Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə13/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   9   10   11   12   13   14   15   16   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

31 


-qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. 

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr müvafiq qa-

nunvericiliyə  uyğun  olaraq  mənfəət  vergisi  və  digər  məcburi  ödənişlər 

edirlər. 

Müəssisənin əmlakı əsas fondlardan və dövriyyə vəsaitlərindən, habelə 

onun  müstəqil  balansında  dəyəri  göstərilən  digər  qiymətli  əşyalardan 

ibarətdir. 

Müəssisənin əmlakı aşağıdakı mənbələrdən formalaşır: 

-təsisçilərin pul və maddi payları; 

-məhsul  satışından,  görülən  işlərdən  və  göstərilən  xidmətlərdən,  ha-

belə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər; 

-qiymətli kağızların satışından əldə edilən vəsaitlər; 

-bank kreditləri və digər borc vəsaitləri; 

-kapital qoyuluşu və büdcədən dotasiyalar; 

-fiziki və hüquqi şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr; 

-ölkənin qanunvericilik aktları və qadağan olunmayan digər mənbələr-

dən daxil olan vəsaitlər. 

Müəssisə  idarəetmə  orqanlarının  strukturunu,  ştat  vahidlərini  və  on-

ların saxlanılması xərclərini müstəqil müəyyən edir. Fərdi və dövlət müəs-

sisəsi istisna olmaqla, bütün müəssisələrin idarə edilməsi payçıların ümumi 

yığıncağında  təsdiq  edilmiş  idarə  heyəti  tərəfindən  həyata  keçirilir.  Təsis-

çilərin  ümumi  yığıncağı  müəssisənin  ali  idarəetmə  orqanıdır.  Müəssisənin 

fəaliyyətinə  aid  bütün  məsələlər  payçıların  ümumi  yığıncağında  müzakirə 

olunaraq müvafiq qərar qəbul edilə bilər. 

Müəssisənin fəaliyyətinə ən azı iki fiziki şəxsdən ibarət olan idarə he-

yəti rəhbərlik edir.  darə heyəti müəssisənin fəaliyyətini təşkil edir, tərəfdaş-

larla  münasibətdə  və  müvafiq  orqanlarda  müəssisənin  mənafeyini  təmsil 

edir. 


Fərdi  və  dövlət  müəssisələrinin  idarə  edilməsi  prosesi  təsisçilər  tərə-

findən müstəqil müəyyən edilir. 

Müəssisə  dövlət  qeydiyyatına  alındıqdan  sonra  qeydiyyat  haqqında 

şə

hadətnamə  verilir.  Müəssisənin  möhürü  hazırlanır.  Təsis  sənədlərinin  və 



qeydiyyat  haqqında  şəhadətnamənin  nüsxəsi  notarius  tərəfindən  təsdiq 

edilir. 


5. Nəhayət beşınci mərhələdə qeydiyyat haqqında tərtib edilmiş şəha-

dətnamə  ilə  müəssisənin  dövlət  orqanlarında  və  fondlarında  qeydiyyatı  və 

uçota  alınması  həyata  keçirilir.  Məcburi  qeydiyyata  alınması  tələb  edilən 

ə

sas orqanlar və fondlar aşağıdakılardan ibarətdir: 



-Dövlət Statistika  darəsi; 

-dövlət vergi müfəttişliyi; 

-pensiya fondu; 

-sosial sığorta fondu; 




Бизнесин тяшкили вя идаря едилмяси 

32 


-məşğulluq fondu; 

-bank və s. 

Bu mərhələ müəssisənin yaradılması prosesinin tamamlayıcı mərhələ-

sidir,  yalnız  bundan  sonra  müəssisə  təsis  sənədlərinə  uyğun  olaraq  fəa-

liyyətə başlaya bilər. 

 

2.3. Müəssisənin iqtisadi əsasları 

 

Müəssisənin  fəaliyyət  göstərməsi  üçün  onun  iqtisadi  əsasını  təşkil 



edən  istehsal  amilləri  mövcud  olmalıdır.  qtisadi  ədəbiyyatlarda  istehsalın 

dörd amili: əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti göstərilir. 

Məlumdur ki, əmək insanın məqsədəuyğun fəaliyyətidir, onun köməyi 

ilə  insan  təbiəti  öz  tələbatını  ödəmək  üçün  dəyişdirir  və  uyğunlaşdırır. 

A.Marşall « qtisad elminin prinsipləri» əsərində yazmışdır ki, hər cür əmə-

yin  hansısa  nəticəni  əldə  etmək  məqsədi  vardır.  stehsal  amili  kimi  əmək 

dedikdə təsərrüfat fəaliyyəti prosesində insanlar tərəfindən göstərilən bütün 

fiziki və əqli cəhətlər, səylər başa düşülür. 

Ə

məkdən danışarkən əməyin intensivliyi və əmək məhsuldarlığı anla-



yışlarının mahiyyətini açıqlama lazım gəlir. 

Elmi-texniki inqilab əməyin xarakterində və məzmununda dəyişiklik-

lərə  gətirib  çıxartdı.  Əmək  daha  ixtisaslı  əməyə  çevrildi,  kadrların  hazır-

lanmasına sərf olunan vaxt artdı, bilavasitə istehsal prosesində fiziki əməyin 

ə

həmiyyəti xeyli azaldı, əmək prosesi əhəmiyyətli dərəcədə mürəkkəbləşdi. 



Belə  ki,  bu  zaman  insanlar  daha  mürəkkəb  maşın  və  mexanizmlərlə  iş 

görmək,  işçilər  isə  texnoloji  proseslərin  mahiyyətini  başa  düşmək,  bahalı 

mürəkkəb avadanlıqlarla rəftar etməyi bacarmaq, lazımi təşəbbüskarlıq gös-

tərmək məcburiyyətində qaldılar. 

Sahibkarlar işçi qüvvəsini dövri mətbuatda, radio və televiziyada elan 

etmək yolu ilə, əmək birjası və əhalinin məşğulluq mərkəzləri vasitəsilə, ha-

belə dostları və tanışlarının köməyilə tapır və işə götürürlər. Sahibkar heyəti 

seçərkən  onların  ixtisas  təhsilini,  peşə  hazırlığını,  iş  təcrübəsini,  şəxsi 

keyfiyyətini, xarici dil bilməsini və kompyuter savadını nəzərə alırlar. 

Kadrlar müəssisənin maddi-texniki bazasının mühüm tərkib hissəsidir. 

Onlar  məhsulun  istehsal  prosesi  ilə  əlaqədardır,  sənaye-istehsal  heyətini 

təşkil  edirlər.  Sənaye-istehsal  heyəti  fəhlələr,  mütəxəssislər  və  xidmətedici 

heyətdən ibarətdir. 

Fəhlələr kateqoriyasına məhsulun istehsal prosesində bilavasitə iştirak 

edən  işçilər  aiddir.  darəetmə,  istehsalata  texnoloji  və  təşkilati-planlı  rəh-

bərlik,  uçot,  planlaşdırma,  təminat,  təchizat  və  kadrların  komplektləşdiril-

məsi funksiyalarını yerinə yetirən heyət, inzibati-təsərrüfat işçiləri, işçilərin 

məişət xidməti ilə məşğul olanlar mütəxəssislər kateqoriyasını təşkil edirlər. 

Elmi-texniki  tərəqqi  nailiyyətlərinin  istehsalata  tətbiqi  əməyin  xarakterini 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə