Бизнесин тяшкили вя идаря едилмяси
43
3.3. Müə
ssisə
nin innovasiya strategiyasının
iş
lə
nib hazırlanması
Müəssisənin innovasiya strategiyasını iki əsas tip şəklındə birləşdir-
mək və təqdim etmək olar:
-prinsipcə yeni məhsulların işlənilməsi və reallaşdırılmasına yönəl-
dilən lider strategiyası;
-təkmilləşdirilmiş texnologiyanın bazara daxil olmasını nəzərdə tutan
ardıcıllıq strategiyası.
Tədqiqatçı lider strategiyası əsasında elmi-tədqiqat və konstruktor
işlərinin təşkili sahəsində uzunmüddətli aparıcı mövqeyə nail ola bilər.
nnovasiyanın işlənməsi və reallaşdırılmasının təşkilati mərhələlərinin
sayı baza və yaxşılaşdırılmış texnologiyalar üçün onların həyat tsiklinin
mərhələlərini əks etdirməklə eyni olacaqdır. Çünki məhsul və texnoloji in-
novasiya, onların yenilik dərəcəsindən və miqyasından asılı olmayaraq hə-
yat tsiklinin müəyyən mərhələlərindən (doğum, yüksəliş, yetkinlik və enmə)
keçir. O ki, qaldı həyata keçirilən mərhələlərdən hər birinin struktur məzmu-
nuna lider və ardıcıl innovasiya strategiyasının işlənilməsi və real-
laşdırılması üçün zəruri hərəkətin xarakteri fərqli olacaqdır. Bu fərqlər həm
maraqlı tərəflərin tərkibində, həm də innovasiyanın hər bir tipi və miqyası
üzrə tələb olunan investisiya xərclərinin həcmində təzahür edir. Ona görə də
innovasiyalı inkişaf strategiyasını planlaşdıran zaman bu prinsipial fərqləri
hərtərəfli təhlil etmək və qiymətləndirmək vacibdir.
nnovasiyalı layihələşdirmənin addımlarını həyat tsiklinin mərhə-
lələrini əks etdirən 4 mərhələ üzrə qruplaşdırmaq və təqdim etmək olar: təd-
qiqat, konstruktiv, konseptual və distributiv.
Mərhələlərin göstərilən işarələri və onların ardıcıllığı həm yeni və həm
də yaxşılaşdırılmış texnologiyaların işlənməsi zamanı tətbiq edilə bilər.
Çünki bu və ya digər tip innovasiyanın yaradılması üçün əvvəlcə kompleks
axtarış işləri görülür, sonra istehsal-texnoloji və bazar layihələşdirilməsi
aparılır, yeniliyin bazara irəliləməsi həyata keçirilir.
Baza və yaxşılaşdırılmış texnologiyaları öz inkişafında eyni mərhə-
lələri keçməsinə baxmayaraq ayrılan mərhələlərin hər birində həmin inno-
vasiya üçün ilkin və sonuncu məqsəd müxtəlifdir. Belə ki, prinsipcə yeni
məhsul yaratmaqdan ötrü miqyaslı elmi-tədqiqat və konstruktur işlərinin
təşkilini həyata keçirmək lazımdır. Halbuki yaxşılaşdırılmış texnologiya-
ların reallaşdırılması zamanı bu tədbirlərdən bəzilərini həyata keçirməyə eh-
tiyac qalmır, yalnız konstruktor işlərinin təşkilini aparmaqla kifayətlənmək
olar. Belə ki, bu tip innovasiya artıq bəlli olan elmi biliklərə əsaslanır. Yeni
və yaxşılaşdırılmış texnologiyaların tətbiqi proseslərinin idarə olunmasın-
dakı mövcud uyğunluqları və fərqli cəhətləri aşağıdakı kimi qruplaşdırmaq
olar (cədvəl 3.1).
Бизнесин тяшкили вя идаря едилмяси
44
Cə
dvə
l 3.1.
Baza və
yaxş
ılaş
dırılmış
innovasiyaların
iş
lə
nilmə
si proseslə
rində
uyğ
unluq və
fə
rqlə
r
Mə
rhə
lə
nnovasiya
Baza
Yaxş
ılaş
dırılmış
Tədqiqat
Yeni elmi-texniki biliklərin
və imkanların aşkara çıxarıl-
ması (fundamental və tətbiqi
tədqiqatlar)
Yeni bazar tələbinin aşkara çı-
xarılması (marketinq tədqiqatları)
Konstruktiv Sənaye prototipinin yaradıl-
ması (ET )
Sənaye nümunəsinin yaradılması
(TK )
Konseptual
stehsal məhsulları bazarında
innovasiyanın kommersiya-
laşdırılması (sənaye marke-
tinqi)
stehlak bazarında innovasiyanın
kommersiyalaşdırılması (istehlak
marketinqi)
Distributiv
Yeni bazarın formalaşması
(təklif sferası)
Bazarda yeni məhsulun formalaş-
ması (tələb sferası)
1. Tədqiqat mərhəsi yeni və yaxşılaşdırılmış texnologiyaların iş-
lənilməsi üçün başlanğıc baza onların idarə olunması metodlarında proses
fərqlərinə münasibətdə əsas hesab edilir. Yeni innovasiyanın əsas mahiyyəti
yeni məhsulu ilk dəfə bazara çıxarmaq və onun bütün üstünlüklərindən
istifadə etməkdən ibarətdir. Prinsipcə yeni texnologiyanın alınması funda-
mental və tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna isə yalnız apa-
rıcı yüksəktexnoloji müəssisə və təşkilatların imkanı ola bilər. Yeni texnolo-
giyaların işlənməsi strategiyasının seçilməsinə innovasiya praktikasında çox
təsadüfi hallarda rast gəlinir. Həmin müəssisə dünya bazarında müstəsna li-
der sayılır, bütün qalan müəssisələr onun texnologiyasından istifadə edirlər.
Yaxşılaşdırılmış texnologiyalar mövcud, artıq məlum elmi-texniki
biliklərə və qərarlara əsaslanır. Onların əsas təyinatı məlum məhsulun möv-
qeyinin möhkəmləndirilməsi məqsədilə onu alıcılıq xassəsi nöqteyi-nə-
zərindən unikal formalaşdırmaqdan ibarətdir. Bazara belə irəliləmə həmin
məhsulun dizaynının yaxşılaşdırılması, yaxud texniki xarakteristikasının
təkmilləşdirilməsi nəticəsində mümkündür. Yeniliklərin yaradılması üçün
informasiya bazasının formalaşmasının əsas metodları marketinq tədqiqat-
ları hesab edilir.
Prinsipcə yeni texnologiyanın işlənməsi üçün informasiya-texnoloji
mərkəzlər, biznes-inkubatorlar, texnoparklar, texnologiya ötürən və inno-
vasiyalara dəstək verən digər mərkəzlər kimi strukturlar ilə qarşılıqlı əmək-
daşlığın həyata keçirilməsi zəruridir.