29
lazımdır. Bu vəzifənin dərki xalqın bütün gücünün və intellektual imkanlarının
səfərbərliyə almmasını tələb edir. Bu sahədə çalışanları Rusiyanın hədə-qorxusu və
təqibləri öz yollarından çəkindirməmişdi. Onlar qarşıya qoyulan əngəllərə əhəmiyyət
vermirdilər.
O da həqiqətdir ki, əlli il ərzində Azərbaycanlılar arasında ədəbiyyat
adamları – şairlər, dramaturqlar,
jurnalistlər, habelə siyasi xadimlər yetişmişdilər,
onların çoxu Rusiyada, eləcə də xaricdə universitet təhsili almışdı. Bioqrafiya (çox
güman ki, burada etnogenezis, Azərbaycan xalqının mənşəyinin araşdırılması nəzərdə
tutulur-tərc), xalqın etnik mənşəyi ilə bağlı məsələlər günün başlıca
mövzusuna
çevrilmişdi. Milli məktəblərin yaradılması planlaşdırılırdı, ana dilinin, milli ədəbiyyat
və tarixin öyrənilməsi bir vəzifə kimi qarşıya qoyulur, müvafiq proqramlar tutulurdu.
Əcnəbi müəlliflərin ən yaxşı əsərləri tərcümə olunur, dərsliklər və müntəxabatlar
tərtib
edilirdi, xarici ölkə ədəbiyyatlarının tarixi ilə bir sırada elmi-tədqiqatlar və
sosioloji əsərlər çap olunurdu. Dövri mətbuat - jurnallar, qəzetlər meydana çıxırdı.
Həmin mətbu orqanlar azərbaycanlıları mədəni millətlərin gördüyü işlərlə tanış
etməkdə böyük rol oynayırdı.
Dostları ilə paylaş: