respublikalar - Ermənistan (Qars) və Gürcüstan (Ərdəhan) arasında bölüşdürüldükdən 
sonra yerli müsəlman əhali tərəfindən edilən bu tipli müraciətlər xüsusilə 
güclənmişdir. 
Bu bölgünü özbaşınalıq sayan Azərbaycan hökuməti yerli əhalinin milli və 
dini hisslərini tapdalayan həmin ədalətsizliyə qarşı qətiyyətlə etiraz edir və bildirir ki, 
adları çəkilən ərazilərin əhalisi qonşu respublikaların hakimiyyətini tanımaqdan 
birmənalı şəkildə imtina etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həmin 
əyalətlərinin əhalisi ərazinin Azərbaycan Cümhuriyyətinin tərkibinə qatılmasını 
israrla xahiş etmişlər. 
Bu faktlar bizim Respublikanı belə bir bəyanatla çıxış etməyə vadar edir ki, 
Batum və Qars əyalətlərinin, habelə Axalsıx qəzasının əhalisi öz gələcək 
müqəddəratlarını istədikləri şəkildə müəyyənləşdirməlidirlər. Bizim nöqteyi-
nəzərimizə gəldikdə isə həmin ərazidə yeni bir müstəqil Cümhuriyyətin yaradılması 
məsələnin ən yaxşı həlli olar, regionun maraq və mənafeləri ilə bağlı problemləri 
yoluna qoyardı. 
İstərdik ki, məsələnin müsbət həllini tapmayacağı təqdirdə Azərbaycanın öz 
tələblərini dənizə çıxışı olan dövlətlərə daha təkidlə çatdırmağa xüsusi hüququ olduğu 
təsbit edilsin. Biz bu barədə “Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti” adlı 
əlavədə bəhs edəcəyik. 
Yerli əhalisinin istəklərinin müdafiəçisi olan Azərbaycan Cümhuriyyəti öz 
qonşusuna - Gürcüstan Respublikasına dostluq duyğularını bildirməklə iki dövlət 
arasındakı sərhəd və ərazi məsələsinin referendum yolu ilə müzakirəsi və həlli 
təklifini irəli sürmək istərdi. 


45 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə