Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə19/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   15   16   17   18   19   20   21   22   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

43 


3.3. Müəssisənin innovasiya strategiyasının  

işlənib hazırlanması 

 

Müəssisənin  innovasiya  strategiyasını  iki  əsas  tip  şəklındə  birləşdir-



mək və təqdim etmək olar:  

-prinsipcə  yeni  məhsulların  işlənilməsi  və  reallaşdırılmasına  yönəl-

dilən lider strategiyası; 

-təkmilləşdirilmiş  texnologiyanın  bazara  daxil  olmasını  nəzərdə  tutan 

ardıcıllıq strategiyası.  

Tədqiqatçı  lider  strategiyası  əsasında  elmi-tədqiqat  və  konstruktor 

işlərinin təşkili sahəsində uzunmüddətli aparıcı mövqeyə nail ola bilər. 

nnovasiyanın işlənməsi və reallaşdırılmasının təşkilati mərhələlərinin 

sayı  baza  və  yaxşılaşdırılmış  texnologiyalar  üçün  onların  həyat  tsiklinin 

mərhələlərini əks etdirməklə eyni olacaqdır. Çünki məhsul və texnoloji in-

novasiya,  onların  yenilik  dərəcəsindən  və  miqyasından  asılı  olmayaraq  hə-

yat tsiklinin müəyyən mərhələlərindən (doğum, yüksəliş, yetkinlik və enmə) 

keçir. O ki, qaldı həyata keçirilən mərhələlərdən hər birinin struktur məzmu-

nuna  lider  və  ardıcıl  innovasiya  strategiyasının  işlənilməsi  və  real-

laşdırılması üçün zəruri hərəkətin xarakteri fərqli olacaqdır. Bu fərqlər həm 

maraqlı  tərəflərin  tərkibində,  həm  də  innovasiyanın  hər  bir  tipi  və  miqyası 

üzrə tələb olunan investisiya xərclərinin həcmində təzahür edir. Ona görə də 

innovasiyalı  inkişaf  strategiyasını  planlaşdıran  zaman  bu  prinsipial  fərqləri 

hərtərəfli təhlil etmək və qiymətləndirmək vacibdir. 

nnovasiyalı  layihələşdirmənin  addımlarını  həyat  tsiklinin  mərhə-

lələrini əks etdirən 4 mərhələ üzrə qruplaşdırmaq və təqdim etmək olar: təd-

qiqat, konstruktiv, konseptual və distributiv. 

Mərhələlərin göstərilən işarələri və onların ardıcıllığı həm yeni və həm 

də  yaxşılaşdırılmış  texnologiyaların    işlənməsi  zamanı  tətbiq  edilə  bilər. 

Çünki bu və ya digər tip innovasiyanın yaradılması üçün əvvəlcə kompleks 

axtarış  işləri  görülür,  sonra  istehsal-texnoloji  və  bazar  layihələşdirilməsi 

aparılır, yeniliyin bazara irəliləməsi həyata keçirilir. 

Baza  və  yaxşılaşdırılmış  texnologiyaları  öz  inkişafında  eyni  mərhə-

lələri  keçməsinə  baxmayaraq  ayrılan  mərhələlərin  hər  birində  həmin  inno-

vasiya  üçün  ilkin  və  sonuncu  məqsəd  müxtəlifdir.  Belə  ki,  prinsipcə  yeni 

məhsul  yaratmaqdan  ötrü  miqyaslı  elmi-tədqiqat  və  konstruktur  işlərinin 

təşkilini  həyata  keçirmək  lazımdır.  Halbuki  yaxşılaşdırılmış  texnologiya-

ların reallaşdırılması zamanı bu tədbirlərdən bəzilərini həyata keçirməyə eh-

tiyac qalmır,  yalnız konstruktor işlərinin təşkilini aparmaqla kifayətlənmək 

olar. Belə ki, bu tip innovasiya artıq bəlli olan elmi biliklərə əsaslanır. Yeni 

və  yaxşılaşdırılmış  texnologiyaların  tətbiqi  proseslərinin  idarə  olunmasın-

dakı mövcud uyğunluqları və fərqli cəhətləri aşağıdakı kimi qruplaşdırmaq 

olar (cədvəl 3.1). 




Бизнесин тяшкили вя идаря едилмяси 

44 


 Cədvəl 3.1. 

 

Baza və yaxşılaşdırılmış innovasiyaların 

işlənilməsi proseslərində uyğunluq və fərqlə

 

Mərhələ 

nnovasiya 

Baza 

Yaxşılaşdırılmış  

Tədqiqat 

Yeni  elmi-texniki  biliklərin 

və  imkanların  aşkara  çıxarıl-

ması  (fundamental  və  tətbiqi 

tədqiqatlar) 

Yeni  bazar  tələbinin  aşkara  çı-

xarılması (marketinq tədqiqatları) 

Konstruktiv  Sənaye  prototipinin  yaradıl-

ması (ET ) 

Sənaye  nümunəsinin  yaradılması 

(TK ) 


Konseptual 

stehsal  məhsulları  bazarında 

innovasiyanın    kommersiya-

laşdırılması  (sənaye  marke-

tinqi) 

stehlak  bazarında  innovasiyanın 



kommersiyalaşdırılması  (istehlak 

marketinqi) 

Distributiv 

Yeni    bazarın  formalaşması 

(təklif sferası) 

Bazarda  yeni  məhsulun  formalaş-

ması (tələb sferası) 

 

1.  Tədqiqat  mərhəsi  yeni  və  yaxşılaşdırılmış  texnologiyaların  iş-

lənilməsi  üçün  başlanğıc  baza  onların  idarə  olunması  metodlarında  proses 

fərqlərinə münasibətdə əsas hesab edilir. Yeni innovasiyanın əsas mahiyyəti 

yeni  məhsulu  ilk  dəfə  bazara  çıxarmaq  və  onun  bütün  üstünlüklərindən 

istifadə  etməkdən  ibarətdir.  Prinsipcə  yeni  texnologiyanın  alınması  funda-

mental və tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna isə  yalnız apa-

rıcı yüksəktexnoloji müəssisə və təşkilatların imkanı ola bilər. Yeni texnolo-

giyaların işlənməsi strategiyasının seçilməsinə innovasiya praktikasında çox 

təsadüfi hallarda rast gəlinir. Həmin müəssisə dünya bazarında müstəsna li-

der sayılır, bütün  qalan müəssisələr onun texnologiyasından istifadə edirlər. 

Yaxşılaşdırılmış  texnologiyalar  mövcud,  artıq  məlum  elmi-texniki 

biliklərə və qərarlara əsaslanır. Onların əsas təyinatı məlum məhsulun möv-

qeyinin  möhkəmləndirilməsi  məqsədilə  onu  alıcılıq  xassəsi  nöqteyi-nə-

zərindən  unikal  formalaşdırmaqdan  ibarətdir.  Bazara  belə  irəliləmə  həmin 

məhsulun  dizaynının  yaxşılaşdırılması,  yaxud  texniki  xarakteristikasının 

təkmilləşdirilməsi  nəticəsində  mümkündür.  Yeniliklərin  yaradılması  üçün 

informasiya  bazasının  formalaşmasının  əsas  metodları  marketinq  tədqiqat-

ları hesab edilir. 

Prinsipcə  yeni  texnologiyanın  işlənməsi  üçün  informasiya-texnoloji 

mərkəzlər,  biznes-inkubatorlar,  texnoparklar,  texnologiya ötürən və inno-

vasiyalara dəstək verən digər mərkəzlər kimi strukturlar ilə qarşılıqlı əmək-

daşlığın həyata keçirilməsi zəruridir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə