Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə113/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   109   110   111   112   113   114   115   116   ...   122

xüsusi  yer  ayrılmışdır.  Qeyd  edilmişdir  ki,  daxili  turizm  milli 
iqtisadiyyatın  mövqeyinin  daha  da  tarazlaşdırılmasına  səbəb  olur, 
sosial  turizm  aztəminatlı  vətəndaşların  maraqlarına  uyğun  ictimai 
məqsəd  olmalı,  gənclər  turizmi  xüsusi  diqqət  və  vətəndaşların  bu 
kateqoriyasına  daha  çox  imkanlar  və  imtiyazlar  verilməsini  tələb 
edir.  Deyilənlər ahıl və fiziki qüsurları  olan şəxslərə də aiddir.
Bəyannamədə bildirilmişdir  ki,  dövlətlər turizm kadrları  üçün 
yaxşı  əmək  şəraiti  yaratmalı,  turizmin  inkişafında  ləngidici  amilləri 
öyrənməli  və  onların  aradan  qaldırılması  üçün  tədbirlər görülməlidir. 
BMÜTT-nin  Beynəlxalq turizm  əməkdaşlığında  istiqamətləndirici  və 
əlaqələndirici rolu etiraf edilmişdir.
Manila  Bəyannaməsində  turizm  fəaliyyətinin  aşağıdakı 
istiqamətləri üzrə tövsiyələr verilmişdir:
*  turizm  təklifinin  nizama  salınması  -   istehlakçıların  mənafelərini 
nəzərə 
alan 
təkliflərin, 
qəbul 
və 
xidmətin 
keyfiyyətini 
yaxşılaşdırmaq,  habelə  əhalinin  daha  geniş  təbəqələrinin  daxili  və 
Beynəlxalq  turizmə  çıxışını  təmin  etmək.  Hökumətlərə  -  statistik 
məlumatlar  toplanışının  hamılıqla  qəbul  edilmiş  standartlar  və 
metodologiyasını  tətbiq  etmək,  BMÜTT-yə  isə  turizm  statistikasının 
standartlaşdırılması  səylərini  fəallaşdırmaq  tövsiyə olunmuşdur;
*  texniki  əməkdaşlıqla  bağlı  hökumətlərə  tövsiyə  olunmuşdur  ki, 
turizm  sahəsində  texnologiyalar  seçimi  zamanı  onların  yerli  şəraitə 
uyğunlaşması  zərurəti  nəzərə alınmalıdır;
*  insan  ehtiyatlarına  dair  -   turizm  peşələrinin  əhəmiyyətini 
qaldırmaq  üçün  tədbirlər  görmək,  ixtisaslı  müəllim  çatışmazlığı 
problemini  öyrənmək,  turistlər,  yerli  sakinlər  və  xidmət  personalları 
arasında  qarşılıqlı  münasibətləri  yaxşılaşdırmaq  üçün  səylər  etmək. 
BMÜTT-yə  isə  kadrların  peşə  hazırlığının  yeni  məqsədlərini  qeyd 
etmək;
*  azad  hərəkətə  dair  -   BMÜTT  xarici  turistlərin  iqtisadi 
maraqlarının  hüquqi  müdafiəsi  və  tibbi  yardım  təcrübəsinin  müəyyən 
edilməsi  imkanına baxmalıdır;
*  avianəqliyyat  üzrə 
dövlətlər  BMÜTT  Baş  Assambleyasına 
nümayəndə  heyyətlərinin  tərkibinə  kommersiya  xarakterli  sərnişin
448
nəqliyyatı 
üzrə  hakimiyyət 
orqanları 
nümayəndələrini 
təyin 
etməlidirlər;
* daxili  turizmə  dair  -  BMÜTT-yə tövsiyə  olunmuşdur ki,  turizmin 
bu növünü özünün  iş proqramına daxil  etsin.
Turizm  layihələrinin  maliyyələşdirilməsinə  dair  inkişaf etməkdə 
olan ölkələrə tövsiyə edilmişdir ki,  onlar milli  səviyyədə elə  imkanlar 
təmin  etməlidirlər  ki,  bu  zaman  ikitərəfli  və  çoxtərəfli  əməkdaşlıq 
çərçivəsində  turizm  layihələri  üstünlük  əldə  etsin,  BMÜTT  isə 
maliyyə  orqanları  çərçivəsində,  ələlxüsus  inkişaf  etməkdə  olan 
ölkələrdə  turizm  layihələrinin  maliyyələşdirilməsində  daha  fəal 
əməkdaşlığa yardım göstərsin.
Manila  Bəyannaməsinin  tövsiyələrinin  əməli  həyata  keçiril­
məsi  məqsədilə  BMÜTT  Baş  Assambleyasının  IV  sessiyasında 
fəaliyyət planı  qəbul  edilmiş və strategiya  işlənib hazırlanmışdır.
1989-cu  ildə  Haaqada  (Niderland)  turizm  üzrə  parlamentlər- 
arası  konfrans  keçirilmişdir.  Onun  təşkilatçıları  Parlamenllərarası 
ittifaq (PAI) və  Ümumdünya 7’uriz.ın  Təşkilatı  (BMÜTT)  idi.
Konfrans  qeyd  etmişdir  ki,  turizmin  inkişafı  dünyanın  bütün 
ölkələrinin  maraqlarına  cavab  verir,  iqtisadi,  sosial  və  mədəni 
inkişafı  zənginləşdirir,  dövlətlər 
Beynəlxalq  Birliyin  üzvləri 
arasında etimad  və qarşılıqlı  anlaşma mühiti  yaranmasına səbəb olur.
Konfrans  iştirakçıları  öz  çıxışlarında  turizm  iizrə  Manila 
konfrasının  və  Turizm  Kodeksi  və  Turizm  Xartiyası  kimi  Beynəlxalq 
turizmi 
nizamlamanın 
mühüm 
vasitələrinin 
əhəmiyyətini 
və 
aktuallığını  xüsusilə qeyd etmişlər.
Konfransda  bütün  xalqların  həyal  səviyyəsinin  artırılması, 
sülh  və  beynəlxalq  qarşılıqlı  anlaşmanın  möhkəmləndirilməsinin 
mühüm  amili  kimi  turizmin yeni  rolu etiraf edilmişdir.
Konfrans  turizmin  inkişafı,  lıabelə  turizm  ehtiyatlarının 
qorunması  və  artırılması  ü/.rə  dövlətlərin  öhdəliklər  dairəsini 
müəyyən  etmiş,  turizm  üzrə  Haaqa  Bəyannaməsini  qəbul  etmiş  və  bu 
vinədi  «Beynəlxalq  əməkdaşlıq,  xalqlar arasında  yaxınlaşma  vasitəsi, 
fərdi  və  kollektiv  inkişaf amili» elan etmişdir.
Haaqa  Bəyannaməsində  on  əsas  prinsip  ifadə  edilmişdir  və
449


bunlardan  hər  biri  turizmin  inkişafının  mühüm  aspektlərindən  birini 
və ya turist səyahətlərinin  təşkili  şərtlərini  əsk etdirir.
Birinci  prinsip  turizmin  müasir  cəmiyyətdə  qlobal  rolunu 
nəzərdən  keçirir.  Burada  deyilir  ki,  turizm  yüz  milyonlarla  insanın 
gündəlik  həyatına  daxil  olmuş  təzahürdür,  asudə  vaxtdan  istifadənin 
mühüm  formasına,  şəxsiyyətlərarası  əlaqələrin  və  siyasi,  iqtisadi, 
mədəni  əlaqələrin  əsas  vasitəsinə  çevrilmişdir,  həyat  keyfiyyətinin 
nəticəsi  və  həlledici  amilidir,  fəaliyyətin  digər  tələbatları  və 
növlərinin  təmin  edilməsi  ilə  ahəngdar  uyğunluqda  onun  inkişafı 
üçün  diqqət tələb edir.
İkinci  prinsip  turizmin  inkişafının  iqtisadi  aspektlərini  əhatə 
edir.  Deyilir ki,  əgər milli  iqtisadiyyata özünü  təmin  etmənin  məqbul 
səviyyəsinə  çatmaq  imkanı  verilməsindən  ötrü  tədbirlər  görülərsə, 
turizm  bütün  ölkələrin  sosial-iqtisadi  yüksəlişinə  səmərəli  yardım 
vasitəsi  ola  bilər.  Bundan  ötrü  isə  etibarlı  infrastruktur,  turizm 
obyektləri,  turizm  personalı  hazırlığı  üzrə  təhsil  ocaqlarının 
yaradılması,  turizmin  iqtisadiyyatın  digər  prioritet  bölmələri  ilə 
yanaşı,  ölkənin  kompleks  inkişaf  planına  daxil  edilməsi,  daxili 
turizmin  Beynəlxalq  turizmlə  bərabər  tərzdə  stimullaşdırılması  ilə 
bağlı  tədbirlər görülməlidir.
Üçüncü  prinsip  ekologiyaya  aiddir.  Qeyd  olunur  ki, 
korlanmamış  təbii,  mədəni  və  ətraf  mühit  turizmin  inkişafının  əsas 
şərtidir,  turizmin  rasional  idarə  olunması  isə  ətraf  mühitin,  mədəni 
irsin  müdafiəsi  və  inkişafına,  həyat  səviyyəsinin  yüksəlməsinə 
töhfələr verə  bilər.  Bu  qarşılıqlı  əlaqəni  nəzərə  almaqla təbii,  mədəni 
və  ətraf mühitin  olduqları  yerlərdə  qorunması  və  qayğı  göstərilinəsi 
baxımından  turistlərə  məlumatlar  verilməli,  habelə  sabit  inkişaf 
konsepsiyası  əsasında  turizmin  inkişafının  kompleks  planlaşdırılma- 
sına yardım göstərilməlidir.
Dördüncü  prinsip  turizmin  humanist  xarakterini  qeyd 
edərək  göstərir  ki,  turistlərin  özlərinin  spesifik  problemlərinə  diqqəl 
yetirilməlidir.  Kiırıin  və  hansı  əlamətə  görə  xarici  turist  sayıldığını 
müəyyənləşdirir.
Beşinci  prinsip  hər  bir  insanın  istirahət,  asudə  vaxt  və
-ərəkot azadlığı  hüququna aiddir.  Göstərilir  ki.  bu  hüquqlar hamılıqla 
tanınmalıdır,  Bunun  üçün  isə daxili  və  Beynəlxalq  turizmin  ahəngdar 
■nkışafı  siyasəti  aparılmalıdır.
Altıncı  prinsip  səyahətlərin  sadələşdirilməsi  problemini 
əhatə  edir.  Burada  deyilir  ki,  turizmin  inkişafı  turist  səfərlərinin, 
qalma  müddətinin  (pasport,  vizaya  münasibətdə),  tibbi  və  valyuta 
nəzarətinin  qeydiyyatında  rəsmiyyətçiliyin  sadələşdirilməsi  tədbirlə­
rinin görülməsini tələb edir.
Yeddinci  prinsip  turistlərin  təhlükəsizliyini  nəzərdə  tutur. 
Həmin  prinsipə  görə  turistlərin  təhlükəsizliyi  və  müdafiəsi  turizmin 
inkişafının  zəruri  şərtləridir  və  turistlərin,  onların  ləyaqətlərinin, 
habelə  turizm  obyektlərinin  təhlükəsizliyi  və  müdafiəsinin  təmin 
olunması  ilə bağlı  tədbirlər görülməlidir.
Səkkizinci  prinsip  terrorizmlə  əlaqədardır.  Deyilir  ki.  terro­
rizm  turizmə  real  təhlükədir,  terrorçular  zaman  müddəti  ııə/ərə 
alınmadan təqib olunmalı  və cəzalandırılmalıdır.
Doqquzuncu  prinsip  turizmin  kcylivyəl  məsələsini  əhatə 
edir.  Bu  prinsipə  görə,  turizmin  keyfiyyəti  göstərilən  xidmətlərin 
keyfiyyətindən  asılıdır,  Bu  səbəbdən  turizm  sahəsində  peşəkarların 
savadının  artırılması  olduqca  vacibdir.  Turizmin  məktəb  və  alı  təhsil 
ocaqlarının  tədris  planlarına  daxil  edilməsi  yolu  ilə  mütəxəssislər 
hazırlığı,  turizm  peşəsinin  nüfuzunun  artırılması,  turizm  sahəsimlə 
tədris 
müəssisələri 
şəbəkəsinin 
yaradılması 
üzrə 
tədbirlər 
görülməlidir.
Onuncu  prinsip  turizmin  dövlət  planlaşdırılmasın!  nəzərdə 
tutur.  Həmin  prinsipə  görə  turizm  hakimiyyət  orqanları  tərəfindən 
kompleks  və  ardıcıllıq  əsasında  planlaşdırılmalıdır.  Bütün  ölkələrdə 
milli  turizm  idarələrinin  hüquq  və  öhdəliklərini  genişləndirmək 
lazımdır.  Belə  ki,  elmi-texniki  tərəqqi  və  asudə  vaxtın  artması  ilə 
turizmin  rolu  artacaqdır.
Haaqa  Bəyannaməsinin  prinsipləri  BM I.  YUNhSKO-ııuıı 
Beynəlxalq  aktları.  Beynəlxalq  turizm  təşkilatlarının  qəbul  etdikləri 
-..mədlərlə,  turizm  sahəsində  bir  çox  ölkələrin  qanunverici  aktları  ilə 
səsləşir,  bir çox  məsələlərdə onları  genişləndirir və tamamlayır.
450
451


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə