Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə11/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   7   8   9   10   11   12   13   14   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

25 


Unitar  müəssisə  ona  təhkim  edilmiş  mülkiyyətçinin  əmlakına  mül-

kiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı 

bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bil-

məz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər. 

Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həm-

çinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası 

və mənbələri haqqında məlumatlar əks etdirilməlidir. 

Dövlət, yaxud bələdiyyə unitar müəssisənin əmlakı dövlət, yaxud bələ-

diyyə mülkiyyətində olur və təsərrüfat fəaliyyəti ilə məşğul olan müəssisəyə 

məxsusdur. Unitar müəssisə əmlakının mülkiyyətçisi, qanunla nəzərdə tutu-

lan hallar istisna olmaqla müəssisənin öhdəliklərinə görə cavabdeh deyil. 

Biznesin  təşkilati-hüquqi  formasını  seçərkən  aşağıdakı  əsas  amilləri 

nəzərə almaq lazımdır: 

- sahibkarın  qarşısına  qoyduğu  məqsəd  və  mövcud  sosial-iqtisadi 

mühitdə onun həyata keçirilməsi yolları; 

- ilkin kapitalın yaradılması üsulu; 

- istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üsulları; 

- biznesin təşkilati forması və idarəetmə metodları; 

-  təsərrüfat  subyektlərinin  yaradılması,  fəaliyyəti  və  ləğv  edilməsini 

tənzimləyən qanunvericilik və normativ-hüquqi baza; 

- sahibkarın istifadə etdiyi əmlakın mülkiyyət forması; 

- istehsalın təşkili forması; 

- müəssisə gəlirinin bölüşdürülməsi qaydası. 

Biznesin  təşkilati-hüquqi  formasının  seçilməsi  haqqında  qərar  qəbul 

edərək sahibkar müəyyənləşdirir: 

- ona  tələb  olunan  mümkün  hüquq  və  öhdəliklərin  səviyyəsi  və  həc-

mini.  Bu  biznesin  profili  və  məzmunundan,  mümkün  tərəfdaşlar  dairəsin-

dən, mövcud qanunvericilikdən asılıdır; 

- müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu bizne-

sin  profili  və  məzmunundan,  şəxsin  imkanlarından,  fəaliyyət  miqyasından, 

biznesin  həyata  keçirildiyi  sahədə  rəqabətin  səviyyəsindən,  mülkiyyət 

formasından asılıdır; 

- müəssisənin  təşkilati  quruluşunun  ən  effektiv  formasını  və  onun 

idarə olunması sxemini. 

Beləliklə,  biznesin  xarakteri,  fəaliyyət  miqyası,  maliyyə  imkanları, 

həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və 

nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək 

mümkündür. 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

26 


I BÖLMƏ.  B ZNES N  TƏŞK L  

 

II FƏS L. MÜƏSS SƏN N YARADILMASI  

VƏ  QT SAD  ƏSASLARI 

 

2.1. Müəssisə iqtisadiyyatın əsas subyekti kimi 

 

Müasir  bazar  iqtisadiyyatında  müxtəlif  mülkiyyət  formalı  çoxnövlü 



təsərrüfat   subyektləri əsas rol oynayırlar. Təsərrüfat subyekti hüquqi şəxs-

dir,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  dövlət  qeydiyyatından  keçir  və 

qarşıya qoyulan məqsədə nail olmaq üçün fəaliyyət göstərir.  

Yaranma  məqsədindən  və  fəaliyyətindən  asılı  olaraq  təsərrüfat  sub-

yektləri  kommersiya  və  qeyri-kommersiya  təşkilatlarına  bölünürlər.  Kom-

mersiya    təşkilatının  əsas  məqsədi  mənfəət  əldə  etmək  və  onu  iştirakçılar 

arasında bölüşdürməkdir. Qeyri-kommersiya təşkilatının məqsədi isə sosial   

məsələləri  həll  etməkdir,  əgər  təşkilat  sahibkarlıq  fəaliyyət  ilə  məşğul 

olursa,  onda  alınan  mənfəət  iştirakçılar  arasında  bölüşdürülmür,  yalnız 

sosial və digər ictimai faydalı məqsədlər üçün istifadə edilir. 

 Kommersiya  təşkilatları  bazar  iqtisadiyyatının  özəyini  təşkil  edir. 

qtisadi  və  hüquqi  ədəbiyyatlarda  bu  özəyin  müxtəlif  cür  adlandırılmasına 

rast gəlinir: firma, şirkət, müəssisə, təşkilat və s. 

Məlum olduğu kimi müasir iqtisadi nəzəriyyə iki hissədən: mikroiqti-

sadiyyat  və  makroiqtisadiyyatdan  ibarətdir.  Mikro  və  makroiqtisadi  sis-

temlər biri-birini tamamlayan vahid iqtisadi sistemin tərkib hissələridir. 

Mikroiqtisadi nəzəriyyənin əsasını firma (müəssisə) nəzəriyyəsi təşkil 

edir.  Bu  nəzəriyyə  milli  iqtisadiyyatın  əsas  həlqəsi  kimi  firmanın  fəaliy-

yətini  öyrənir.  Məşhur  alman  alimi  V.Zombart  müəssisəni  uzunmüddətli 

planın  mövcud  olduğu  və  həyata  keçirilməsi  üçün  vahid  iradəli  bir  neçə 

şə

xsin uzun müddət birgə fəaliyyət göstərmələrini tələb edən subyekt adlan-



dırılmışdır. R.Kour demişdir ki, firma resurslardan istifadə istiqamətlərinin 

sahibkardan asılı olmağa başladığı zaman baş verən münasibətlər sistemidir. 

«Firma»  anlayışı  həm  elmi  ədəbiyyatlarda  və  həm  də  gündəlik  biznes 

fəaliyyətində geniş istifadə olunur. 

Qeyd etmək lazımdır ki, dünyanın ayrı-ayrı ölkələrində sözügedən ter-

mindən  istifadənin  fərqli  xüsusiyyətləri  vardır.  Məsələn,  Britaniya  qanun-

vericiliyində «şirkət» anlayışı işlədilir və baza normativ aktlardan biri məhz 

«şirkətlər  haqqında»  qanun  adlanır.  Rusiya  Federasiyasının  qanunvericili-

yində «müəssisə» və «təşkilat» anlayışları təsbit olunub. Bazar iqtisadiyyatı 

inkişaf  etmiş  Qərb  dövlətlərində  biznesin  təşkilati-hüquqi  formaları  kimi 

fərdi xüsusi müəssisə, tərəfdaşlıq və səhmdar cəmiyyəti (şirkət) göstərilir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

27 


Müəssisə  bir  tərəfdən  çoxlu  alt  sistemlərdən  ibarət  olan  mürəkkəb 

sistemi  ifadə  edir,  digər  tərəfdən  isə  daha  yüksək  nizamlı  sistemin  tərkib 

hissəsi  sayılır.  Mexaniki  sistemlərdən  fərqli  olaraq  müəssisənin  sosial-

iqtisadi  sistem  kimi  çoxlu  eynitipli  və  öz-özünə  əmələgələn,  çox  vaxt  for-

malaşmayan fəaliyyət aspektləri olur, hansı ki, məntiqi idarəetmənin ümumi 

nəzəriyyəsi çərçivəsində izah edilir. 

Müəssisə  mülkiyyət  formasından  asılı  olmayaraq  ictimai  təlabatın 

ödənilməsi  və  mənfəət  alınması  məqsədilə  məhsul  istehsal  edən  və  satan, 

işlər  görən  və  xidmətlər  göstərən  hüquqi  şəxs  olan  müstəqil  təsərrüfat 

subyektidir. 

Bazar münasibətləri şəraitində müəssisə özünün istehsal-təsərrüfat fəa-

liyyətini  müstəqil  həyata  keçirir,  istehsal  etdiyi  məhsulun  reallaşdırıl-

masından  alınan  gəlirdən  vergiləri  və  digər  məcburi  ödənişləri  ödədikdən 

sonra sərəncamında qalan mənfəətdən istədiyi kimi istifadə edir. Bu zaman 

müəssisə  mənfəətin  alınması  və  ictimai  tələbatın  ödənilməsi  məqsədlərinə 

nail  olmağa  çalışır.  Klassik  iqtisadi  ədəbiyyatlarda,  xüsusilə  Adam  Smitin 

ə

sərlərində  «görünməz  əl»  termini  işlədilir.  Bu  terminin  mahiyyəti  ondan 



ibarətdir ki, istehsal müəssisəsi və malgöndərən təşkilatlar öz şəxsi gəlirlə-

rini  (mənfəətini)  artırmağa  cəhd  edərkən,  eyni  zamanda  ictimai  tələbatın 

ödənilməsinə  xidmət  edirlər.  Ona  görə  də  sivil  bazar  münasibətləri  şərai-

tində fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti sözügedən məqsədlərin 

ağıllı şəkildə əlaqələndirilməsinə ciddi diqqət yetirilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  biznes  sahibkarların  iqtisadi  fəaliyyəti,  on-

ların  daim  artan  həcmdə  mənfəətin  alınmasını  və  rentabellik  səviyyəsinin 

yüksəldilməsini  təmin  etmək  qabiliyyətidir.  Bununla  belə,  bazar  iqtisa-

diyyatı  şəraitində  biznesin  inkişafı  istehlak  bazarını  əmtəə  və  xidmətlərlə 

zənginləşdirir, iqtisadiyyatın struktur yeniləşməsini fəallaşdırır, elmi-texniki 

nailiyyətlərin  tətbiqini  stimullaşdırır,  istehsalın  səmərəliliyini  əhəmiyyətli 

dərəcədə yüksəldir. 

Müasir  müəssisə  mürəkkəb  təşkilati  struktura  malikdir.  Bazar  iqtisa-

diyyatı  şəraitində  müəssisənin  təşkilinin  üç  əsas  istiqaməti  istehsalın,  əmə-

yin və idarəetmənin elmi təşkili müstəsna əhəmiyyəti kəsb edir. 

stehsalın elmi təşkili müəssisənin optimal texniki-texnoloji sisteminin 

yaradılması məqsədinə xidmət edir. 

Ə

məyin elmi təşkili əmək kollektivində sağlam münasibətlərin qurul-



masını nəzərdə tutur. 

darəetmənin  elmi  təşkili  müəssisənin  maddi  və  insan  altsisteminə 

məqsədyönlü təsir göstərən texniki, iqtisadi və humanitar sistemdir. 

Bazar  münasibətləri  şəraitində  hər  cür  müəssisə  mənfəət  əldə  etmək 

məqsədilə  istehsal-təsərrüfat  fəaliyyətinin  genişləndirilməsi  və  səmərə-

liliyinin  yüksəldilməsi  istiqamətində  konkret  tədbirlər  həyata  keçirməli, 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə