Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə15/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   11   12   13   14   15   16   17   18   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

35 


III FƏS L. MÜƏSS SƏN N  NNOVAS YALI  

NK ŞAFI 

 

3.1.  nnovasiyalı inkişafın konseptual əsasları 

 

Müasir  şəraitdə  yeni  texnologiyaların  təsərrüfat  dövriyyəsinə  cəlb 



edilməsi  effektivliyinin  yüksəldilməsi  müəssisənin  innovasiyalı  inkişaf 

metodologiyasının işlənib hazırlanmasını zəruri edir. 

Müəssisədə  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinin  idarə  edil-

məsinin müasir prinsiplərinə, eləcə də  yeni texnologiyaların tətbiqinin əsas 

metodoloji  aspektlərinə  təkamül  prosesində  baxmaq  məqsədəuyğundur. 

Yeni  texnologiyaların  işlənməsi  və  tətbiqi  sferasında  biznesin  aparılması 

şə

raitinin  dəyişilməsini  və  xarici  iqtisadi  mühitin  trasformasiyasının  daxili 



idarəetmə  qərarlarının  qəbul  edilməsi  metodlarının  inkişafına  təsirini  təhlil 

etmək lazımdır. Təhlil nəticəsində meyilin aşkara çıxarılması müasir təsər-

rüfatçılıq  şəraitində  müəssisənin  innovasiyalı  inkişafı  metodologiyasının 

formalaşması üçün konseptual əsas ola bilər. 

 Məlum olduğu kimi, dünya iqtisadiyyatı müəyyən inkişaf mərhələlə-

rindən  keçib:  kənd  təsərrüfatı,  sənaye  və  postsənaye  dövrü.  Son  illər  yeni 

qlobal  iqtisadi  mühitin  təşəkkülü  prosesi  baş  verir.  Dünya  iqtisadiyyatının 

sənaye və postsənaye dövrü innovasiya dövrü ilə əvəz olunur. 

Yeni  iqtisadi  sistem  deyəsən  xarici  mühitdə  təsərrüfat  subyektlərinin 

səmərəli  fəaliyyət  göstərmələrinə  imkan  verən  əsas  rəqabət  üstünlüklərinin 

ə

vəzlənməsilə səciyyələnir. Bu hər şeydən əvvəl qeyri-material aktivlərinin 



rolunun artırılmasında, intellektual kapitalın geniş investisiyalaşdırılmasında 

təzahur edir. 

Strateji resurs kimi elmi biliklərin rolunun artması və müvəffəqiyyətin 

ə

sas  faktoru  kimi  texnoloji  innovasiyaların  artan  təsiri  ona  gətirib  çıxar-



mışdır ki, bu gün bütün dünyada müəssisənin iqtisadi artımı mütərəqqi bilik-

ləri və müasir qərarları özündə əks etdirən yeni məhsulun və avadanlıqların 

payı ilə müəyyən olunur.  

Müəssisə  idarəetmə  qərarları  qəbul  edir  və  eyni  zamanda  təsərrüfat 

fəaliyyətinin  müxtəlif  sferalarında  iqtisadi  məqsəd  və  vəzifələr  qoyur. 

qtisadi  artıma  yeni  texnologiyaların  təsirinin  gücləndirilməsi  ilə  əlaqədar 

korporativ  və  strateji  idarəetmə  sistemində  innovasiyalı  inkişafın  müasir 

rolu və əhəmiyyətini müəyyənləşdirmək zəruridir. 

nnovasiyalı  inkişafın  tədqiqi  hər  şeydən  əvvəl  innovasiyalar  və  on-

ların təsnifatı, innovasiya prosesi və onun təşkilediciləri, innovasiya fəaliy-

yəti və onun xarakteristikası kimi əsas anlayışların öyrənilməsini tələb edir. 

Bu  iqtisadi  kateqoriyaların  mahiyyəti  və  məzmununun  açıqlanması,  həm-

çinin  yeni  texnologiyanın  işlənilməsi  və  tətbiqi  xüsusiyyətlərinin  aşkara 



Бизнесин тяшкили вя идаря едилмяси 

36 


çıxarılması təsərrüfat subyektlərinin innovasiyalı inkişafının həyata keçiril-

məsinin müasir konsepsiyasını müəyyənləşdirməyə imkan verir. 

« nnovasiya»  anlayışı  ilk  dəfə  XIX  əsrdə  mədəniyyətşünaslıq  üzrə 

elmi-tədqiqatlarda  verilmişdir.  O,  bir  mədəniyyətin  bəzi  elementlərinin  di-

gər mədəniyyətlərə daxil olmasını ifadə edirdi. Söhbət Avropa mədəniyyə-

tinə Afrika və Asiya cəmiyyətlərinin ənənələrinin daxil olmasından gedirdi.  

XX əsrin əvvəllərində texniki yeniliklərin qanunauyğunluqları öyrənil-

məyə  başlandı.  Maraqlı  innovasiya  prosesi,  «böyük  tsikl»in  və  ya  uzun 

«dalğaların» mövcudluğu müşahidə edildi. Qərbdə bu ideyanı iqtisadi nəzə-

riyyələrə uyğunlaşdırmağa, xüsusi olaraq istehsalın tsiklik böhranlarını əsas-

landırmağa  və  ona  bəraət  qazandırmağa  çalışırdılar.  Amerika  iqtisadçısı 

ozef  A.Şumpeter  burada  radikal  texniki-iqtisadi  yeniliklərin  aktivləşdi-

rilməsi vasitəsilə iqtisadiyyatda növbəti enməni sürətlə dəf etmək imkanını 

gördü. Aydınlaşdı ki, mənfəətin mənbəyi yalnız qiymətin dəyişdirilməsi və 

ya  xərclərin  azaldılması  deyil,  hətta  buraxılan  məhsulun  radikal  dəyişməsi 

də  ola  bilər.  Bu  dövrdə  firmalar  özlərinin  «innovasiya»  siyasətinin,  bazarı 

onun konyukturuna uyğun təmin edən məhsul yeniliklərinin dinamik sistem-

lərini  hazırlamağa  başladılar.  Deməli,  marketinq  nəzəriyyəsi  qiymət  me-

xanizmindən daha çox innovasiya mexanizminə əsaslanır. 

nnovasiya siyasəti perspektivli ixtira olmaqla yanaşı, iqtisadi və sosial 

xüsusiyyətə  malikdir.  Yeniliklərin  çevik  mexanizminə  əsaslanan  firmalar 

bazarda  tələbin  formalaşması  təşəbbüsünü  ələ  almağa  imkan  yaratdılar. 

Beləliklə,  «istehlak  cəmiyyəti»nin  inkişaf  prosesində  yeniliklərin  əhalinin 

həyat  tərzinə  aktiv  daxil  olması  başlandı.  Daha  doğrusu,  tələb  təklifin  ar-

xasınca gəlirdi.  

Firmalar  belə  strategiyaya  davam  gətirmək  üçün  innovasiya  proses-

lərini geniş mənada dərindən, hərtərəfli öyrənmək məcburiyyətində qaldılar. 

Çünki  dünyada  elmi  nailiyyətlərə  düzgün  orientasiya,  tez-tez  və  fasiləsiz 

dəyişiklikləri  işçi  heyətinin  dərketmə  və  qavrama  qabiliyyəti,  həddindən 

artıq  təkliflərin  olduğu  şəraitdə  firma  rəhbərlərindən  maksimum  seçim 

bacarığı tələb olunurdu. 

nnovasiya  nəzəriyyəsinin  ilk  banisi  Avstriya  iqtisadçısı  .  Şumpeter 

olub. Sonradan bu nəzəriyyə Almaniya iqtisadçısı Q.Menil, Sovet iqtisadçı-

larından  akademik  A. .Ançişkin,  professor  L.S.Boyutin,  professor 

Y.V.Yakoves və başqaları tərəfindən inkişaf etdirilmişdi. 

.Şumpater  “ qtisadi inkişaf nəzəriyyəsi” əsərində yazmışdır ki, inno-

vasiya prosesləri,  yeni kombinasiyalar,  yeni texnikadan istifadə,  yeni xam-

malın yaranması, yeni məhsulun mənimsənilməsi, yeni təchizat bazarlarının 

yaranması və istehsalın  yenidən təşkili nəticəsində formalaşırlar. 

Hərfi  mənada  innovasiya  (ingiliscə  innovation)  azərbaycan  dilinə 

yeniliklərin tətbiqi kimi tərcümə olunur və  yeniliklərdən,  yaxud kəşflərdən 

istifadə prosesi deməkdir.  




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə