Bizim h
əyati təcrübələrimiz, adətlərimiz məhz şərti reflekslərdən ibarətdir.
Ali sinir f
əaliyyətinin bir çox qanunauyğunluqları - baş beyin qabığında oyanma və
l
əngimə proseslərinin qarşılıqlı əlaqəsi, I və II siqnal
sistemlərinin vəhdəti, sinir
prosesl
ərinin sistemi (dinamik stereotip), beynin nəzarətedici və tənzimləyici funksiyası
haqqında biliklər təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin
s
əmərəsini yüksəltməyə kömək göstərir. İ.M.Seçenova görə, mənimsəmə başqalarının
t
əcrübəsinin insanın öz şəxsi göstəriciləri ilə qovuşmasıdır. Bu o deməkdir ki, şagirdin
şəxsi
təcrübəsindən keçməyən, həmin təcrübəyə istinad etməyən məlumat tam
m
ənimsənilə bilməz.
T
əlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji
qanunauyğunluqlar da özünü göstərir.
Bilikl
ərin mənimsənilməsi prosesini yaxşı başa düşmək üçün onun daxili mexanizmini,
quruluşunu (tərkib hissələrini), başqa sözlə, psixoloji xarakteristikasını bilmək lazımdır.
T
əlimdə şagirdin öyrənmə yolu qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə
prosesl
ərindən keçir.
Qavrama
t
əlim prosesində əşya və hadisələr haqqında, onların
əlamət və xüsusiyyətləri ilə bağlı şagirdlərin məlumat əldə etməsidir. Qavrama həm
bilavasit
ə (müşahidə yolu ilə), həm də bilavasitə (müəllimin danışığı və kitabla) ola bilər.
T
əlim prosesində hər iki qavrama növü vəhdətdə tətbiq edilməlidir. Qavramanın
s
əmərəli olması üçün şagirdlərin həyat təcrübələrinə (müşahidələrinə, mövcud
t
əsəvvürlərinə) istinad etmək lazımdır.
Anlama m
ənimsəmənin əsas şərtidir. O, təfəkkürlə müşayiət olunur. Anlayışın dolğun və
tam formalaşması üçün şagirdləri təfəkkür əməliyyatları aparmağa (təhlil-tərkib,
müqayisə, ümumiləşdirmə, nəticə çıxarmaq və s.) geniş cəlb etmək vacibdir. Bu halda
t
əlim materialı daha yaxşı dərk olunur.
Möhkəmlətmə
m
ənimsəmənin zəruri ünsürlərindən biridir. O, qazanılmış
biliklərin
hafiz
ədə uzun müddət saxlanması və daha da dərinləşməsini təmin edir. Əks halda
keçilən biliklər unudular, təlim səmərəsiz bir işə çevrilər. Möhkəmləndirmənin səmərəsi
üçün mexaniki və məntiqi yaddasaxlamanı uzlaşdırmaq, uzun müddətə yaddasaxlama
ustanovkası yaratmaq, keçilən və yeni
biliyi əlaqələndirmək, təkrarla tətbiqetməni
uzlaşdırmaq, şagirdlərin fəallıq və müstəqilliyini artırmaq lazımdır.
17
T
ətbiqetmə
t
əlimin çox mühüm ünsürü olub, nəzəri biliyi həyata, çalışmalara tətbiq
etm
ək bacarıqları aşılamağa kömək edir. Tətbiqetmə sayəsində şagird bilikləri şüurlu və
möhkəm mənimsəyir; biliyə inamı və marağı artır; nəzəri biliklər onun üçün həyati məna
k
əsb edir; zəruri bacarıq və vərdişlər formalaşır. Bu mənada "tətbiqetmə biliyin anasıdır"
fikrin
ə haqq qazandırmaq lazım gəlir.
M
ənimsəmənin ünsürləri vəhdətdə həyata keçirilməlidir; öyrənmə zamanı bu ünsürlər
bir-birin
ə nüfuz etməlidir: qavrama prosesində ilkin anlamanı təmin etmək, anlama
prosesind
ə qavrama və möhkəmlətmə vəzifələrini, tətbiqetmə zamanı isə anlama
v
əzifəsini həyata keçirmək səmərəli nəticə verir.
M
əktəb təcrübəsində mənimsəmə ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik halları
müşahidə olunur. Bəzən müəllim yeni biliyi şərh edir və ya kitabdan oxutdurur (qavrama
m
ərhələsi), anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə keçir. Bu da
t
əlimdə əzbərçiliyə, formalizmə gətirib çıxarır: şagird yaxşı dərk etmədiyi məsələləri
mexaniki yadda saxlamağa çalışır. Şagirdlər biliyi yaxşı anlamadıqlarından onu tətbiq
etm
əkdə çətinlik çəkirlər. Bunun qarşısını almaq üçün mənimsəmə ünsürlərini
əlaqələndirmək vacibdir.
T
əlim prosesinin mahiyyətini dərk etmək üçün ona fəaliyyət nəzəriyyəsi baxımından
yanaşmaq lazım gəlir. Psixoloqlar təlimi fəaliyyət kimi səciyyələndirirlər.
Fəaliyyət
insanın öz tələbatını ödəməyə yönəlmiş fəallığıdır. Təlim fəaliyyəti şagirdin müəllim
t
ərəfindən istiqamətləndirilən fəal, müstəqil fəaliyyətidir. O, mürəkkəb quruluşa malikdir.
Onun dörd başlıca komponenti ayırd edilir: təlimin məqsədi və vəzifələri, təlim
əməliyyatları, özünənəzarət və özünüqiymətləndirmə. Bunlar bir-biri ilə şərtlənən
müəyyən sistem təşkil edir.
T
əlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti
il
ə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri,
m
əzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə
müəyyən olunur.
T
əlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır.
Dostları ilə paylaş: