28
II
AZƏRBAYCANIN YERLİ ƏHALİSİ, ONLARIN KEÇMİŞ RUS
İMPERİYASINA MÜNASİBƏTİ
Rusiya hakimiyyəti
Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə azərbaycanlılar regionun başqa
xalqlarına nisbətən daha çox sıxıntılara və təqiblərə məruz qalmışlar. Qonşuların –
gürcülərin və
ermənilərin milli məktəbləri, kilsələri, mülkiyyətləri,
anadilli
mətbuatları, müxtəlif xeyriyyə cəmiyyətləri və s. olduğu halda, bütün bunlar hamısı
Azərbaycan xalqı üçün yasaq edilmişdi. Nadir hallarda bu cür milli-mədəni
qurumların fəaliyyəti üçün icazə isə elə bir ürəkbulandırıcı tərzdə verilirdi ki, həmin
icazə əxlaqi əsasdan məhrum olduğuna görə nəticədə öz əhəmiyyətini itirirdi.
Məktəblərdə ana dilimizin
əslində qadağan edilməsini, müsəlman
ruhanilərinin amansızcasına təqib olunmalarını xatırlamaq kifayətdir. Rus kilsəsinə və
onun ruhanilərinə yüksək etimad və hörmət göstərən
rus dövləti müsəlman din
xadimlərinə münasibətdə öz nifrət və amansızlığını gizlətmirdi. Yüksək rütbəli
müsəlman
din xadimləri müfti, yaxud şeyxülislamlar cahil, əksər hallarda savadsız
adamlar arasından seçilir, onlara son dərəcə cüzi maaş ödənilirdi. Məscidlərin əmlakı
sözün tam mənasında rus məmurlarının ixtiyarına verilmişdi.
Ortodoks xristian
ruhanilərinin icazəsi olmadan hər hansı məscid tikintisi qəti qadağan idi. Sözün qısası,
Məhəmməd ümmətinə fanatik damğası vuran ruslar dinlə bağlı məsələlərdə özlərinin
müsəlmanlardan daha fanatik olduqlarını göstəriridilər. İctimai təşkilatlara gəldikdə
isə yalnız
onu deyə bilərik ki, 1906-cı ildən əvvəl bu cür təşkilatların yaradılması
qeyri-mümkün idi. Yalnız 1906-cı ildə rus dövləti Bakıda Müsəlman Xeyriyyə
Cəmiyyətinin qurulmasına icazə verdi. Dövrü mətbuat, kitab nəşri, teatr tamaşaları və
s. ardıcıl olaraq təqiblərə məruz qalır və rus məmurlarmm
düşmən fəaliyyəti ilə
üzləşməli olurdu.
Dostları ilə paylaş: