Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə18/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   14   15   16   17   18   19   20   21   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

41 


bilən  xarici  strateji  dəyişikliklərin  müəyyənləşdirilməsinə  yönəldilir.  Belə 

yanaşma  müəssisəyə  yeni  texnologiyanın  tətbiqi  və  istehsalatda  onlardan  

istifadə  nəticəsində  təzahür  edən  perspektiv  ehtiyatların  miqdarını  qiymət-

ləndirməyə  imkan  verir.  nnovasiya  davranışının  qiymətləndirilməsini  tə-

sərrüfat  subyektlərinin  texnoloji  inkişafının    ən  perspektiv  istiqamətlərinin 

seçilməsi məqsədilə xarici mühitin təhlililə yanaşı aparmaq lazımdır. Bu ya-

naşmadan istifadə müəssisəyə imkan  verir  ki,  SWOT-təhlili  daha  əsaslı  

aparsın  və  texnolologiyadan  istifadə əsasında təsərrüfat fəaliyyətinin uzun-

müddətli inkişafının effektivliyini yüksəltsin. 

Müəssisənin  təsərrüfat  fəaliyyətinin  perspektiv  inkişafının  pozitiv  və 

neqativ  meyillərini  aşakara  çıxarmaq  və  innovasiyanın  mənimsənilməsi 

nəticəsində xarici mühitdə onun vəziyyətinin dəyişilməsi yollarını tədqiq et-

mək  üçün  baxılan  amilləri  makro  və  mikro  səviyyələrdə  başverməsi  üzrə 

qruplaşdırmaq lazımdır. 

Makrosəviyyə  amillərinə  siyasi-hüquqi,  elmi-texnoloji,  ekoloji,  ic-

timai-mədəni  və  təsərrüfat  subyektlərinin  fəaliyyət  göstərməsinin  digər 

analoji şəraiti aid edilir. Makrosəviyyədə təsərrüfat subyektlərinin fəaliyyət 

göstərməsi  şəraiti,  müəssisənin  istehlakçılarla,  strateji  tərəfdaşlarla,    mal-

göndərənlərlə,  səhmdarlarla,  rəqiblərlə  və  kreditorlarla  birbaşa  kontraktlar 

müəyyən edilir. Müəssisə xarici kontragentlərlə bilavasitə qarşılıqlı əlaqəyə 

girir,  özünün  inkişafı  və  artımı  mikro  iqtisadi  şəraitin  formalaşmasına 

ə

həmiyyətli təsir göstərə bilir. Buradan belə nəticə çıxır ki, bazarda strateji 



davranışın  formalaşması  və  innovasiyalı  inkişaf  istiqamətlərinin  seçilməsi 

zamanı  mövcud  təsərrüfatçılıq  şəraitini  təhlil  etmək  və  perspektiv  dəyişik-

likləri  qiymətləndirmək  vacibdir.    Bu  dəyişikliklər  müəssisənin  fəaliyyət 

göstərdiyi  mikroiqtisadi  mühitdə  məhsulun,  yaxud  yaxşılaşdırılmış  texno-

logiyanın bazara daxil olması nəticəsində baş verə bilər. 

Nəzərə almaq lazımdır ki, məhsul və texnoloji innovasiya ehtiyat mən-

bəyidir,  hansı  ki,  təsərrüfat  fəaliyyətinin  iqtisadi  effektivliyinin  yüksəldil-

məsinin  perspektiv  mənbəyi  hesab  edilir.  nkişafın  cəlbedici  innovasiyalı 

istiqamətlərinin  seçilməsi  və  prinsipcə  yeni  xidmətlərin  unikal  xarakteris-

tikası ilə təkmilləşdirilmiş əmtəələrlə bazara çıxış müəssisənin rəqabətqabi-

liyyətinə və keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər. 

qtisadi artımın və inkişafın mənbəyi kimi ehtiyatlar öz növbəsində bir 

çox əlamətlərə görə təsnifləşləşdirilir və fərqləndirilir. Məsələn, səfərbərliyə 

alınmasından  asılı  olaraq  cari  və  perspektiv  ehtiyatlara;  başvermə  mü-

hitindən asılı olaraq xarici və daxili ehtiyatlara bölünürlər. 

Cari  ehtiyatlar  yaxın  dövrdə  səfərbər  edilə  bilər  və  buna  böyük  xərc 

tələb  olunmur.  Perspektiv  ehtiyatlar  əsasən  istehsal  proseslərinin  genişlən-

dirilməsi  və  yenidənqurulması  ilə  əlaqədar  olduğuna  görə  böyük  sərmayə 

qoyuluşu tələb edir. Xarici ehtiyatların mənbəyi həm mikroiqtisadi və həm 

də makroiqtisadi xarakterli ola bilər. Daxili ehtiyatlar müəssisənin təsərrüfat 




Бизнесин тяшкили вя идаря едилмяси 

42 


fəaliyyətinin təşkili, istehsal xərclərinin, maliyyənin, heyətin, təchizatın, in-

vestisiyanın, innovasiyanın və digər amillərin təhlili zamanı aşkara çıxarılır. 

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisənin iqtisadi inkişafı üçün 

ehtiyatları aşağıdakı mənbələr hesabına fəallaşdırmaq mümkündür: 

-  müəssisənin  xarici  mühitlə  və  daxili  bölmələrlə  informasiya 

mübadiləsinin intensivləşdirilməsi; 

-  təsərrüfat  müqavilələrinin  icraçısı,  strateji  tərəfdaşı,  investisiyalaş-

dırma obyekti kimi müəssisənin nüfuzunun artırılması; 

- tərəfdaşlarla kooperasiya əlaqələrinin genişləndiriməsi; 

-  müəssisənin  innovasiya  imkanlarının,  iqtisadi  risklərdən,  rəqabət 

qabiliyyətinin  nəzərə  alınması,  güclü  və  zəif  tərəflərinin,  habelə  iqtisadi 

risklərin maksimum nəzərə alınması; 

- elmi-texniki, təşkilati-idarəetmə, istehsal, təchizat, innovasiya və di-

gər  fəaliyyət  sahələrində  heyətin  təcrübə  və  biliklərindən  səmərəli  istifadə 

edilməsi; 

- əmək bölgüsünə yenidən baxılması; 

- effektivli innovasiya layihələrinin seçilməsi; 

- aktiv marketinq tədqiqatlarının aparılması. 

Sadalanan ehtiyatların səfərbərliyə alınması bütövlükdə təsərrüfat sub-

yektlərinin  idarə  edilməsinin  effektivliyinin  yüksəldilməsinə  yönəldilir  və 

müəssisələrdə  təşkilati-idarəetmə  proqramları,  investisiya-maliyyə  layihə-

ləri, həmçinin innovasiyalı inkişaf strategiyası çərçivəsində həyata keçirilir. 

Məhsul və texnoloji innovasiya müəssisələrin perspektiv ehtiyatlarına 

aiddir,  hansı  ki,  yeni  əmtəə  növlərinin  mənimsənilməsi  sayəsində  onların 

istehsal və təchizat fəaliyyətinin effektivliyinin yüksəldilməsinə səbəb olur. 

Təsərrüfat fəaliyyətinin strateji siyasətinin formalaşması mərhələsində 

innovasiya  davranışının  qiymətləndirilməsi  yeni  və  yaxşılaşdırılmış 

texnologiyaların tətbiqi sayəsində təzahür edən potensial ehtiyatlarla müəy-

yən edilir və müəssisənin rəqiblər, istehlakçılar, strateji tərəfdaşlar, malgön-

dərənlər  və  kreditorlar  ilə  qarşılıqlı  fəaliyyətinin  xarici  mühitin  dəyişməsi 

imkanları haqqında suala cavab verir. 

Təsərrüfat subyektlərinin inkişafının strateji istiqamətlərinin formalaş-

masının  qiymətləndirilməsi  və  perspektiv  ehtiyatların  müəyyənləşdirilməsi 

bir  sıra  göstəricilər:  patent  portfelinin  artması,  bazar  payının  artması,  real-

laşdırılmayan gəlirlərin artması, əmtəə portfelinin artması, şirkətin dəyərinin 

artması  və  səhmlərin  dəyərinin  artması  göstəriciləri  əsasında  həyata  ke-

çirilir. 

 

 



 

 

 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə