Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə111/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   107   108   109   110   111   112   113   114   ...   122

kateqoriya  ilə  yəni  bir  ulduzla  kifayətlənməli  olur.  28  iyul  1966 -  cı 
ildə  turist  kempinqləri  adı  altında  formalaşan  yerləşdirmə  mərkəzləri 
meydana gəldi.  Kempinqlər üçün  hazırda dörd kateqoriya  üzrə  ulduz 
təsnifat  sistemi  həyata  keçirilir.  Bir  ulduzdan  üç  ulduza  kimi 
təsnifatın  aparılması  mümkün  olsa  da,  üç  ulduz  və  lüks  dərəcə 
adlanan  dördüncü kateqoriya da mövcuddur.
Fransada  14  fevral  1964-cü  ilin  qərarına  əsasən  bütün  otellər 
6  kateqoriya  üzrə  təsnif  edilir:  ulduzsuz  otellər,  bir  ulduzdan  dörd 
ulduza  kimi  olan  otellər  və  dörd  ulduz  lüks  adlanan  otellər.  Lakin 
turistlərin  yerləşdirmə  mərkəzləri  bir  ulduzdan  dörd  ulduza  kimi 
təsnif  edilir.  Bu  otellərin  hər  birinin  reklam  və  tanıtun  işləri 
hazırlanarkən  onların  ulduzları  da qeyd edilir.  29 aprel  1963  -  cü ildə 
restoranlar da  təsnif edildi  və  8  oktyabr  1965  -  ci  ildə  isə  restoranlar 
beş kateqoriya  üzrə bölünməyə başlanıldı.
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya 
və  Patent  üzrə  Dövlət  Komitəsi  AZS  745-2012  "Mehmanxana  və 
mehmanxana  tipli  obyektlərin  təsnifatı,  ulduz  kateqoriyalarının 
müəyyənləşdirilməsi  və  qiymətləndirmədə  meyarların  tətbiq  edil­
məsi"  dövlət  standartını  təsdiq  etmiş  və  tətbiq  vaxtını  10  dekabr 
2012-ci  il  tarixindən  müəyyən  etmişdir.  Standart  "Azərbaycan 
Respublikasında  2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair 
Dövlət  Proqramf'nın  icrasını  təmin  etmək  məqsədilə  "Turizm  və 
yerdəyişmə  vasitələrinin  xidmətləri"  üzrə  Texniki  Komitə  tərəfindən 
hazırlanmışdır.  “Mehmanxana  və  mehmanxana  tipli  obyektlərdə 
ictimai  iaşə  müəssisələrinin  təsnifatı”  adlı  dövlət  standartı  isə  16.  01. 
2008  -   ci  ildə  tarixində  hazırlanmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu 
proses  ilk  dələ  tətbiq  olunur.  İlk  yoxlama  müddəti  2012  ci  il  üçün 
nəzərdə  tutulsa  da,  dövrü  yoxlama  5  ildir.  “Yerləşdirmə  vasitələri. 
Ümumi  tələblər”  adlanan  dövlət  standartı  isə  31.07.2009-cu  ildə 
qüvvəyə  minib,  illik  yoxlama  müddəti  2014 -  cü  ildir  və  dövrü  yox­
lama  5  ildir.  Yerləşdirmə  mərkəzlərinin  standartlara  uyğun  təsnifatı 
ilə  bağlı  Azərbaycan  Respublikasının  Dövlət  Standartı  2012  -   ci  ildə 
qəbul  edilmişdir.  “Mehmanxana  və  mehmanxana  tipli  obyektlərin 
təsnifatı,  ulduz  kateqoriyalarının  müəyyənləşdirilməsi  və  qiymətlən-
440
dırmədə  meyarların  tətbiq  edilməsi"  kimi  adlanan  bu  standartlarda 
bütün  təsnifat  işləri  sxem  şəkilində əks etdirmişdir.
Standartlaşdırma -  mövcud  mehmanxananı  təmin  etmək  üçün 
qarşıya  qoyulmuş  tələblərə  uyğun  olaraq  qayda,  qanun  və 
xüsusiyyətlərin 
hazırlanmasıdır. 
Məhsulların  təhlükəsizliyi 
və 
xidmətin  düzgün  şəkildə  qurulması,  müştərinin  həyatını,  onun  sağ­
lamlığını  və  şəxsi  malının  nəzərə  alınması  deməkdir.  İstənilən 
standartların  hazırlanması  zamanı  beynəlxalq  və  regional  standartlar 
nəzərə  alınmalı,  sanitar,  tikinti  tələbləri  və  sənədləşmə  prosesindəki 
qaydalara əməl olunmalıdır.
Keyfiyyətin  beynəlxalq  aləmdə  yayılmasında  İSO  9000 
standartlarının  böyük  rolu  olmuşdur  və  bu  iqtisadi  məkanda  bir 
bayraq  rolunu  oynayır.  İSO  9000  bütün  keyfiyyət  hissələrini  sanki 
yoxlamadan  keçirtməyə  bacaran  bir  standart  formasıdır.  Bıı  standart 
nö\ü  çox  insanlar  tərəfindən  yalnız  istehsal  sahələrinə  aid  edildiyi 
düşünülsə  də,  bunun  əksinə  olaraq  xidmət  sahələri  üçün  də  nəzərdə 
tutulmuşdur.  İSO  kimi  standartların  həyata  keçirilməsi  əvvəlcə 
böyük  istehsal  müəssisələrinə  həyata  keçirilmişdir.  Sonrakı  müddət­
də  isə bu  firmalar öz ətraflarında  mövcud olan  tədarükçülərdən  də  bu 
standartları  tələb  etməyə  başladılar  və  nəhayət  kiçik  və  orta  ölçülü 
müəssisələrdə də bu sistem  tətbiq  edilməyə başlandı.
İSO  9000  standartı  -   keyiıyyət  idarəetməsində  mıihüm  rola 
malikdir  və obyektlərdə  müxtəlif standartların  sınaqdan  keçirilməsini 
tətbiq edir.  Həmçinin  müxtəlif terminlərin  izahını  həyata  keçirir.
İSO  9001  standartı 
keyfiyyətli  idarəetmənin  təşkil  olunması 
üçün  müəyyən  tələblər  sistemi  yaradır.  İstehlakçıların  tələblərinə 
cavab  verən,  daima  yüksək  səviyyədə  olan  və  ümumi  standartlara 
cavab verən  məhsulun  hazırlanması  əsas şəridir.
İSO  9004  standartı 
İstehlakçıların  keyfiyyətli  idarəetmə 
haqqında  irəli  sürdükləri  rəyləri  və  fikirləri  nəzərdən  keçirərək 
ümumi  nəticə hazırlayır.
İSO  19011  standartı  -   keylıyyatli  idarəetmə  üçün  auditlərə 
metodik göstərişlər verir.
441


Yoxlama suallar:
1.  Lisenziya nodir və  hansı məqsədlə tələb olunur?
2.  Sertifikat anlayışı  və məcburi  sertifıkatlaşma nədir?
3.  Sertifikatlaşdınnanın həyata  keçirilmə məqsədləri  nədir?
4.  Standartlaşdırma anlayışı  və dünya standartları.
5.  Azərbaycanda standartlaşdırma prosesinin həyata keçirilmə yolları.
Ədəbiyyat
1.  Стандартизация  u  сертификация  в  туризме  [Текст]  :  учеб,  пособие  /  Г. 
Дехтярь.  -  Москва  :  Финансы  и  Статистика,  2009  ; Москва  :  ИНФРА-М,  2009.
2.  Лицензирование  и  сертификация  в  туризме  [Текст]  :  учеб,  пособие  /  Г. 
Дехтярь.  - Москва  :  Финансы  и  Статистика, 2006.  - 256 с.
10.3.  Turizmdə  beynəlxalq və dövlət tənzimlənməsi
Turizm  fəaliyyətinin  əlaqələndirilməsi  və  tənziminə  dair  əsas 
tədbirlər  Beynəlxalq  təşkilatların  keçirdiyi  konfranslar,  Assamble­
yalar,  görüşlər,  toplantılar,  konqreslər,  seminarlardır.
Dövlətlərin  turizm  sahəsində  fəaliyyətinin  tənzimlənməsi  və 
əlaqələndirilməsi,  onların  əməkdaşlığının  qayda  və  prinsiplərinin. 
Beynəlxalq  turizm  fəaliyyətinin  norma  və  standartlarının  işlənib 
hazırlanması  və  tətbiqinin  mühüm  Beynəlxalq-hüquqi  formalarından 
biri  turizm  üzrə  BMT  konfransı.  Beynəlxalq  turizm  təşkilatlarının 
forumları  və  ilk  növbədə  BMÜTT konfraslarıdır.
Beynəlxalq  turizm  fəaliyyətinin  tənzim  olunması  vasitələri 
dedikdə  turizm  fəaliyyətinin  həyata  keçirilməsində  müəyyən  qayda, 
norma,  prinsip  və  yanaşmaların  Bərqərar  olmasına  yönəldilmiş 
hüquqi  aktlar  və  rəsmi  sənədlər  başa  düşülür.  Onlar  elan  edilmiş 
ideya,  prinsip,  konsepsiya  və  strategiyaların  təcrübədə  reallaşdırıl­
ması  məqsədlərinə  xidmət edir.
Beynəlxalq  konfrans  və  forumlarda qəbul  edilmiş  Beynəlxalq 
Bəyannamələr,  qətnamələr,  sazişlər,  protokollar,  tövsiyələr  belə 
vasitələrdəndir.
442
Beynəlxalq  Bəyannamə  -   təşkilatların  Beynəlxalq  münasi­
bətlərin  hansısa  konkret  sahəsində,  məsələn  turizm  sferasında 
fəaliyyətinin  əsas  siyasət  prinsipləri  və  ya  proqram  müddəalarını 
bəvan  etmiş  Beynəlxalq  təşkilatlar  və  ya  Beynəlxalq  konfrans 
iştirakçılarının rəsmi  Bəyanatıdır.
Beynəlxalq  konvensiyalar  müqavilə  növlərindən  biridir, 
konvensiyalar,  insan  fəaliyyətinin  hər  hansı  spesifik  sahəsində 
dövlətlərin  qarşılıqlı  hüquq  və  öhdəliklərini  müəyyən  edir.  Konven- 
şivaların  əksəriyyəti  ixtisaslaşmış  Beynəlxalq  təşkilatlar  tərəfindən 
işlənib  hazırlanır  və  qəbul  edilir.  Məsələn,  dəniz  hüququ  üzrə  BM'I- 
nin Beynəlxalq  konvensiyaları  hüquq  normasını  sistemləşdirir.
Beynəlxalq  turizm  fəaliyyətinin  tənzim  olunmasının  əsas 
vasitələri aşağıdakılardır:
c   limumdünya  İnsan  Hüquqları  Bəyannaməsi  (1948);
C  iqtisadi, sosial və mədəni  hüquqlar üzrə  Beynəlxalq  Pakt (196(3):
J  Mülki  və siyasi  hüquqlar üzrə  Beynəlxalq  Pakt (1966);
S  Beynəlxalq  hava  daşımalarına  aid  bəzi  qaydaların  vahid  şəklə 
salınması  üçün  Varşava konvensiyası  (1929);
S  Beynəlxalq  mülki  aviasiya  üzrə  (,'ikaqo  konvensiyası  (1944)  və 
həmin  məsələ  ilə  əlaqədar  Tokio,  Haaqa,  Monreal  konvensi­
yaları;
V  Turizmin gömrük təminatı  konvensiyası  (1954);
V  Turizm  səyahətlərinin  sadələşdirilməsi  üzrə  Budapeşt  konven­
siyası (1976);
^   Səyahət  müqavilələri  üzrə  Beynəlxalq  konvensiya (1970);
V  Dünya mədəni  və təbii  irsinin  müdafiəsi  konvensiyası  (1972);
V  Dünya turizmi  üzrə  Manila  Bəyannaməsi  (19X0);
V  Hüquqlar  haqqında  turizm  Billi,  turizm  Xartiyası,  tıııizm 
Məcəlləsi  qəbul  etmiş  BMÜTT 
Baş  Assambleyasının  VI 
sessiyasının  Sofiya  qətnaməsi  (19X5);
V  Uşaq  hüquqları  üzrə  konvensiya (1990);
V  Turizmin  və  turistlərin  təhlükəsizliyinin  təminatı  üzrə  BMIJ1  I 
Baş  Assambleyasının  IX  sessiyasının  Buenos-Ayres  qətnaməsi 
(
1991
);
443


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə